Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4039/2022 29.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Hoffman markalı kondisioner üçün 530,5 manat ödənilməmiş hissə və 53,5 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Samsung Galaxy A 51 (İMEİ kodu **********26797) markalı telefon üçün ödənilməmiş 516,6 manat və 51,4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Samsung kondisioner üçün 401,9 manat ödənilməmiş hissə və 40,1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Hoffman LED TV üçün 338,2 ödənilməmiş hissə və 38,8 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Hoffman Soyuducu, Samsung Galaxy A10 (**********75102) markalı telefon üçün 149,8 ödənilməmiş hissə və 14,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Philips ütü üçün 31,4 ödənilməmiş hissə və 3,6 manat cərimə olmaqla, cəmi 2170 manat borcun və 41,70 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci tarixli müqavilələrə əsasən, Hoffman markalı kondisioner, Samsung Galaxy A 51 (İMEİ kodu **********26797) markalı telefon, Samsung kondisioner, Hoffman LED TV, Hoffman Soyuducu, Samsung Galaxy A10 (**********75102) markalı telefon, Philips ütü almış və nəticədə 2170 manat borc yaranmışdır. xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci tarixli müqavilələrə xx.xx.2021-ci il tarixdə 01 saylı əlavəyə əsasən cavabdehin borcu restrukturizasiya edilmişdir Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 572,32 manat olan Hoffman markalı kondisioneri ilkin ödəniş 20,44 manat olmaqla, 27 ay müddətinə, hər ay 20,44 manat ödəmək şərti ilə almış, nəticədə 530,5 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 53,5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 563,52 manat olan Samsung Galaxy A 51 (İMEİ kodu **********26797) markalı telefonu ilkin ödəniş 23,48 manat, 23 ay müddətinə, hər ay 23,48 manat ödəmək şərti ilə almış, nəticədə 516,6 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 51,4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 456,96 manat olan Samsung markalı kondisioneri ilkin ödəniş 32,64 manat olmaqla, 13 ay müddətinə, hər ay 32,64 manat ödəmək şərti ilə almış, nəticədə 401,9 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 40,1 manat miqdarında cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 396,06 manat olan Hoffman LED TVni ilkin ödəniş 28,29 manat olmaqla, 13 ay müddətinə, hər ay 28,29 manat ödəmək şərti ilə almış, nəticədə 338,2 ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 38,8 manat miqdarında cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 224,64 manat olan Hoffman Soyuducu, Samsung Galaxy A10 (**********75102) markalı telefonu ilkin ödəniş 37,44 manat olmaqla, 5 ay müddətinə, hər ay 37,44 manat ödəmək şərti ilə almış, nəticədə 149,8 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 37,68 manat olan Philips ütünü ilkin ödəniş 6,28 manat olmaqla, 5 ay müddətinə, hər ay 6,28 manat ödəmək şərti ilə almış, nəticədə 31,4 ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 3,6 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 386,4 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 02 iyun 2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20370391 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 152 manat olmaqla, 18 ay müddətinə hər ay 35,9 manat ödəmək şərti ilə, dəyəri 798,2 manat olan “Hoffman” markalı kondisioner satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Hoffmann” markalı kondisioner Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20370391 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, əvvəlki ödəmə cədvəli ləğv olunaraq tərəflər arasında yeni ödəmə cədvəli tərtib edilir, həmin ödəmə cədvəlinə əsasən, Cavabdeh qalıq qalmış 572,26 manat borcu ilkin ödəniş 20,44 manat olmaqla, 27 ay müddətinə, hər ay 20,44 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20257673 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 188 manat olmaqla, 18 ay müddətinə hər ay 42 manat ödəmək şərti ilə, dəyəri 944 manat olan “Samsung Galaxy A 51” (İMEİ kodu **********26797) markalı telefon satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A 51” (İMEİ kodu **********26797) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20257673 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, əvvəlki ödəmə cədvəli ləğv olunaraq tərəflər arasında yeni ödəmə cədvəli tərtib edilir, həmin ödəmə cədvəlinə əsasən, Cavabdeh qalıq qalmış 563,62 manatı ilkin ödəniş 23,48 manat olmaqla, 23 ay müddətinə, hər ay 23,48 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 10164984 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 203 manat olmaqla, 18 ay müddətinə, hər ay 61 manat ödəmək şərti ilə, dəyəri 1301 manat olan “Samsung” markalı kondisioner satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung” markalı kondisioner Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 10164984 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, əvvəlki ödəmə cədvəli ləğv olunaraq tərəflər arasında yeni ödəmə cədvəli tərtib edilir, həmin ödəmə cədvəlinə əsasən, Cavabdeh qalıq qalmış 456,89 manatı ilkin ödəniş 32,64 manat olmaqla, 13 ay müddətinə, hər ay 32,64 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01070303 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin 244 manat olmaqla, 18 ay müddətinə, hər ay 53 manat ödəmək şərti ilə, dəyəri 1198 manat olan “Hoffman LED” markalı televizoru satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Hoffman LED” markalı televizor Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01070303 nömrəli malın nisyə alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, əvvəlki ödəmə cədvəli ləğv olunaraq tərəflər arasında yeni ödəmə cədvəli tərtib edilir, həmin ödəmə cədvəlinə əsasən, Cavabdeh qalıq qalmış 396,01 manatı ilkin ödəniş 28,29 manat olmaqla, 13 ay müddətinə, hər ay 28,29 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00769142 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 278 manat olmaqla, 18 ay müddətinə, hər ay 74 manat ödəmək şərti ilə, dəyəri 1610 manat olan “Hoffmann” markalı soyuducu və “Samsung Galaxy A10” (**********75102) markalı telefon satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Hoffmann” markalı soyuducu və “Samsung Galaxy A10” (**********75102) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00769142 nömrəli malın nisyə alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, əvvəlki ödəmə cədvəli ləğv olunaraq tərəflər arasında yeni ödəmə cədvəli tərtib edilir, həmin ödəmə cədvəlinə əsasən, Cavabdeh qalıq qalmış 224,65 manatı ilkin ödəniş 37,44 manat olmaqla, 5 ay müddətinə, hər ay 37,44 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20057978 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 38 manat olmaqla, 12 ay müddətinə, hər ay 12,4 manat ödəmək şərti ilə, dəyəri 186,8 manat olan “Philips” markalı ütü satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Philips ütü Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20057978 nömrəli malın nisyə alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, əvvəlki ödəmə cədvəli ləğv olunaraq tərəflər arasında yeni ödəmə cədvəli tərtib edilir, həmin ödəmə cədvəlinə əsasən, Cavabdeh qalıq qalmış 37,70 manatı ilkin 6,28 manat olmaqla, 5 ay müddətinə, hər ay 6,28 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş 20 may 2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, 530,5 manat ödənilməmiş hissə və 53,5 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, 516,6 manat və 51,4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, 401,9 manat ödənilməmiş hissə və 40,1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 338,2 ödənilməmiş hissə və 38,8 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, 149,8 ödənilməmiş hissə və 14,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, 31,4 ödənilməmiş hissə və 3,6 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci tarixli müqavilələr və həmin müqavilələrə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişlərdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci tarixli müqavilələr və həmin müqavilələrə xx.xx.2021-ci il tarixli əlavə sazişlər üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, “Hoffmann” markalı kondisioner üçün 530,5 manat ödənilməmiş hissə və 53,5 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, “Samsung Galaxy A 51” (İMEİ kodu **********26797) markalı telefon üçün ödənilməmiş 516,6 manat və 51,4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, “Samsung” markalı kondisioner üçün 401,9 manat ödənilməmiş hissə və 40,1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, “Hoffmann LED TV” üçün 338,2 ödənilməmiş hissə və 38,8 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, “Hoffmann” markalı soyuducu, “Samsung Galaxy A10” (**********75102) markalı telefon üçün 149,8 ödənilməmiş hissə və 14,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, “Philips” markalı ütü üçün 31,4 ödənilməmiş hissə və 3,6 manat cərimə olmaqla, ümumilkdə cəmi 2170 manat borc alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 41,70 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavəyə əsasən, 530,5 (beş yüz otuz manat 50 qəpik) manat əsas borc və 53,5 (əlli üç manat 50 qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavəyə əsasən, 516,6 (beş yüz on altı manat 60 qəpik) manat əsas borc və 51,4 (əlli bir manat 40 qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, 401,9 (dörd yüz bir manat 90 qəpik) manat əsas borc və 40,1 (qırx manat 10 qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavəyə əsasən, 338,2 (üç yüz otuz səkkiz manat 20 qəpik) manat əsas borc və 38,8 (otuz səkkiz manat 80 qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, 149,8 (bir yüz qırx doqquz manat, 80 qəpik) manat əsas borc və 14,2 (on dörd manat 20 qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli, 01 saylı əlavəyə əsasən, 31,4 (otuz bir manat 40 qəpik) manat əsas borc və 3,6 (üç manat 60 qəpik) manat cərimə borc və 41,70 (qırx bir manat 70 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2211,70 (iki min iki yüz on bir manat 70 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4039/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4039/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver