Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4023/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” ASC-in etibarnamə əsasında nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” ASC-in Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X10 qızının vərəsəsi Cavabdeh iddiaçı “xxxx” ASC-in xeyrinə 4234,44 manat əsas borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-in Abşeron filialı ilə X10 qızı arasında bağlanmış 27.03.2019-cu il tarixli, BPM**********72 saylı kredit müqaviləsinə əsasən Bank X10 qızına illik 25 faizlə 60 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqvailə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Borclu X10 qızı 25.02.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 26 saylı Notariat Kontorunun məktubu ilə müəyyən edilmişdir ki, mərhum X10 qızının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 10.06.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 15.04.2021-ci il tarixli maliyyə arayışına əsasən X10 qızının Banka ödənilməmiş qalan 4234,44 manat əsas borcu qalmışdır. Cavabdeh mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi, mərhum X10 qızının vərəsəsi Cavabdeh iddiaçı “xxxx” ASC-in xeyrinə 4234,44 manat əsas borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-in etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, mərhum Rəna Murad onun doğma qızıdır. Rəna 25.02.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Sağlığında, yəni 27.03.2019-cu il tarixdə “xxxx” ASC ilə X10 qızı arasında kredit müqaviləsi bağlanmış və Bank X10 qızına illik 25 faizlə 60 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. Rəna vəfat etdiyindən onun banka ödənilməmiş 4234,44 manat məbləğində borcu qalmışdır. X7 barəsində 18.05.2020-ci il tarixdə vərəsəlik işi açılmış və o vərəsə müəyyən olunmaqla, 10.06.2020-ci il tarixdə həmin vərəsəlik işi ilə əlaqədar “vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya xidmətinin X2 tərəfindən 19 may 2020-ci il tarixli **********6 saylı arayışına əsasən 2085,14 (iki min səksən beş manat 14 qəpik) manat vəsaitdən ibarətdir. Həmin vəsaiti o miras əmlak kimi qəbul etmişdir. X4 başqa miras əmlak qalmamışdır. Onun bir əli, bir ayağı işləmir. Xəstədir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27.03.2019-cu il tarixli BPM**********72 nömrəli Kredit Müqaviləsindən görünür ki, Murad Rəna MirMiryaqub qızı “xxxx” Açıq Səhmdar Cəmiyyətindən illik 25 faizlə 60 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Murad Rəna MirMiryaqub qızı tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 146,8 manat olmaqla 27.03.2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. 27.03.2019-cu il tarixli kassa məxaric orderlərinin surətindən görünür ki, kredit məbləği Murad Rəna MirMiryaqub qızı tərəfindən bankın kassasından qəbul edilmişdir. 15.04.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Murad Rəna MirMiryaqub qızının 27.03.2019-cu ildə bağlanmış kredit müqaviləsi üzrə banka 4234,44 manat əsas borcu yaranmışdır. AZ-İİ seriyalı № 051122 saylı ölüm haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Murad Rəna MirMiryaqub qızı (miras qoyan) 25 fevral 2020-ci ildə neyrofibromatoz xəstəliyindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 mart 2020-ci ildə 82 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 26 saylı notariat ofisinin 18 fevral 2021-ci il tarixli məktubundan görünür ki, X7 barəsində 18.05.2020-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh vərəsə müəyyən olunmuşdur. 10.06.2020-ci il tarixdə həmin vərəsəlik işi ilə əlaqədar “vərəsəlik hüququ haqqında şəhadətnamə” Cavabdeh verilmişdir. 26 saylı notariat ofisinin 2V-37 reyestr nömrəli, 10.06.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, 25.02.2020-ci ildə vəfat etmiş Murad Rəna MirMiryaqub qızının vərəsəsi Cavabdeh miras əmlakdan 1/1 (tam) hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya xidmətinin X2 tərəfindən 19 may 2020-ci il tarixli **********6 saylı arayışına əsasən 2085,14 (iki min səksən beş manat 14 qəpik) manat alınmamış vəsaitdən ibarətdir. İş materiallarında olan X1 ünvanlanmış bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə iş materiallarında olan sübutlardan, tərəflərin izahatlarından mübahisəsiz qaydada təsdiq olunur ki, X10 qızı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, Cavabdeh isə X10 qızının qanuni vərəsəsi olduğundan ondan miras qalan 2085,14 (iki min səksən beş manat 14 qəpik) manat məbləğində pulu qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Beləliklə, mirasın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası qəbul etmiş vərəsələrə qarşı irəli sürə bilər. Cavabdeh miras qoyan X10 qızının qanuni vərəsəsi kimi məsuliyyətinin həddi ilə bağlı məhkəmə qeyd edir ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşdığından iddia qismən təmin edilməli, Cavabdeh ona çatan miras payı həcmində, yəni 2085,14 manat (iki min səksən beş manat 14 qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə isə iddia təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib olaraq 14,76 manat hissəsi və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2085,14 (iki min səksən beş manat 14 qəpik) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 14,76 manat hissəsi və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin eidlməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4023/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4023/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver