Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4114/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə 8300 manat məbləğində pulun, İddiaçı2 xeyrinə isə 30.805 manat məbləğində pulun və ödənilmiş 208 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə "xxxx" MTK arasında xx.xx.2020-ci il tarixində imzalanmış müqaviləyə əsasən, Cavabdeh MTK-ya üzv olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində dəyəri 39 105 manat ödənilməklə 8B nömrəli binada, 2-ci blok, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 71.1 kv.m olan 2 otaqlı, 37 saylı mənzili almışdır. Cavabdehin həmin məbləği ödəmək imkanı olmadığından, iddiaçılardan borc pul almışdır. Belə ki, İddiaçı2 "xxxx"dan 16.000 manat kredit götürmüş, əlavə olaraq da şəxsi vəsaitindən isə 14.805 manat, digər İddiaçı1 isə "xxxx"dan 8300 manat məbləğində kredit götürərək cavabdehə vermişlər. Cavabdeh isə bunun əvəzində götürülən kreditlərin aylıq ödənişlərinin ödənilməsində heç bir çətinliyin olmayacağını bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaçılara borcunu qaytarmamışdır. Bu səbəbdən də iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli CC/04133/77 saylı və DK/67894/72 saylı kredit müqavilələrinə əsasən, "xxxx" ASC tərəfindən İddiaçı2 illik 21% olmaqla, 36 ay müddətinə 6000 manat və 10.000 manat məbləğində kredit kartı (dostlar klubu – Bol kart) verilmişdir. - xx.xx.2020-ci il tarixli CC/02113/77 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən İddiaçı1 illik 20% olmaqla, 36 ay müddətinə 8300 manat məbləğində kredit verilmişdir. - "xxxx" MTK tərəfindən verilmiş sorğuya cavaba əsasən, 8B binada, 2-ci blok, 3-cü mərtəbədə yerləşən 37 saylı mənzili xx.xx.2020-ci il tarixdə Cavabdeh əldə etmiş və onun adınadır. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına və çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqaviləsinə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 8B nömrəli binada, 2-ci blok, 3-cü mərtəbədə yerləşən, 2 otaqlı, sahəsi 71.1 kv.m olan 37 saylı mənzil payçı Cavabdeh tərəfindən alınmış və mənzilin ümumi dəyəri tamamilə ödənilmişdir. Mənzilin 1 kv.m sahəsi üçün qiyməti 550 manat olmaqla, ümumi dəyəri 39105 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdeh iddia tələbini qəbul etdiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı1 xeyrinə 8300 manat məbləğində pulun, İddiaçı2 xeyrinə isə 30 805 (16.000+14.805) manat məbləğində pul tutularaq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET Dİ : İddia tələbi təmin edilsin. Cavabdeh 8300 (səkkiz min üç yüz) manat pul məbləği tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh 30 805 (otuz min səkkiz yüz beş) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh ödənilmiş 208,40 (iki yüz səkkiz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı2 (ödəniş qəbzinə əsasən) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4114/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4114/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver