Məhkəmə qərarları › İş №2(001)-4/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiacı İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı iddia tələbinin həcmini azaldır. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə banka 5800 ABŞ dolları ödəmiş və həmin məbləğ xx.xx.2013-cü il tarixli 02R000028920 saylı kredit razılaşması üzrə əsas borcdan silinmişdir. Həmin kredit razılaşması üzrə cavabdehin banka əsas kredit borcu hal-hazırda 34742,73 ABŞ dolları təşkil edir. İddiaçı qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, iddia tələbini qəbul edir, lakin İddiaçı QSC ilə 50000 manat ödəməklə borcu bağlayacağına dair razılığa gəldiyinə görə, ona vaxt verilməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmin tarixdə cavabdehin vəsatəti məhkəmə tərəfindən təmin edilmiş və işə baxılması təxirə salınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2006-cı il tarixli 02L000000133 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2011-ci il tarixli 133 saylı sazişlə kredit xəttinin məbləği 500000 ABŞ dolları və kredit xəttinin müddəti 180 ay müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 02R000028920 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 96000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaldıqları xx.xx.2015-ci il tarixli 02R000028920S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh Aydm oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 02KK********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7800 manat məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2006-cı il tarixli 02M000000148 saylı ipoteka müqaviləsi (Bakı şəhər 24 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 25 №-li reyestr kitabının 2509 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu-təpə y/s, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmış, RX ******* nömrəli çıxarışla reyestrdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2013-cü il tarixli, 02R000028920 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 40.569,59 ABŞ dolları, faiz borcu üzrə isə 715,09 ABŞ dolları; xx.xx.2013-cü il tarixli, 02KK********** saylı kredit müqaviləsi üzrə isə əsas borc üzrə 7800 manat, faiz borcu üzrə 3.772,45 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə görə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinin ilkin satış (likvid) dəyəri 80000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında aşağıdakılar göstərilmişdir “ ... İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. ... Beləliklə, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir.”. Məhkəmə iddia tələbinin 02R000028920 saylı kredit razılaşması üzrə 46672,14 ABŞ dolları, 02KK********** saylı kredit razılaşması üzrə 12991,61 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas və faiz borcunu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə birinci razılaşma üzrə 1542,18 ABŞ dolları, ikinci razılaşma üzrə isə 761,77 manat cərimə tutulmalıdır. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin əmlakdan çıxarılmasına, fərdi yaşayış evlərinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hisssədə təmin edilə bilməz. Belə ki, iddiaçı qeyd olunan tələbi irəli sürərkən, fərdi yaşayış evinin gələcək, hal-hazırda bəlli olmayan mülkiyyətçisinin hüquqlarını öz üzərinə götürmüş olur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02R000028920 saylı kredit razılaşması üzrə 34742,73 ABŞ dolları məbləğində əsas borc, 715,09 ABŞ dolları məbləğində faiz borcu və 1542,18 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 37000 ABŞ dolları məbləğində borcun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla; 02KK********** saylı kredit razılaşması üzrə isə 7797,72 manat məbləğində əsas borc, 540,51 manat məbləğində faiz borcu və 761,77 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 9100 manat məbləğində borc tutulmalı; tələb Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu-təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 80000 manat müəyyən edilməli; satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği İddiaçı QSC-yə ödənilməl və həmin vəsait kredit borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləq Cavabdeh ümumi qaydada tutulmalı; fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödənilməsindən sonra artıq qaldıqda, artıq qalmış vəsait Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02R000028920 saylı kredit razılaşması üzrə 34742,73 ABŞ dolları məbləğində əsas borc, 715,09 ABŞ dolları məbləğində faiz borcu və 1542,18 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla; 02KK********** saylı kredit razılaşması üzrə 7797,72 manat məbləğində əsas borc, 540,51 manat məbləğində faiz borcu və 761,77 manat məbləğində cərimə borcu olmaqla cəmi 9100 (doqquz min yüz) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun 12 (on iki) manat hissəsi və 21 (iyirmi bir) manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu-təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərracdan satılsın. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu-təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 80000 (səksən min) manat müəyyən edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği İddiaçı QSC-yə ödənilsin və həmin vəsait kredit borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləq Cavabdeh ümumi qaydada tutulsun. Satışdan əldə olunan pul vəsaiti kredit borcunun ödənilməsindən sonra artıq qaldıqda, artıq qalmış pul Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumlarının 28 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. “xxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 156 (yüz əlli altı) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülsün (“xxxx” ASC-nin “Promo” filialı, H/h AZ64Bxxxx********************, M/h AZ13NABZ********************, Kod 501554, SWİFT: BxxxxAZ22, VÖEN **********). Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar