Məhkəmə qərarları › İş №2(001)-409/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-409/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-409/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı QSC X5 Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC X5 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC X5 Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 01235 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 16 274 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SG-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ACCENT minik” markalı (buraxılış ili 2012, ban- Z94CT41DBCR186166, rəngi-ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 099813 nömrəli «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit vəsaitnin istifadə müddəti xx xxxxxx 2018-ci il tarixdə bitmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş və cavabdehin banka hazırda olan əsas borcu 14170 ABŞ dolları, faiz borcu üzrə 6220,67 ABŞ dollarıolmaqla cəmi 20390,67 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC X5 Təşkilatının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, borc verən borc alana 60 ay müddətinə, illik 18% ödəmək şərtilə 16274 ABŞ dolları kredit vermişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə görə, ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1235 nömrəli kredit müqaviləsinə əsasən 16274 ABŞ dolları məbləğində 60 ay müddətinə verilən kreditinin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər “Hyundai Accent” minik markalı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Banka xx.xx.2017-ci il tarixə 14170 ABŞ dolları əsas borcu və 6.220,67 ABŞ dolları faiz borcu mövcuddur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun mövcud olması və borc ödənilmədiyi təqdirdə kreditor tərəfindən atılacaq addımlar barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixə Cavabdeh “xxxx” ASC-yə olan borcu 20.391,67 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu – 14170 ABŞ dolları, faiz borcu – 6.221,67 ABŞ doları. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “Hyundai Accent” minik markalı, buraxılış ili 2012 olan, 99SG325 dövlət qeydiyyat nişanlı, Z94CT41DBCR186166 ban, ağ rəngli avtomobilin xx.xx.2020-ci il tarixə likvid qiyməti 13500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdаоlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “ ... kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. ... Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir”. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14170 ABŞ dolları əsas borc, 6220,67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20390,67 ABŞ dolları məbləğində kredit borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı QSC X5 Təşkilatına ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş “Hyundai Accent” minik markalı, buraxılış ili 2012 olan, 99SG325 dövlət qeydiyyat nişanlı, Z94CT41DBCR186166 ban, ağ rəngli avtomobilə yönəlməli, avtomobil açıq hərracdan satılmalı, avtomobilin ilkin satış qiyməti 13500 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait İddiaçı QSC X5 Təşkilatına ödənilməli və satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləği Cavabdeh tutulub İddiaçı QSC X5 Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 14170 ABŞ dolları əsas borc, 6220,67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20390,67 (iyirmi min üç yüz doxsan dollar altmış yeddi sent) ABŞ dolları məbləğində kredit borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC X5 Təşkilatına ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş “Hyundai Accent” minik markalı, buraxılış ili 2012 olan, 99SG325 dövlət qeydiyyat nişanlı, Z94CT41DBCR186166 ban, ağ rəngli avtomobilə yönəldilsin. “Hyundai Accent” minik markalı, 99SG325 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın və avtomobilin ilkin satış qiyməti 13500 (on üç min beş yüz) manat müəyyən edilsin. Satışdan əldə edilmiş vəsait İddiaçı QSC X5 Təşkilatına ödənilsin. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əskik qalan borc məbləği Cavabdeh tutulub İddiaçı QSC X5 Təşkilatına ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq - 100 (yüz) manat məbləğində pul “xxxx” MMC-nin hesabına (VÖEN: **********, hesab № AZN: AZ15GUNA********************, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22); 150 (yüz əlli) məbləğində pul isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: Dövlət Xəzinədarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar