Məhkəmə qərarları › İş №2(001)-3947/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3947/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3947/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçı BOKT Embafinans QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərtib etdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı BOKT Embafinans QSC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərtib etdiyi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; Həmin Məcəllənin 284-4.2.-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3.-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İstinad olunan posessual normaların tələbinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar üzrə işlərə sadələşdirilmiş icraat qaydasında baxılmasına yol verildiyindən, iddiaçı iddia ərizəsində pul tələbi ilə yanaşı kredit müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürdüyü üçün iddiaçının tələblərinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması yolverilməz olduğundan hesab edirəm ki, iddia ərizəsi qəbul edilməsindən imtina edilməklə iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 284-1, 284-4.1., 284- 4.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı BOKT Embafinans QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərtib etdiyi iddia ərizəsi qəbul edilməsindən imtina edilsin. İddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan şikayət verilə bilməz. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar