Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4012/2021 01.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, fərdi yaşayış evinə dəymiş 2352 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 21 yanvar 2019-cu il tarixdə Cavabdeh sərxoş halda idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolun əks istiqamətinə çıxaraq X3 idarə etdiyi “Mercedes Benz yük” markalı **-NR- *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu özüboşaldan avtomobillə toqquşmuşdur. X6 idarəetməni itirərək avtomobilini sağ tərəfə istiqamətləndirmiş və iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çırpılaraq mülkiyyətini zədələmişdir. Hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılmış, nəticədə Cavabdeh hadisədə təqsirli bilinmişdir. İddiaçı ilkin olaraq hadisə iştirakçısı X4 və digərlərinə qarşı iddia qaldırsa da, həmin iş üzrə Ali Məhkəmənin yekun məhkəmə aktına əsasən törədilmiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması və cinayət təqibini həyata keçirən orqan tərəfindən məhz sonuncunun inzibati məsuliyyətə cəlb olunmasının qərara alındığı qeyd olunmuşdur. Bu səbəbdən də qeyd olunanlara əsasən iddiaçı Cavabdeh vurulmuş maddi ziyanının tutulması tələbinə dair yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-517/2021 saylı, 30.03.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1461/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X5 və X1 müştərək qaydada iddiaçının əmlakına vurduqları 2352 manat məbləğində zərərin və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.07.2020-ci il tarixli, 2(103)-55097/2020 saylı qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 30.07.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01.05.2019-cu il tarixli qərardan görünür ki, vətəndaş X3 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış HK-1/51 saylı material üzrə cinayət işinin başlamaısnın rədd edilməsi, hadisəni törətmiş Hyundai Sonata minik markalı **-PC-*** d.q nişanlı avtomobilin sürücüsü Cavabdeh Elburus oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsinin nəzərə alınması və qəbul edilmiş qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna gəndərilməsi qərara alınmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin 27.03.2019-cu il tarixli, 3111 nömrəli rəyinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 28, 24 nömrəli fərdi yaşayış evində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsinə əmələ gələn qüsurların aradan qaldırılması üçün görülməsi təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 2352 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. -1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Hyundai Sonata” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də iddiaçıya dəymiş ziyan bilavasitə Cavabdeh təqsiri ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə sübutların aidliyi və mümkünlüyü nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, yol nəqliyyat hadisəsi məhz cavabdeh tərəfindən törədilməsi iş materiallarına əlavə edilmiş məhkəmə aktları ilə sübuta yetirilmiş və buna görə də Cavabdeh təqsirli olmuş və cinayət təqibini həyata keçirən orqan tərəfindən məhz sonuncunun inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 2352 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 2352 (iki min üç yüz əlli iki) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4012/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4012/2021
01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver