Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-401/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı İB Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 276,45 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində idarə etdiyi “İsuzu” markalı “**-OL-***” dövlət qeydiyyat nişanlı yük avtomaşın ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri yolu (DSK yolu), ATV məhəlləsi ünvanında (koordinatlar: 40.447159; 49.790337) yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində 76 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xəttinin L=20 p/metr hissəsi deformasiyaya uğrayaraq istismara yararsız vəziyyətə düşmüş və qaynar yerindən qırılmış və nəticədə təxminən 30 dəqiqə müddəti ərzində 25 mbar təzyiqində təbii qaz havaya axmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən qaz xəttinin zədələnməsi haqqında xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş, ərazinin qaz təminatı müvəqqəti olaraq dayandırılmış, İddiaçı İB-nın Qəza Bərpa Xidmətinə və həmçinin DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Hadisə ilə bağlı Binəqədi DYP tərəfindən araşdırma aparılaraq cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, yol nəqliyyat hadisəsi nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 276,45 (3,29 manat itirilmiş qazın dəyəri və 273,16 manat təmir-bərpaya çəkilən xərc) manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdeh İddiaçı İB-yə dəymiş maddi zərəri ödəmədiyindən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yol nəqliyyat hadisəsi və ya təmir bərpa işləri nəticəsində qaz xəttinin zədələnməsinə dair aktdan və yol nəqliyyat hadisəsi barədə xitməti məlumatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Biləcəri yolu (DSK yolu), ATV məhəlləsi ünvanında xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində “İsuzu” markalı “**-OL-***” dövlət qeydiyyat nişanlı yük avtomobili tərəfindən DŞ-57 mm-lik, aşağı təzyiqli, yerüstü qaz xətti vurularaq qırılmışdır. Nəticədə qaz xəttinin L=20 p/metr hissəsi deformasiyaya uğrayaraq istismara yararsız vəziyyətə düşmüşdür. Ərazidə qaz təminatı saat 17:30-da İddiaçı İB-nin əməkdaşları tərəfindən dayandırılmışdır. Qəza-bərpa xidmətinə və DİN-nin 102 xidmətinə verilmişdir. xx.xx.2022-ci il tarixdə qaz xəttinin qırılmış və deformasiyaya uğramış hissəsi Qəza Bərpa Xidməti tərəfindən təmin edilərək ərazidə qaz təminatı bərpa edilmiş. Hadisə zamanı qaz xəttində qazın təzyiqi 25 mbar olmuş və 30 dəqiqə müddətində təbii qaz havaya axmışdır. - Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş, həmçinin o, baş vermiş hadisə ilə razılaşaraq protokolu imza etmişdir. - Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi İddiaçı İB-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “İsuzu” markalı “**-OL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilərək Binəqədi RPİ DYPŞ-yə dəvət olunmuş və xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu ərazisində idarə etdiyi “İsuzu” markalı “**-OL-***” dövlət qeydiyyat nişanlı yük avtomobili maneəyə vuraraq yol nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində 276,45 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdiyinə görə dəymiş maddi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsi nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz Cavabdeh tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı İB-yə maddi ziyan vurması, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, Cavabdeh inzibati xəta törətməsinə dair tərtib edilmiş protokolla və işin digər materialları ilə tam sübuta yetirildi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən, İddiaçı İB-yə dəymiş maddi ziyana görə hesablanmış 276,45 manat məbləğində zərərin cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 276,45 (iki yüz yetmiş altı manat qırx beş qəpik) manat məbləğində zərərin əvəzi tutularaq İddiaçı hesabına ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-401/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-401/2024
24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver