Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4067/2021 10.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə 10 sentyabr 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada bankın xeyrinə 127052,69 manat əsas, 55523,36 manat faiz, 225,41 manat cərimə borcu olmaqla ümumilikdə 182201,46 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 64,23 kv.metr ümumi, 46,73 kv.metr yaşayış sahədən ibarət 127 nömrəli evin 21 saylı mənzilinə yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 və digər şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların fərdi yaşayış evindən çıxarılmaları, əmlakın boşaldılaraq bnaka təhvil verilməsi, kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və cavabdehlər öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər:
1. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-yə 01 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 109000 manat əsas, 50523,36 manat faiz, 225,41 manat cərimə olmaqla ümumilikdə 159748,77 manat məbləğində borcunun olmasını qəbul edir.
2. Tərəflər arasında bağlanmış 01 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 64,23 kv.metr ümumi, 46,?3 kv.metr yaşayış sahədən ibarət 127 nömrəli evin 21 nömrəli mənzilinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 90000 manat məbləğində müəyyən edilsin.
3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kreditin qalıq əsas məbləği olan 109000 manat borcu illik 17 faiz dərəcəsi olmaqla 24 ay müddətinə (ilk ödəniş 30 sentyabr 2021-ci il tarixdən başlanmaqla) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürürlər:
№ Ödəniş tarixi Kredit ödənişi Əsas Faiz Qalıq borc
1 30.09.2021 5390 3845,83 1544,17 105154,17 2 29.10.2021 5390 3900,32 1489,68 101253,85 3 30.11.2021 5390 3955,57 1434,43 97298,28 4 30.12.2021 5390 4011,61 1378,39 93286,67 5 31.01.2022 5390 4068,44 1321,56 89218,23 6 28.02.2022 5390 4126,08 1263,92 85092,16 7 30.03.2022 5390 4184,53 1205,47 80907,63 8 29.04.2022 5390 4243,81 1146,19 76663,82 9 30.05.2022 5390 4303,93 1086,07 72359,89 10 30.06.2022 5390 4364,9 1025,1 67994,99 11 29.07.2022 5390 4426,74 963,26 63568,25 12 30.08.2022 5390 4489,45 900,55 59078,8 13 30.09.2022 5390 4553,05 836,95 54525,75 14 31.10.2022 5390 4617,55 772,45 49908,2 15 30.11.2022 5390 4682,97 707,03 45225,24 16 30.12.2022 5390 4749,31 640,69 40475,93 17 30.01.2023 5390 4816,59 573,41 35659,33 18 28.02.2023 5390 4884,83 505,17 30774,51 19 30.03.2023 5390 4954,03 435,67 25820,48 20 28.04.2023 5390 5024,21 365,79 20796,27 21 30.05.2023 5390 5095,39 294,61 15700,89 22 30.06.2023 5390 5167,57 222,43 10533,31 23 31.07.2023 5390 5240,78 149,22 5292,54 24 30.08.2023 5366,54 5292,54 749,7 0 Cəmi 129336,54 109000 20337,51
4. 10 sentyabr 2021-ci il tarixə hesablanıb ödənilməyən faiz və cərimə borcları yeni qrafikdə sonuncu ödənişə keçirilir.
5. Cavabdehlər yeni qrafik üzrə ödənişlərini ödədiyi təqdirdə, sonuncu ödənişə keçirilmiş faiz və cərimələri güzəşt etməyi bank öz üzərinə götürür.
6. Cavabdehlər zasişin 3-cü və 5-ci bəndlərindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 64,23 kv.metr ümumi, 46,73 kv.metr yaşayış sahədən ibarət 127 nömrəli evin 21 nömrəli mənzilini girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.
7. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 159748,77 manat borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yülkü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq icra və probasiya şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Bankın xeyrinə tutulsun.
8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.
9. Cavabdehlər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
11. Barışıq sazişi hazırki işin icratına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.
14. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində, 10 sentyabr 2021-ci il tarixdə imzalanmışdır. İddiaçının nümayəndəsi və cavabdehlər barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-yə 01 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 109000 manat əsas, 50523,36 manat faiz, 225,41 manat cərimə olmaqla ümumilikdə 159748,77 manat məbləğində borcunun olmasını qəbul edir.
2. Tərəflər arasında bağlanmış 01 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 64,23 kv.metr ümumi, 46,?3 kv.metr yaşayış sahədən ibarət 127 nömrəli evin 21 nömrəli mənzilinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 90000 manat məbləğində müəyyən edilsin.
3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kreditin qalıq əsas məbləği olan 109000 manat borcu illik 17 faiz dərəcəsi olmaqla 24 ay müddətinə (ilk ödəniş 30 sentyabr 2021-ci il tarixdən başlanmaqla) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürürlər:
№ Ödəniş tarixi Kredit ödənişi Əsas Faiz Qalıq borc
1 30.09.2021 5390 3845,83 1544,17 105154,17 2 29.10.2021 5390 3900,32 1489,68 101253,85 3 30.11.2021 5390 3955,57 1434,43 97298,28 4 30.12.2021 5390 4011,61 1378,39 93286,67 5 31.01.2022 5390 4068,44 1321,56 89218,23 6 28.02.2022 5390 4126,08 1263,92 85092,16 7 30.03.2022 5390 4184,53 1205,47 80907,63 8 29.04.2022 5390 4243,81 1146,19 76663,82 9 30.05.2022 5390 4303,93 1086,07 72359,89 10 30.06.2022 5390 4364,9 1025,1 67994,99 11 29.07.2022 5390 4426,74 963,26 63568,25 12 30.08.2022 5390 4489,45 900,55 59078,8 13 30.09.2022 5390 4553,05 836,95 54525,75 14 31.10.2022 5390 4617,55 772,45 49908,2 15 30.11.2022 5390 4682,97 707,03 45225,24 16 30.12.2022 5390 4749,31 640,69 40475,93 17 30.01.2023 5390 4816,59 573,41 35659,33 18 28.02.2023 5390 4884,83 505,17 30774,51 19 30.03.2023 5390 4954,03 435,67 25820,48 20 28.04.2023 5390 5024,21 365,79 20796,27 21 30.05.2023 5390 5095,39 294,61 15700,89 22 30.06.2023 5390 5167,57 222,43 10533,31 23 31.07.2023 5390 5240,78 149,22 5292,54 24 30.08.2023 5366,54 5292,54 749,7 0 Cəmi 129336,54 109000 20337,51
4. 10 sentyabr 2021-ci il tarixə hesablanıb ödənilməyən faiz və cərimə borcları yeni qrafikdə sonuncu ödənişə keçirilir.
5. Cavabdehlər yeni qrafik üzrə ödənişlərini ödədiyi təqdirdə, sonuncu ödənişə keçirilmiş faiz və cərimələri güzəşt etməyi bank öz üzərinə götürür.
6. Cavabdehlər zasişin 3-cü və 5-ci bəndlərindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 64,23 kv.metr ümumi, 46,73 kv.metr yaşayış sahədən ibarət 127 nömrəli evin 21 nömrəli mənzilini girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.
7. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 159748,77 manat borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yülkü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq icra və probasiya şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Bankın xeyrinə tutulsun.
8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.
9. Cavabdehlər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
11. Barışıq sazişi hazırki işin icratına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.
14. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində, 10 sentyabr 2021-ci il tarixdə imzalanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev