Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4004/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səadət Rəşid qızı Səlimova İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdırıb hesab edirəm ki, iddiaçı tərəfindən ərizənin formasına və məzmununa əməl edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1.-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 150.0. maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qnununun 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar; 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; 9.1.3. şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar; 9.1.4. müəlliflik mübahisələri üzrə müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar; 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar; 9.1.6. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə - sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri; 9.1.7. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə sosial təminat orqanları; 9.1.8. borcludan tutulmalı olan, lakin borc tutan şəxsin hesabına keçirilməyən məbləğə görə iddialar üzrə - iddiaçılar; 9.1.9. cinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin ödənilməsi barədə prokuror tərəfindən verilən iddialar üzrə – iddiaçılar; 9.1.10. aliment verməkdən, şikəst etmə və ya səhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə – polis orqanları; 9.1.11. cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar; 9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər; 9.1.13. qanunsuz olaraq qəti imkann tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə - tərəflər; 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; 9.1.15. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə - dövlət orqanları; 9.1.16. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar; 9.1.17. məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər; 9.1.18. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə tərəflər; 9.1.19. yeni açılmış hallara görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə - tərəflər; 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. 9.1.21. Hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə – tələbkar; 9.1.22. İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan olunmuş axtarış üzrə xərcləri ödəməkdən borclu imtina etdikdə və ya yayındıqda, tələbkar tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə – tələbkar. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı mülki iddia adlandırdığı ərizəsinə yalnız şəxsiyyət vəsiqəsinin surətini əlavə etməklə kifayətlənmiş, dövlət rüumunu ödəməsi barədə qəbzi, iddia ərizəsinin surətini, cavabdehin qeydiyyatda olduğu ünvan barədə sənədi, ərisəsində istinad etdiyi hallara dair sənədləri ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, qeyd olunan nöqsanlar aradan qaldırılmadan iddia ərizəsinin icraata qəbul edilməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair ərizəsi əlavə olunan sənədlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4004/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4004/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver