Məhkəmə qərarları › İş №2(001)-3990/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3990/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3990/2021 21.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 30.05.2009-cu il tarixdə rəsmi nikaha girərək evlənib ailə qurmuş, birgə nikahlarından 18.08.2010-cu il təvəllüdlü X11 və 02.02.2012-ci il təvəllüdlü X12 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 27.03.2014-cü il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuş, uşaqların onun yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 206 manat cavabdehdən sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7099/2018 saylı 18.09.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilmiş və hər uşağa görə 154 manat olmaqla 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşaqların maddi tələbatını ödəmir, həddindən artıq azdır, uşaqların maddi tələbatlarının ödənilməsi və sağlamlığı qayğısına qalınması üçün xeyli vəsait tələb olunur. Onun isə təkbaşına bütün maddi tələbatları ödəmək imkanı yoxdur. O, hal-hazırda işsizdir. Alimentin məbləğinin artırılması uşaqların normal, sağlam böyüməsi və inkişafı üçün vacibdir. O, dəfələrlə cavabdehdən alimentin məbləğini artırmasını tələb etmiş, lakin cavabdeh buna əhəmiyyət verməmişdir. Cavabdeh Azvirt MMC-də işləyir və hər ay 1300 manat əmək haqqı alır. Həmçinin 18.08.2010-cu il təvəllüdlü X11 xəstədir, mütəmadi olaraq müalicə olunur, ona mitral qapaq taylarının qalınlaşması, İ-İİ dərəcəli çatışmazlığı diaqnozu qoyulmuş və hər ay uşağın müalicə, müayinə, dərmanların alınmasına 200 manat vəsait sərf edilir. X3 Academy tədris mərkəzində təhsil alır və hər ay təhsil haqqı olaraq 180 manat vəsait ödənilir. Ona görə də bu xərclər də cavabdehdən tutulmalıdır. Lakin cavabdeh bu əlavə xərclərin ödənilməsi üçün ona maddi yardım göstərmir, göründüyü kimi əlavə xərclərə xeyli vəsait sərf olunur. Uşaqlarının təlimi, təhsili, müalicəsi ilə məşğul olduğundan onun işləmək imkanı yoxdur. Cavabdeh bu günədək övladının səhhəti ilə maraqlanmadığından, onu hər hansı bir tibb müəssisəsinə aparmadığından övladının müalicəsinin cavabdehə həvalə edilməsi mümkün deyildir. Cavabdeh istədiyi vaxt onunla birlikdə uşağın müalicə və müayinəsində iştirak edə bilər. Ona görə də Cavabdeh Binəqədi Rayon Məhkəməsinin 2(001)-7099/2018 saylı 18.09.2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləğinin artırılaraq Cavabdeh 18.08.2010-cu il təvəllüdlü X5 və 02.02.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat alimentin tutulmasına və 18.08.2010-cu il təvəllüdlü X5 müalicəsi ilə bağlı hər ay 200 manat, təhsil haqqı ilə bağlı hər ay 180 manat əlavə xərclərin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 27.03.2014-cü il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuş, uşaqların ananın yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər uşağa görə 103 manat olmaqla hər ay 206 manat məbləğində alimentin tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-10843/2014 saylı 06.11.2014-cü il tarixli qətnaməsi ilə onun qazancının 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilməklə ondan hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Onun hazırda maddi imkanı yaxşı deyildir. O, 06.01.2015-ci il tarixdə ikinci dəfə ailə qurmuş, bu nikahdan 20.02.2016-cı il təvəllüdlü X4 və 26.10.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. Onun hal-hazırda evi yoxdur, kirayədə yaşayır. O, X9 müayinə və müalicəsi ilə bağlı hər hansı bir tibb müəsisəsinə aparmamış, müalicə xərclərini ödəmək üçün iddiaçıya vəsait ödəməmişdir. Ona görə də iddia ərizəsini qəbul etməyərək Binəqədi Rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını, o, 18.08.2010-cu il təvəllüdlü X9 təkrar müayinəyə aparmaqla uşağın müalicəsinin ona həvalə olunmasını xahiş edir. Əks halda təyin olunan alimentin 50 manat həddində artırılmasına razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun (bundan sonra - Uşaq hüquqları haqqında Qanun) 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.09.2010-cu il tarixli AZ-İİ № 526981 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 18.08.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3160 nömrəsi ilə qeyd edilmiş, atası Cavabdeh, anası X13r. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.02.2012-ci il tarixli AZ-İİ № 829432 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 02.02.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 390 nömrəsi ilə qeyd edilmiş, atası Cavabdeh, anası X13r. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(001)-7099/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilərək Cavabdeh 18.08.2010-cu il təvəllüdlü X5 və 02.02.2012-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.11.2014-cü il tarixli 2(001)-10843/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının 1/3 hissəsi miqdarında alimentin miqdarı dəyişdirilərək, 31.07.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat olmaqla 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı İkran qızına ödənilməsi qət edilmişdir. Fiziki şəxs X15 01.05.2021-ci il tarixli 849932 saylı mədaxil qəbzindən müəyyən olunur ki, X11 üçün 180 manat ödəniş edilmişdir. Baku Clinic tərəfindən verilmiş 06.03.2021-ci il tarixli rəngli exodopplerkardioqrafiya müayinəsi vərəqəsindən müəyyən olunur ki, X5 müayinəsi zamanı mitral qapaq taylarının qalınlaşması, İ-İİ dərəcəli çatışmazlığı müəyyən olunmuş, ürək boşluqlarının ölçüləri çəkiyə uyğun norma daxilindədir, miokardın qlobal sistolik funksiyası kifayət qədərdir. ATU X10 10.06.2019-cu il tarixli Exokardiodopplerografik müayinə vərəqəsindən müəyyən olunur ki, Nuray Sadıqovanın müayinəsi zamanı minimal mitral qapaq requrqitasiyası, mitral qapaq qalınlaşması müəyyən olunmuşdur. Elektron sistemin əmək müqaviləsi məlumatından müəyyən olunur ki, Cavabdeh Azvirt MMC-də yükdaşıyan işləməklə aylıq əmək haqqı 1330 manat təşkil edir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.01.2015-ci il tarixli AZ-İ № 989410 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X16 06.01.2015-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəsi ilə akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Sadıqova soyadı verilmişdir. Asan Qatar tərəfindən 28.07.2017-ci il tarixdə verilmiş AZE № 11477830 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əbülfəzl Sadıqzadə 20.02.2016-cı il tarixdə Siyəzən şəhərində anadan olmuş, atası Cavabdeh, anası Ülkər Sadıqovadır. AA0907854 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 26.10.2018-ci il tarixdə anadan olmuşdur. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, cavabdehin himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə 18.08.2010-cu il təvəllüdlü X5 və 02.02.2012-ci il təvəllüdlü X2 üçün müəyyən olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (AM-nin 81.1., 81.2., 81.3.-cü mad.) Məhkəmə araşdırması zamanı 18.08.2010-cu il təvəllüdlü X5 müalicəyə ehtiyacının olması öz təsdiqini tapdığından məhkəmə tərəflərin hər birinin ailə və maddi vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, 18.08.2010-cu il təvəllüdlü X5 müalicəsi ilə bağlı çəkilən əlavə xərclərə görə müalicənin davam etdiyi müddət ərzində cavabdehdən hər ay 80 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının təhsil haqqı tələbi ilə bağlı qeyd edir ki, Təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Uşaq hüquqları haqqında Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, ümumi orta təhsil icbaridir. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Valideynlər uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehin razılığı olmadan ödənişli təhsildən istifadə etmək qərarını verən iddiaçının himayəsində olan övladının dövlət təhsil müəssisələrində pulsuz təhsil almaq hüququndan da istifadə etmək imkanı olduğundan iddia tələbi təhsil haqqı tələbinə dair hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7099/2018 saylı 18.09.2018-ci il tarixli qətnaməsi ilə 18.08.2010-cu il təvəllüdlü X5 və 02.02.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 18.08.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 175 manat aliment İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 02.02.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 175 manat aliment İddiaçı xeyrinə tutulsun. 22.04.2021-ci il tarixdən hesablanmaqla 18.08.2010-cu il təvəllüdlü X5 müalicəsinin davam etdiyi müddət ərzində Cavabdeh müalicə xərclərinə görə hər ay 80 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar