Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3999/2020 02.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC(hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən əvvəlki adı “xxxxxx” İKB ASC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 5.193,06 manat əsas borc, 937,09 manat faiz borcu və 590,88 manat cərimə olmaqla, ümumilikdə 6.721,03 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə “xxxxxxxxxx” X7 Təşkilatı arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, BAKU1-36764-15485 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxxx” X7 Təşkilatından illik 27 fazilə, 36 ay müddətinə 6.900 manat kredit götürmüşdür. “xxxxxxxxxx” X7 Təşkilatı ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbin güzəşti barədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə xx xxxxxx 2019cu il tarixli 1 saylı əlavə sazişə əsasən Cavabdeh ilə “xxxxxxxxxx” X7 Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020-ci il tərixədək cavabdehin banka xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 5.193,06 manat əsas borc, 937,09 manat faiz borcu və 590,88 manat cərimə olmaqla, ümumilikdə cəmi 6.721,03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etdiyini, cərimə borcunun çox olduğunu, banka müraciət etdiyini, həftə sonuna qədər banka olan borcundan 1.000 manat ödəniş edəcəyini və həmin məbləği ödəsə kredit müqaviləsi üzrə qrafikə düşəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qisməntəmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, BAKU1-36764-15485 saylı kredit müqaviləsindən və razılaşmadan görünür ki, kreditverən bu müqavilənin tərkib hissəsi olan Razılaşmaya əsasən borcalana illik 27 faizlə 36 ay müddətinə 6.900 manat məbləğində kredit verməyi, borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya kreditin əsas borc və faiz borcunun bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən ödəniş tarixində ödəməməklə 30 təqvim günündən çox gecikdirdikdə, bu müqavilə ilə verilmiş kreditdən istifadə üçün nəzərdə tutulan illik faiz dərəcəsi kredit verən tərəfindən 5 faiz artırıla bilər və bu müqaviləni imzalamaqla borcalan bu şərtlə razılaşır və krediti yeni faiz dərəcəsi ilə qaytaracağına dair öhdəlik qəbul edir. Razılaşma müqaviləsinin 6-cı bəndinə əsasən borcalan kreditin əsas və ya faiz borcunu bu müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər; “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeharasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, BAKU1-36764-15485 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş qrafikindən görünür ki, “xxxxxxxxxx” BOKT MMC kreditalana illik 27 faizlə 36 ay müddətinə, 69 manat komisyon haqqı tutulmaqla, 6.900 manat məbləğində kredit vermişdir. Qeyd edilən kredit məbləği ödəniş qrafikinə əsasən illik 27 faizlə kreditverənə qaytarılmalıdır; xx xxxxxxx 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “xxxxxxxxxx” BOKT MMC tərəfindən Cavabdeh 6.900 manat məbləğində pul verilmişdir; “xxxxxxxxxx” BOKT MMC ilə “xxxxxx” İKB ASC arasında bağlanan xx xxxxxx 2019cu il tarixli tələbin güzəşti barədə müqaviləyə və həmin müqaviləyə əlavə olunan xx xxxxxx 2019-cu il tarixli tələbin güzəşti barədə 1 saylı əlavə sazişə əsasən “xxxxxxxxxx” BOKT MMC-nin Cavabdeh qarşı olan tələb hüquqi “xxxxxx” İKB ASC-yə keçmişdir; İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanan xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünürki, cavabdehdən borcunu 5 gün müddətində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədəxəbərdaredilmişdir; xx xxxx 2020-ci il tarixli olan maliyyə arayışından görünür ki, Cavabdeh banka xx xxxx 2020-ci il tarixə 5.193,06 manat məbləğində əsas borc, 937,09 manat məbləğində faiz borcu, 590,88 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.721,03 manat borcu var; xx xxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinəəsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, BAKU1-36764-15485 saylıkredit müqaviləsinə və kredit müqaviləsinin tərkib hissəsi olan razılaşmaya əsasən cavabdehə 36 ay müddətinə illik 27% ödəmək şərti ilə 6.900 manat məbləğində kredit verilmiş, “xxxxxxxxxx” BOKT MMC ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli tələbin güzəşti barədə müqaviləyə və həmin müqaviləyə əlavə olunan xx xxxxxx 2019-cu il tarixli tələbin güzəşti barədə 1 saylı əlavə sazişə əsasən “xxxxxxxxxx” BOKT MMC-nin cavabdehə qarşı olan tələb hüquqi “xxxxxx” İKB ASC-yə keçmiş, nəticədə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və onun banka borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2018-ci il tarixli, BAKU1-36764-15485 saylıkredit müqaviləsinə və kredit müqaviləsinin tərkib hissəsi olan razılaşmaya əsasən tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 590,88 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə endirilməli və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “xxxxxxxxxx” X7 Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, BAKU1-36764-15485 saylı krediti müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə ləğv edilməli, Cavabdeh 5.193,06 manat məbləğində əsas borc, 937,09 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6.180,15 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehdən alınaraq iddiaçıyaödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. “xxxxxxxxxx” X7 X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, BAKU1-36764-15485 saylı krediti müqaviləsi ləğv edilsin. Cavabdeh 5.193,06 (beş min yüz doxsan üç manat, altı qəpik) manat məbləğində əsas borc, 937,09 (doqquz yüz otuz yeddi manat, doqquz qəpik) manat məbləğində faiz borcu və 50 (əlli manat) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.180,15 (altı min yüz səksən manat, on beş qəpik) manat məbləğində borc İddiaçı X3 xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz)manat məbləğində dövlət rüsumunun 27 (iyirmi yeddi)manatıCavabdeh alınaraq İddiaçı X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3999/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3999/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver