Məhkəmə qərarları › İş №2(001)-4083/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4083/2020

18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4083/2020 18.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı xnın Cavabdeh qarşı alimentin artırılması tələbinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı x Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2007-ci il təvəllüdlü X2 üçün təyin edilmiş hər ay 75 manat sabit pul məbləğində alimentin 200 manatadək artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx xxxxxx 2007-ci il təvəllüdlü X6 anadan olmuşdur. Aralarında olan nikah Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsi ilə pozulmuş, qeyd olunan qətnamədə ilə xx xxxxxx 2007-ci il təvəllüdlü X2 üçün hər ay 75 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin 75 manat məbləğində aliment uşağın tam sağlam və təminatlı tərbiyə olunmasına və böyüməsinə yetərli deyildir. Belə ki, onun özü də heç bir yerdə işləmir, keçmiş həyat yoldaşı da uşağın saxlanması üçün alimentdən əlavə heç bir yardım göstərmir. Bu səbəbdən də, övladının tələbatları üçün maddi vəsaitlər tələb olunduğundan çətinliklərlə üzləşir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmə qətnaməsi ilə tutulmuş alimentin məbləği çox aşağı olduğundan, uşağın zəruri xərclərinin qarşılanmasına kifayət etmir. Belə ki, uşağın artıq 13 yaşı var, məktəbə gedir. Cavabdeh isə alimentdən başqa hər hansı əlavə yardımlar göstərmədiyindən iddiaçı təkbaşına uşağın maddi təminatını ödəyə bilmir. Ona görə də alimetin miqdarının artırılması zəruridir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qismən qəbul edərək izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün hər ay 75 manat sabit pul məbləğində aliment təyin edilməsinə baxmayaraq cavabdeh 10 ilə yaxındır ki, üzünü belə görə bilmədiyi uşağı üçün hər ay artıqlaması ilə aliment ödəyir, heç vaxt aliment ödəməkdən boyun qaçırmamış, bir gün belə gecikməsi olmamışdır. Bu ödənişlər cavabdehin müxtəlif vaxtlarda maddi imkanından asılı olaraq ortalama olaraq minimum 100 manat həcmində ödənilmişdir. Baxmayaraq ki, qarşı tərəf cavabdehin uşağı ilə ünsiyyət qurmasına menaə yaradır. Bundan əlavə, cavabdeh yeni ailə həyatı qurmuş, həmin nikahdan da bir uşağı olmuşdur. Həmçinin, ailə qurduğu xanımında əvvəlki nikahından olan bir uşağı hazırda onlarla birgə yaşayır. Belə olan halda, cavabdeh faktiki olaraq 3 uşağın maddi ehtiyaclarını qarşılayır. Bundan əlavə, cavabdeh pandemiya ilə bağlı hazırda heç bir yerdə işləmir və gəlir yeri də yoxdur. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh hazırda 130 manat məbləğində aliment ödəyə bilər. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2007-ci il tarixli, AZ-İ seriyalı, 988259 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2465 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası Yusubova Samı̇rə Vaqı̇f qızıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(009)-11/10 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə Yusubova Samı̇rə Vaqı̇f qızı arasında Saədat sarayında bağlanmış 2815 nömrəli xx xxxxxxxx 2005-ci il tarixli nikahın pozulması, xx xxxxxx 2007-ci il təvəllüdlü X3 anası Yusubova Samı̇rə Vaqı̇f qızının yanında saxlanılması, xx xxxxx 2010-cu il tarixdən başlayaraq xx xxxxxx 2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 75 manat tutularaq Yusubova Samı̇rə Vaqı̇f qızına verilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, Cavabdeh Elar oğlu müntəzəm olaraq X4 hesabına ödənişlərin təyinatı “aliment pulu” olmaqla müxtəlif məbləğlərdə (75 manat, 80 manat, 140 manat, 125 manat və sair) aliment ödəmişdir. Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli, AZ-İ seriyalı, 593647 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə Mehdi-zadə Türkan Yunis qızı xx xxxxxx 2011-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yusubov, arvada Yusubova soyadı verilmişdir. Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2007-ci il tarixli, AZ-İ seriyalı, 988259 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2465 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası Yusubova Samı̇rə Vaqı̇f qızıdır. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2013-cü il tarixli, AZ-İİİ seriyalı, 095227 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 641 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə tərəflərin birgə nikahlarından xx xxxxxx 2007-ci il təvəllüdlü X6 doğulmuş, daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan olan uşaqları iddiaçının himayəsində saxlanmış və uşağın saxlanması üçün hər ay 75 manat məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. xx xxxxxx 2011-ci il tarixdə cavabdeh yenidən ailə həyatı qurmuş və həmin nikahdan bir uşağı dünyaya gəlmişdir. Hazırda iddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək alimentin məbləğinin artırılaraq hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir, cavabdeh isə ailə vəziyyətinin və maddi imkanının nəzərə alınmasını və iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsinin qəbul edilməsindən 10 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Həmçinin, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Eyni zamanda, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu hüquqi mövqe Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında da əks olunmuşdur. Beləliklə, məhkəmə, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, tərəflərin birgə nikahından doğulmuş uşağın yaşını, cavabdehin yenidən ailə həyatı qurduğunu və həmin nikahdan bir uşağının dünyaya gəldiyini, hər iki nikahdan olan uşaqların mənafelərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(009)-11/10 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli, həmin aliment hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən Cavabdeh tutularaq iddiaçı xna ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(009)-11/10 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən Cavabdeh tutularaq iddiaçı xna ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar