Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-397/2022 04.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 cəlb edilməklə) “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN- A0017-01/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 247453,68 manat əsas borc, 52543,19 manat faiz borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat xidmət haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli DENG-A0017-01/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 012 ha torpaq sahəsi və onun üzərində yerləşən 356,1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnovaya-1 bağ sahəsi, 1083A saylı bağ evinə və Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli DENG-B0017-01/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 0.01339 ha torpaq sahəsinin üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 217,9 kv.m ümumi, 125.0 kv.m yaşayış, 92.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, əmlakların açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356,1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnovaya-1 bağ sahəsi, 1083A saylı bağ evinin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 217,9 kv.m ümumi 125 kv.m yaşayış 92.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçı Bank "xxxx" ASC-nin “sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 247453,68 manat əsas borc, 42543,19 manat faiz borcu, 95328,59 manat dəbbə borcu, ümumilikdə 385325,46 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat xidmət haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli, DENG-A0017-01/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356,1 kv.m ümumi sahədən ibarət, Bakı şəhəri, Sabunçu rayonu, Vişnoyova-1 bağ sahəsi, 1083 A saylı bağ evinə və Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli, DENG-B0017-01/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0,01339 ha torpaq sahəsinin üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 217,9 kv.m ümumi, 125,0 kv.m yaşayış, 92.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, əmlakların açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetləri açıq hərracda satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması olan 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356,1 kv.m ümumi sahədən ibarət, Bakı şəhəri, Sabunçu rayonu, Vişnoyova-1 bağ sahəsi, 1083 A saylı bağ sahəsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 217,9 kv.m ümumi, 125,0 kv.m yaşayış, 92.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank "xxxx" ASC-nin "Sənaye" filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN-00017- 01/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 60 (altmış) ay müddətinə, illik 35 (otuz beş) faiz ödəmək şərti ilə 280 000 (iki yüz səksən min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilə biləcəyi razılaşdırılmışdır. İddiaçı Bank "xxxx" ASC-nin "Sənaye" filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN-A0017-01/19A saylı əlavə kredit müqaviləsinə əsasən 250 000 manat məbləğində krediti illik 19 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 6 ay güzəşt müddəti daxil olmaqla 23 noyabr 2022-ci il tarixinədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürür. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2019 cu il tarixdə iddiaçıyla DENG-A0017-01/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahasi, 1083A saylı bağ evi sonrakı ipoteka predmeti Bank BTB ASC "Sənaye" filialı ilə Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli DEN-00033-01/18A saylı kredit müqaviləsi ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin "Sənaye" filiali və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci tarixli DENG-00033-01/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC Sənaye filialına ipoteka qoymuşdur. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2019-cu il DEN-00001-01/19A saylı kredit müqaviləsi üzrə İpoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC Sənaye filialı və X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DENG 00001-01/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi,3-cü döngə,ev 59 ünvanında yerləşən fərdi yaşayış evi Bank “BTB“ ASC Sənaye filialına ipoteka qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur Tərəflərin izahatları və iddiaya münasibəti:
4. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini müdafiə edir və iddia tələbinin azaldılması barədə ərizə nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iş üzrə təqdim edən əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə onların iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün hesab etmişdir.
6. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 izahatında bildirmişdir ki, həyat yoldaşı Amid bankla razılığa gəlməyə çalışır. Belə ki, iyun ayının 10-da 60000 manat banka ödəniş etmişlər. Cəmi 230000 manat borc qalmışdır. Amid bankla 2023-cü ilin fevral ayına qədər borcu tam ödəməyə razılaşmışdır. Bank isə iddianı geri götürəcəkdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, DEN-00017-01/19A saylı əsas kredit müqaviləsindən görünür ki. borcverən (bank) borcalana bu müqavilə çərçivəsində 60 ay müddətinə, maksimal faiz dərəcəsi 35 % olmaqla xx.xx.2024-cü il tarixinədək əlavə müqavilələr bağlamaqla 280000 manat məbləğinədək kreditlər verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesbalanmış faizləri və əsas borc məbləğini, həmçinin “Borcverən” tərəfindən hesablanmış peniya və cərimə faizlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci maddəsinə əsasən borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası 22 noyabr 2019-cu il tarixli DENG A0017- 01/19A (iki tərəfli) sonrakı İpoteka müqaviləsinə əsasən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evinin (girovu) və 22 noyabr 2019-cu il tarixli DENG-B0017-01/19A saylı ipoteka müqaviləsinə əsasən 0,01339 ha torpaq sahəsinin üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 217,9 kv.m ümumi, 125,0 kv.m yaşayış, 92.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin ipotekası ilə təmin olunur.
9. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli DEN-A0017-01/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, borcverən 250000 manat məbləğində krediti illik 19 % dərəcəsi ilə 36 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən şəxsi istifdə məqsədilə istifadə etməyi və onu 6 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2021-ci il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən kredit üzrə rəsmiləşdirmə komissiyası 2500 manat, nağdlaşdırma komissiyası 1250 manat və müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuş komissiyadan ibarətdir. Müqavilənin 5.1-ci maddəsinə əsasən borcalanının bu müqavilədən irəli gələn öhdəliklərinin icrası borcverən ilə arasında bağlanmış icrası xx.xx.2019-cu il tarixli DENG-A0017-01/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən 0. 12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evinin (girovu) və 22 noyabr 2019-cu il tarixli DENG-B0017-01/19A saylı ipoteka müqaviləsinə əsasən 0,01339 ha torpaq sahəsinin üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 217,9 kv.m ümumi, 125,0 kv.m yaşayış, 92.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin ipotekası ilə təmin olunur.
10. 23 noyabr 2019-cu il tarixli DEN-A0017-01/19 A saylı əlavə kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 1,58 % olmaqla, 36 ay müddətinə 6 ay güzəşt müddəti ilə 250000 manat məbləğində kredit verilmiş, ilkin ödəniş tarixi 23 dekabr 2019-cu il, sonuncu ödəniş tarixi 23 noyabr 2022-ci il olaraq qeyd edilmişdir. Güzəştli 6 ay üçün ödəniş məbləği 3958,33 manat, aylıq ödəniş isə 10534 manat məbləğində müəyyən edilmişdir.
11. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, DENG-A0017-01/19 A saylı (iki tərəfli) sonrakı ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə görə ipoteka qoyan müqavilənin 1.2-ci bəndinə göstərilən Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, DEN-00017-01/19A saylı əsas kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0,12 0 torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evini bank qarşısında ipoteka ilə yüklü etmişdir.
12. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, DENG-B0017-01/19 A saylı (iki tərəfli) sonrakı ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə görə ipoteka qoyan müqavilənin 1.2-ci bəndinə göstərilən Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, DEN-00017-01/19A saylı əsas kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan olan 0,01339 ha torpaq sahəsinin üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 217,9 kv.m ümumi, 125,0 kv.m yaşayış, 92.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir.
13. Bank "xxxx" ASC-nin “Sənaye” filialı tərəfindən verilən xx.xx.2019-cu il tarixli məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 hesabına 250000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 284 nömrəli reyestr kitabının 26498 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır.
15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 4 ünvanında fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, DEN-0017-01/19A əlavə kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC-nin “Sənaye” filialı qarşısında xx.xx.2019-cu il tarixində ipoteka ilə yüklü edilmişdir.
16. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evini xx.xx.2019-cu il tarixli DEN-0017- 01/119A saylı əlavə kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC-nin “Sənaye” filialı qarşısında xx.xx.2019-cu il tarixində ipoteka ilə yüklü edilmişdir.
17. Bank "xxxx" ASC tərəfindən 25 iyun 2021-ci il tarixində ipotekaqoyan Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldiməsi barədə bildiriş göndərilmiş, borcludan banka olan əsas, faiz və cərimə məbləğinin 2 gün içində ödənilməsi tələb edilmiş, əks halda bank tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. Bakı şəhəri 29 saylı notariat ofisində Cavabdeh2 tərəfindən yazılan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh2 əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evini və 0.12 ha torpaq sahəsini Bank "xxxx" ASC-yə (həmin bankın “Sənaye” filialı vasitəsilə) sonrakı ipotekaya qoyulmasına etiraz etməmişdir.
19. Bakı şəhəri 29 saylı notariat ofisində Cavabdeh2 tərəfindən yazılan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh2 əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 3-cü döngə ünvanında yerləşən 59 nömrəli fərdi yaşayış evinin Bank "xxxx" ASC-yə (həmin bankın “Sənaye” filialı vasitəsilə) sonrakı ipotekaya qoyulmasına etiraz etməmişdir.
20. Bank "xxxx" ASC-nin “Sənaye” filialı tərəfindən xx.xx.2021-ci il tarixində SNYF-2021/551 və SNYF-2021/552 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə Cavabdeh1 məxsus ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına dair ərizə ünvanlanmışdır.
21. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxxx" ASC-yə göndərilən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 3-cü döngə ünvanında yerləşən 59 nömrəli fərdi yaşayış evinə və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evinə tutma yönəldilməsi barədə bildiriş qeydə alınmışdır.
22. Bank "xxxx" ASC-nin “Sənaye” filialı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinin balansına balansına ümumilikdə 80 manat məbləğində rüsum ödənilmişdir.
23. Bank "xxxx" ASC tərəfindən verilən 21 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən banka xx.xx.2019-cu il tarixinddə 4090,27 manat, xx.xx.2019-cu il tarixində 0,73 manat, xx.xx.2020-ci il tarixli 3957,60 manat, xx.xx.2020-ci il tarixində 42,40 manat, 26 fevral 2020-ci il tarixində 4000 manat, xx.xx.2020-ci il tarixində 200 manat, xx.xx.2020-ci il tarixində 4000 manat, xx.xx.2020-ci il tarixində 13706,15 manat, xx.xx.2020-ci il tarixində 350 manat, xx.xx.2020-ci il tarixində 2380 manat, xx.xx.2022-ci il tarixində 10000 manat məbləğində ödəniş etmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh1 banka əsas borc məbləği 247453,68 manat, ümumi faiz borcu 42543,19 manat, dəbbə borcu 95328,59 manat olmaqla, cəmi 385325,46 manat məbləğində borcu vardır.
24. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022ci il tarixli, 0049 saylı ekspertiza rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşəm 356.1 kv.m ümumi sahədən ibarət bağ evinin bazar və likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində baar qiyməti 250000 manat, likvid qiyməti 210000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar və likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində baza qiyməti 145000 manat, likvid qiyməti 120000 manat məbləğində müəyyən edilmişdir.
25. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
26. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, DEN-00017-01/19A saylı əsas kredit(kredit xətti) müqaviləsindən görünür ki. borcverən (bank) borcalana bu müqavilə çərçivəsində 60 ay müddətinə, maksimal faiz dərəcəsi 35 % olmaqla xx.xx.2024-cü il tarixinədək əlavə müqavilələr bağlamaqla 280000 manat məbləğinədək kreditlər verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesbalanmış faizləri və əsas borc məbləğini, həmçinin “Borcverən” tərəfindən hesablanmış peniya və cərimə faizlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
27. Daha sonra Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli DEN-A0017-01/19A saylı əlavə kredit müqaviləsi bağlanmış və borcverən 250000 manat məbləğində krediti illik 19 % dərəcəsi ilə 36 ay müddətinə borcalan Cavabdeh1 mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən şəxsi istifdə məqsədilə istifadə etməyi və onu 6 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2021-ci il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
28. Müqavilə üzrə ilkin ödəniş tarixi 23 dekabr 2019-cu il, sonuncu ödəniş tarixi 23 noyabr 2022-ci il olaraq qeyd edilmişdir. Güzəştli 6 ay üçün ödəniş məbləği 3958,33 manat, aylıq ödəniş isə 10534 manat məbləğində müəyyən edilmişdir.
29. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, DENG- A0017-01/19 A saylı (iki tərəfli) sonrakı ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyan Cavabdeh1 xx.xx.2019-cu il tarixli, DEN-00017-01/19A saylı əsas kredit(kredit xətti) müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə özünə məxsus olan 0,12 0 torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ evini bank qarşısında ipoteka ilə yüklü etmişdir.
30. Həmçinin Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, DENG-B0017-01/19 A saylı (iki tərəfli) sonrakı ipoteka müqaviləsi bağlanmış bu müqaviləyə görə ipoteka qoyan Cavabdeh1 xx.xx.2019-cu il tarixli, DEN-00017-01/19A saylı əsas kredit(kredit xətti) müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə özünəməxsus olan 0,01339 ha torpaq sahəsinin üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 217,9 kv.m ümumi, 125,0 kv.m yaşayış, 92.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir.
31. Bakı şəhəri 29 saylı notariat ofisində cavabdehin arvadı Cavabdeh2 xx.xx.2019-cu il tarixli ərizəsində əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evini və 0.12 ha torpaq sahəsini, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 3-cü döngə ünvanında yerləşən 59 nömrəli fərdi yaşayış evini Bank "xxxx" ASC-yə (həmin bankın “Sənaye” filialı vasitəsilə) sonrakı ipotekaya qoyulmasına etiraz etməmişdir.
32. Bank "xxxx" ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ipoteke predmetlərinə tutma yönəldilməsi barədə bildirişin qeydə alnmasına dair ərizə göndərilmişdir.
33. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxxx" ASC-yə göndərilən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarla görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 3-cü döngə ünvanında yerləşən 59 nömrəli fərdi yaşayış evinə və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması barədə məlumat verilmişdir.
34. Məhkəmə araşdırması dövründə ipoteka predmetlərinin qiymətinin müəyyənləşdirilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi qərara alınmış və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
35. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022ci il tarixli, 0049 saylı ekspertiza rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşəm 356.1 kv.m ümumi sahədən ibarət bağ evinin bazar və likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 250000 manat, likvid qiyməti 210000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar və likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində baza qiyməti 145000 manat, likvid qiyməti 120000 manat məbləğində müəyyən edilmişdir.
36. Hazırda iddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixinə 247453,68 manat əsas borc, 42543,19 manat faiz borcu, 95328,59 manat dəbbə borcu, ümumilikdə 385325,46 manat məbləğində borcun tutulmasını, tələbin ipoteka predmetlərinə yönəldilməsini xahiş edir.
37. Cavabdeh tərəfindən sonuncu dəfə müqavilə üzrə xx.xx.2022-ci il tarixində 10000 manat məbləğində ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
41. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
42. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
43. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
44. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
45. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
46. Göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
47. - xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqavilə üzrə tələb edilən borc məbləğinə məhkəmənin münasibəti aşağıdakı qaydada olmuşdur:
48. İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixinə 247453,68 manat əsas borc, 42543,19 manat faiz borcu, 95328,59 manat dəbbə borcu, ümumilikdə 385325,46 manat məbləğində borcun tutulmasını xahiş edir.
49. Məhkəmə iş materiallarında olan maliyyə arayışını mötəbər sübut kimi dəyərləndirərək hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi üzrə əsas borca görə 247453,68 manat, faiz borcuna görə 42543,19 manat pul vəsaiti bankın xeyrinə tutulmalıdır.
50. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 95328,59 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
51. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.
52. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
53. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
54. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hesablanmış dəbbə pulunun məbləği azaldılaraq xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi üzrə 12373 manat məbləğində müəyyən edilməlidir.
55. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetlərinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir:
56. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
57. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın;
58. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır;
59. 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər;
60. 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər;
61. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir;
62. 319.6-cı maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
63. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:
64. 34.1-ci İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır : - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
65. 36.1-ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
66. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
67. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
68. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;
69. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir;
70. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
71. 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
72. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
73. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
74. İşin müəyyən edilən hallarından göründüyü kimi, kreditorla borcalan Cavabdeh1 arasında kredit xətti müqaviləsi üzrə əlavə kredit müqaviləsi bağlanmış və kredit xətti müqaviləsinin təminatı qismində həmçinin ipoteka qoyan olan borcluya məxsus daşınmaz əmlaklar sonrakı ipoteka müqavilələri üzrə bank qarşısında yüklü edilmişdir. Odur ki, həm kredit xətti, həm əlavə kredit müqaviləsi, həm də sonrakı ipoteka müqavilələri borcalan-ipoteka qoyan Cavabdeh1 ilə bağlanmışdır. Bu səbəbdən ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi üçün əsaslar yoxdur.
75. Belə ki, ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli DENG-A0017-01/19A saylı (iki tərəfli) sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh1 mülkiyyət hüququ ilə özünə məxsus olan 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evini, bank qarşısında ipoteka ilə yüklü etmişdir.
76. Bankla ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DENG-B0017-01/19 A saylı (iki tərəfli) sonrakı ipoteka müqaviləsinə görə ipoteka qoyan Cavabdeh1 özünəməxsus olan 0,01339 ha torpaq sahəsinin üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir.
77. Cavabdehin arvadı hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs Cavabdeh2 əmlakların ipoteka qoyulmasına etiraz etməmişdir.
78. Cavabdeh-borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Borcalana bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli, 0049 saylı ekspertiza rəyindən görünür ki, 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evinin likvid qiyməti 21000 manat, 0,01339 ha torpaq sahəsinin üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid qiyməti 120000 manat təşkil edir.
79. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakların açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir.
80. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqavilə üzrə borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evinə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir.
81. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılmalıdır.
82. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir.
83. Həmçinin, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə müəyyən edilməlidir.
84. Belə ki, 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evinin ilkin satış qiyməti 210000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat məbləğində müəyyən edilməlidir.
85. İddia tələbi həmçinin ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçilər dəyişdikdən sonra əmlakın boşaldılması hissəsində də “İpoteka haqqında “Azərbaycan Respublikasının 59-cu maddəsinə əsasən əsaslı olduğundan təmin edilməli və ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçilər dəyişdikdən sonra əmlaklar 1 ay ərzində boşaldılmalıdır.
86. Bundan başqa, məhkəmə iddia tələbini müqavilənin ləğv edilməsi hissəsində də əsaslı hesab edir.
87. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
88. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
89. xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı əlavə kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən borcverənin borcalanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda müqaviləyə vaxtından əvvəl xitam vermək hüququ vardır.
90. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, iddiaçı tərəflər arasında bağlanmış kredit razılaşmasının ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:
91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
92. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
93. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
94. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
95. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
96. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,
97. Bank "xxxx"ASC-nin “Sənayə” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi ləğv edilməli;
98. xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi üzrə əsas borca görə 247453,68 manat, faiz borcuna görə 42543,19 manat, cərimə borcuna görə 12373 manat olmaqla, ümumilikdə 302369,87 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməli;
99. xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi üzrə 302369,87 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evinə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli;
100. İpoteka predmeti olan 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 1083A saylı bağ evinin ilkin satış qiyməti 210000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı;
101. satışdan əldə olunan vəsait hesabına xx.xx.2019-cu il tarixli, DEN-A0017- 01/19A saylı kredit müqaviləsi üzrə borc ödənilməli;
102. ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılmalı;
103. ipoteka predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi üzrə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulmalı; ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçilər dəyişdikdən sonra əmlaklar 1 ay ərzində boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
104. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərinin əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
105. Odur ki, ödənilmiş 30.4 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat dövlət rüsumu olmaqla, ümumilikdə 110.4 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir.
106. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Bank "xxxx"ASC-nin “Sənayə” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi üzrə əsas borca görə 247453,68 manat, faiz borcuna görə 42543,19 manat, cərimə borcuna görə 12373 manat olmaqla, ümumilikdə 302369,87 (üç yüz iki min, üç yüz altmış doqquz manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi üzrə 302369,87 (üç yüz iki min, üç yüz altmış doqquz manat, səksən yeddi qəpik) manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evinə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 356.1 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1083A saylı bağ evinin ilkin satış qiyməti 210000 (iki yüz on min) manat, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetlərinin satışından əldə olunan vəsait xx.xx.2019-cu il tarixli, DEN- A0017-01/19A saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilsin. xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın, ipoteka predmetlərinin satışından əldə edilən vəsait xx.xx.2019-cu il tarixli, DEN-A0017-01/19A saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulsun. İpoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçilər dəyişdikdən sonra əmlaklar 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumu olmaqla, ümumilikdə 110,40 (yüz on manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev