Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4/2022 12.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh Borclu iştirakı ilə, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Borclu qarşı kredit müqaviləsi üzrə borcunun tutulması barədə iddia ərizəsinə dair mülki işə 12 yanvar 2022ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Bank VTB (Azərbaycan)” ASC ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Borclu 16 fevral 2015-ci il tarixli, 142460-1-13937 saylı kredit müqaviləsinə əsasən yaranmış 986,95 ABŞ dolları əsas, 197,66 ABŞ dolları faiz, 40,16 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 1224,77 ABŞ dolları məbləğində borcun, eləcə də ərizənin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada tutularaq banka ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmiş, məhkəmənin 01 noyabr 2017-ci il tarixli, 2(001)-15720/2017 saylı məhkəmə əmrinə əsasən, ərizə təmin edilmişdir. Bundan sonra Borclu ərizə ilə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin 28 noyabr 2017-ci il tarixli, 2(001)-15720/2017 saylı qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş, ərizə üzrə materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh aldığı krediti faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulan qadada banka geri ödəməli olduğu halda bu öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddia tələbində göstərilən məbləğdə borcu yaranmışdır. Sonda N.A.Abdullayeva məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Borclu iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, banka borcu olduğunu etiraf edir. Lakin, göstərilən məbləğdə pul vəsaitini birdəfəlik ödəmək imkanı yoxdur. Sonda Borclu məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənləri nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan: - 16 fevral 2015-ci il tarixli “kredit xətti müqaviləsi”ndən görünür ki, bank tərəfindən Borclu 2 illik müddətə illik 32 faiz dərəcəsi ilə kredit xətti açılmış, həmin müqavilə əsasında 1000 manatlıq kredit kartı verilmişdir. - Maliyyə arayışından görünür ki, Borclu 27 dekabr 2021-ci il tarixə banka 986,95 ABŞ dolları əsas, 197,66 ABŞ dolları faiz, 40,16 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 1224,77 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Borclu kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Borclu əsas və faiz borcunun tutulması hissəsində iddianın tam təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Borclu ilə "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 986,95 ABŞ dolları məbləğində əsas borca tənasübsüz olaraq 40,16 ABŞ dolları məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 40,16 ABŞ dolları məbləğində dəbbə pulunun məbləği azaldılaraq 20 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 986,95 ABŞ dolları əsas, 197,66 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 1204,61 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə “Bank VTB (Azərbaycan)” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaitinin 18 manat hissəsi müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Borclu 16 fevral 2015-ci il tarixli, 142460-1-13937 nömrəli kredit müqaviləsi üzrə 986,95 ABŞ dolları əsas, 197,66 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 1204,61 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla tutularaq “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 18 manat məbləğində pul vəsaiti də Borclu tutularaq “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver