Məhkəmə qərarları › İş №2(001)-4001/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4001/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4001/2020 30.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3513,36 ABŞ dolları əsas, 4420,85 ABŞ dolları faiz və 17184,73 ABŞ dolları cərimə borcu olmaqla xx xxxx 2015-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış 1315,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 26434,14 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Firuddin qızı “xxxx” İKB ASC-dən illik 28 % dərəcəsi ilə 24 ay müddətinə 12700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 oğlu və Cavabdeh5 ilə xx xxxx 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il iyunun 10-dək Cavabdeh1 Firuddin qızının banka xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3513,36 ABŞ dolları əsas, 4420,85 ABŞ dolları faiz və 17184,73 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 25118,94 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa Cavabdeh1 Firuddin qızının banka xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3513,36 ABŞ dolları əsas, 4420,85 ABŞ dolları faiz və 17184,73 ABŞ dolları cərimə borcu olmaqla xx xxxx 2015-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 1315,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26434,14 ABŞ dolları borcu vardır. xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəklində zərər qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli zərər kimi göstərilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsininizahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanan xx xxxx 2013-cü il tarixli 2-MZ4-2- 0-426-13 saylı kredit müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, bank borcalana birdəfəlik illik 28 % dərəcəsi ilə, 24 ay müddətinə, aylıq ödəniş 697,08 ABŞ dolları olmaqla 12700 ABŞ dolları biznes krediti verməyi, borcalan isə borclu isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunu borcverənə qaytarmağı barədə öhdəlik götürmüşdür. Müqavilənin 1.7 və 1.8-ci bəndlərinə əsasən kreditin verilmə tarixi xx xxxx 2013-cü il, bağlanma tarixi isə xx xxxx 2015-ci il olaraq müəyyən edilmişdir. Həmin müqavilənin 1.14-cü bəndinə əsasən gecikdirilmiş borc yaranan halda hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180 % miqdarında cərimə hesablanır. “xxxx” İKB ASC ilə Cavabdeh1 və zamin Cavabdeh4 arasında bağlanan xx xxxx 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 kreditor qarşısında xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. “xxxx” İKB ASC ilə Cavabdeh1 və zamin Cavabdeh5 arasında bağlanan xx xxxx 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh5 kreditor qarşısında xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. “xxxx” İKB ASC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanan xx xxxx 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kreditor qarşısında xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. “xxxx” İKB ASC ilə Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanan xx xxxx 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kreditor qarşısında xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ünvanlanan xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn borc məbləğini xəbərdarlıq məktubunu aldıqları tarixdən etibarən 5 gün müddətində İddiaçı ASC-yə ödəmələri barədə məlumat verilmiş, əks təqdirdə borc məbləğinin borclu və zamindən müştərək qaydada tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı ASC tərəfindən verilən xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx xxxxx 2019-cu il tarixində 3601,46 ABŞ dolları məbləğində olmuşdur. xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3513,36 ABŞ dolları, Faiz borcu üzrə 4420,85 ABŞ dolları, cərimə borcu üzrə 17184,73 ABŞ dolları, əsas borca hesablanmış 5% həddində əldən çıxmış fayda üzrə 1315,2 ABŞ dolları olmaqla ümumilikdə banka olan borc məbləği 25118,94 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən verilən xx xxxx 2013-cü il tarixindən xx xxxxxxx 2020-ci il tarixinə olan hesabdan çıxarışdan görünür ki, borclu sonuncu dəfə xx xxxxx 2019-cu il tarixində 3601,47 ABŞ dolları ödəniş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14710/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 7203 ABŞ dolları əsas borc və 2846 ABŞ dolları faiz borcu, cəmi 10049 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində vəsait “xxxx” İKB ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh3 xx xxxxxx 2019-cu il tarixin də həmin məhkəmə əmrindən etiraz verərək, əmrin ləğv edilib iddia icraatına keçirilməsiini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-14710/2014 saylı qərardadı ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(001)-14710/2014 saylı məhkəmə əmrinin ləğv edilməsi və iş üzrə iddia icraatına keçirilməsi, məhkəmənin hazırlıq iclasının xx xxxx 2019-cu il tarixə saat 09:00-a təyin edilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə 2(001)-3708/2019 mülki iş baxılmamış saxlanmışdır. xx xxxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alan Cavabdeh1 xx xxxx 2013-cü il tarixindən xx xxxx 2015-ci il tarixinə qədər aylıq faiz dərəcəsi 28 % olmaqla 24 ay müddətinə, aylıq ödəniş 697,08 ABŞ dolları olmaqla 12700 ABŞ dolları biznes krediti verilmişdir. İddiaçı ilə cavabdehlər – zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən isə zaminlər borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün borcalanla birgə məsuliyyət daşıyacaqlarını öz üzərlərinə götürmüşdürlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14710/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 7203 ABŞ dolları əsas borc və 2846 ABŞ dolları faiz borcu, cəmi 10049 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində vəsait “xxxx” İKB ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. Bundan sonra əmrə etiraz verilmiş, etiraz təmin edilərək əmr ləğv edilmiş və materiallara baxılması iddia icraatı qaydasında davam etdirilmiş və nəticədə tərəflər iştirak etmədiklərinə görə mülki iş MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Bankın təqdim etdiyi hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2019-cu il tarixdə qeyd edilən kredit müqaviləsi problemli kreditlərlə bağlı Prezidentin Fərmanına düşdüyü üçün bankın hesabına 3601.47 ABŞ dolları kompensasiya məbləği mədaxil edilmişdir. Həmin Məbləğ əsas kredit borcundan silinmişdir. Bankın təqdim etdiyi maliyyə arayışına əsasən borcalanın ödənişləri və mədaxil edilmiş kompensasiya məbləği ilə birlikdə əsas borcdan 9186.64 ABŞ dolları ödəniş edilmişdir. Faiz borcunnan isə cəmi 3065.43 ABŞ dolları ödəniş edilmişdir. İddiaçı hal-hazırda cavabdehlərdən xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsi üzrə 3513,36 ABŞ dolları əsas, 4420,85 ABŞ dolları faiz və 17184,73 ABŞ dolları cərimə borcu olmaqla xx xxxx 2015-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış 1315,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 26434,14 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş edir. Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazimi qaydada icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu əsasla iddiaçının qalıq kredit borcunun cavabdehlərdən tələb edilməsi ilə bağlı subyektiv hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə Cavabdeh1 Firuddin qızı kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh1 Firuddin qızı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Kredit borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə aşağıdakları qeyd etməyi zəruri hesab edir. Əvvəla sözügedən kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşməsi və 3601.46 ABŞ dolları kompensasiya məbləğinin bankın hesabına mədaxil edilərək borcalanın əsas borcundan silinməsi işin mübahisəsiz halıdır. Eyni zamanda hesabdan çıxarış məlumatlarından görünür ki, borclu tərəfindən xx xxx 2018-ci ildə ödəniş edilmişdir və bu hal kredit müqaviləsinin Fərmanın restrukturizasiya ilə bağlı hissəsinə düşməməsini deməyə əsas verir. Belə ki, sözügedən fərmanın 8.6-cı maddəsinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur. Bundan başqa “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə X2 tapşırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin. Bununla bağlı Azərbaycan Respublı̇ kasinin Malı̇ yyə X1 xx xxxx 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Həmin Qaydaların 5.2.2-ci maddəsinə əsasən kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir. Bu baxımdan məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcu kompensasiya məbləğinə münasibətdə azaldılmalı, dəbbə pulu isə silinməlidir. Odur ki, əsas borc kompensasiya məbləği müəyyən edildiyi zaman 7114.82(12700+36xx.xx-9186.64=7114.82) ABŞ dolları məbləğində olmuş, kompensasiya məbləği isə əsas borca nisbətdə 51 faiz təşkil etmişdir. Bu baxımdan tələb olunan faiz borcu 51 faiz azaldılmalıdır. Yəni 4420.85 ABŞ dolları məbləğində tələb olunan faiz borcu 51 faiz azaldılaraq 2166.2 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin faktiki halları ilə də müəyyən edilir ki, kredit müqaviləsinin müddətinin bitdiyi, yəni xx.xx.2015-ci ildən maliyyə arayışının verildiyi xx xxxx 2020-ci ilədək 58 ay 24 gün müddətdə borclu pul məbləğinin ödənilməsini gecikdirmişdir. Yəni borclu müqavilənin müddətinin bitdiyi vaxtdan əsassız olaraq saxladığı pul məbləğini borcverənə qaytarmalı olduğu halda bunu etməmişdir. Bu məbləğ əsas borcun 3513,36 ABŞ dolları olduğu, illik 5 faiz məbləğində 1764 gün gecikmə günü nəzərə alınarsa bu məbləğ 860.8 ABŞ dolları təşkil edir(3513,36 əsas borc X 5%/360 X 1764 gecikmə günü =860.8). Beləliklə məhkəmə hesab edir ki, xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsinə əsasən qalıq kredit borcu əsas borc üzrə 3513,36 ABŞ dolları, faiz borcu üzrə 2166.2 ABŞ dolları, gecikdirilmiş vaxt üçün isə 860.8 ABŞ dolları faiz borcu, ümumilikdə 6540.36 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh – zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 553.1.2-ci maddəsinə əsasən ixtiyarlı şəxs məhkəməyə iddia verirsə müddətin axımı kəsilir. 553.2-ci maddəsinə əsasən müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir. İşin hallarından da göründüyü kimi məhkəmə əmrinin ləğvi nəticəsində hazırki tələblə bağlı mülki iş tərəflərin iştirak etməmələri ilə bağlı xx.xx.2019-cu ildə məhkəmənin qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. Yəni 2015-ci ildə kredit müqaviləsinin müddəti bitməsinə baxmayaraq, müqavilənin qüvvədə olduğu müddətdə məhkəmə əmri qəbul edildiyinə və sonradan iddia icraatına keçilərək mülki işin baxılması davam etdiyinə görə müddətin axımı kəsilmişdir, lakin mülki iş baxılmamış saxlanıldıqdan sonra müddətin axımı yenidən başlamışdır. Odur ki, zaminliklə bağlı öhdəliyin müddəti həmin tarixdən hesablanmalıdır. Hazırki tələblə bağlı iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2020-ci ildə daxil olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, zaminə qarşı iddia 1 ildən sonra verildiyindən zaminliyə xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasənpul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bununla bağlı məhkəmə o qənaətə gəlir ki, ABŞ dolları ilə olan kredit borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx xxxx 2013-cü il tarixli 2- MZ4-2-0-426-13 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3513,36 ABŞ dolları, faiz borcu üzrə 2166.2 ABŞ dolları, gecikdirilmiş vaxt üçün isə 860.8 ABŞ dolları faiz borcu, ümumilikdə 6540.36 ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manat valyutası ilə Cavabdeh1 Firuddin qızından tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun 7.5 manat hissəsi Cavabdeh1 Firuddin qızından tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3513,36 ABŞ dolları, faiz borcu üzrə 2166.2 ABŞ dolları, gecikdirilmiş vaxt üçün isə 860.8 ABŞ dolları faiz borcu, ümumilikdə 6540.36 ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manat valyutası ilə Cavabdeh1 Firuddin qızından tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 7.5(yeddi manat əlli qəpik) manat hissəsi Cavabdeh1 Firuddin qızından tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar