Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4066/2022 07.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 07 iyul 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 avqust 2020-ci il tarixli müqavilə üzrə 1906 manat, 06 avqust 2020-ci il tarixli müqavilə üzrə 32 manat, 03 noyabr 2020-ci il tarixli müqavilə üzrə 943,2 manat olmaqla hər üç müqavilə üzrə ümumilikdə əsas borc kimi 2881,2 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 48,82 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 2826,6 manat olan “LG” markalı soyuducu və «Slamsung Led» markalı televizoru 15 manat ilkin ödəniş etməklə qalan məbləği 18 ay ərzində aylıq 156,2 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 1906 manat əsas borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 574,2 manat olan “Xiaomi Redmi 9” markalı mobil telefonu ilkin ödəniş etmədən 18 ay ərzində aylıq 31,9 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 32 manat əsas borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 943,2 manat olan “Venetsiya” markalı stul, «Milan» markalı tv stend üçün ilkin ödəniş etmədən 18 ay ərzində aylıq 52,4 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 943,2 manat əsas borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1462,8 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 05 avqust 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 2826,6 manat olan “LG” markalı soyuducu və «Slamsung Led» markalı televizoru 15 manat ilkin ödəniş etməklə qalan məbləği 18 ay ərzində aylıq 156,2 manat ödəmək şərti ilə kreditlə almışdır. - 06 avqust 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh sonuncu alqı-satqı qiyməti 574,2 manat olan “Xiaomi Redmi 9” markalı mobil telefonu ilkin ödəniş etmədən 18 ay ərzində aylıq 31,9 manat ödəmək şərti ilə kreditlə almışdır. - 03 noyabr 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 943,2 manat olan “Venetsiya” markalı stul, «Milan» markalı tv stend üçün ilkin ödəniş etmədən 18 ay ərzində aylıq 52,4 manat ödəmək şərti ilə kreditlə almışdır. - 21 may 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 05 avqust 2020-ci il, 06 avqust 2020-ci il və 03 noyabr 2020-ci il tarixli alğı-satqı müqavilələri üzrə həmin tarixə ümumilikdə 2881,2 manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 48,82 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cavabdeh 05 avqust 2020-ci il tarixli müqavilə üzrə 1906 manat, 06 avqust 2020-ci il tarixli müqavilə üzrə 32 manat, 03 noyabr 2020-ci il tarixli müqavilə üzrə 943,2 manat olmaqla hər üç müqavilə üzrə ümumilikdə 2881,2 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 48,82 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4066/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4066/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver