Məhkəmə qərarları › İş №2(001)-4114/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4114/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4114/2025 01.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, aux asw markalı kondisioner üçün 1005,40 manat ödənilməmiş hissə, 100,54 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung Tv üçün 760,80 manat ödənilməmiş hissə ,76,08 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X2 üçün 561,30 manat ödənilməmiş hissə, 76,08 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********86875 Oppo A38 markalı telefon üçün 166,40 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 16,64 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X3, paltaryuyan LG üçün 108,30 manat ödənilməmiş hissə, 10,83 manat cərimə olmaqla, ümumilikdə 2886,02 manat borc, 48,86 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023cü il tarixli müqavilələrə Əsasən, Zəmanət + 3 İL xidməti, AUX ASW markalı kondisioner, Samsung Tv, X2, İmei Kodu **********86875 OPPO A38 markalı telefon, X3, Paltaryuyan Lg almış və nəticədə 2886.02 (iki min səkkiz yüz səksən altı manat, 02 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1120.86 (min yüz iyirmi manat, 86 qəpik) manat (18 ay x 62.27 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 3 İL xidməti, AUX ASW markalı kondisioner üçün ümumilikdə, 1105.94 (min yüz beş manat, 94 qəpik) manat olmaqla ondan, 1005.40 (min beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 100.54 (yüz manat, 54 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1141.20 (min yüz qırx bir manat, 20 qəpik) manat (18 ay x 63.40 manat + 0 manat ilkin ödəniş) olan Samsung TV üçün ümumilikdə 836.88 (səkkzi yüz otuz altı manat, 88 qəpik) manat olmaqla ondan 760.80 (yeddi yüz altmış manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 76.08 (yetmiş altı manat, 08 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1700.46 (min yeddi üyz manat, 46 qəpik) manat (18 ay x 94.47 manat + 0 manat ilkin ödəniş) olan X2 üçün ümumilikdə 617.43 (altı yüz on yeddi manat, 43 qəpik) manat olmaqla ondan, 561.30 (beş yüz altmış bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56.13 (əlli altı manat, 13 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 211.98 (iki yüz on bir manat, 98 qəpik) manat (6 ay x 33.33 manat + 12 manat ilkin ödəniş) olan İmei Kodu **********86875 OPPO A38 markalı telefon üçün ümumilikdə, 206.64 (iki yüz altı manat, 64 qəpik) manat olmaqla ondan, 166.40 (yüz altmış altı manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 16.64 (on altı manat, 64 qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2049.22 manat (18 ay x 108.29 manat + 100 manat ilkin ödəniş) olan X3, Paltaryuyan Lg üçün ümumilikdə, 119.13 (yüz on doqquz manat, 13 qəpik) manat olmaqla, ondan 108,20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.83 (on manat, 83 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3621.52 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Müştəri "Müqavilə"nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da "ABC" "mal"ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. "Müştəri"nin adının riskli müştəri siyahısına salınmasını təmin edə. habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş təqdim edilmiş, lakin cavabdeh iddiaya dair əsaslandırılmış etirazını təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №1167334 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh X3, paltaryuyan lg almış və 18 ay müddətinə ayda 108,29 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №1167334 saylı müqaviləyə əsasən X3-ni, Lg paltaryuyanı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №19611769 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh X2 almış və 18 ay müddətinə ayda 94,47 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №19611769 saylı müqaviləyə əsasən X2-ni tam qüsursuz halda "xxxx" MMCdən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №0717669 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh samsung tv almış və 18 ay müddətinə ayda 63,40 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №0717669 saylı müqaviləyə əsasən X2-ni tam qüsursuz halda "xxxx" MMCdən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №18714357 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh zəmanət + 3 il xidməti, aux asw markalı kondisioner almış və 18 ay müddətinə ayda 62,27 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №18714357 saylı müqaviləyə aux asw markalı kondisioneri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №01912153 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh İMEİ Kodu **********86875 olan Oppo A38 markalı telefon almış və 6 ay müddətinə ayda 33,33 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqavilənin 3.4-cü maddəsinə əsasən müştəri Müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən, cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışa görə, Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış İMEİ Kodu **********86875 olan Oppo A38 markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №01912153 saylı müqaviləyə əsasən İMEİ Kodu **********86875 olan Oppo A38 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1005,4 manat əsas, 100,54 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 760,8 manat əsas, 76,08 manat cərimə, xx.xx.2023cü il tarixli müqavilə üzrə 561,3 manat əsas, 56,13 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 166,4 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 16,64 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 108,3 manat, cərimə borcu 10,83 manat olmaqla, ümumilikdə 2886,02 manat borc hesablanmışdır Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 48,87 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 5 müxtəlif tarixdə nisyə alğı-satqı müqavilələri bağlanmış, xx.xx.2023-cü il tarixli, №1167334 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli, №19611769 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli, №0717669 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli, №18714357 saylı saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli, №01912153 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 48,87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehdən xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və müqavilələr üzrə əsas borcu hesablanan cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, iddia həmin hissələrdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə məbləği endirilməli və 5,41 manat müəyyən edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 28,05 manat cərimə məbləği endirilməli və 28 manat müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 76,08 manat cərimə məbləği endirilməli və 38,04 manat müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100,54 manat cərimə məbləği endirilməli və 50,27 manat müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 16,64 manat cərimə məbləği endirilməli və 8,32 manat müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 108,30 manat, cərimə borcuna görə 5,41 manat, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 561,30 manat, cərimə borcuna görə 28,05 manat, xx.xx.2024-cü il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 760,80 manat, cərimə borcuna görə 38,04 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 1005,40 manat, cərimə borcuna görə 50,27 manat, xx.xx.2024-cü il tarixli olmaqla nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 166,40 manat, cərimə borcuna görə 8,32 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsuma görə 23,6 manat olmaqla, beş müqavilə üzrə ümumilikdə 2755,89 (iki min yeddi yüz əlli beş manat, səksən doqquz qəpik) manat pul vəsaiti və 48,87 (qırx səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 108,30 manat, cərimə borcuna görə 5,41 manat, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 561,30 manat, cərimə borcuna görə 28,05 manat, xx.xx.2024-cü il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 760,80 manat, cərimə borcuna görə 38,04 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 1005,40 manat, cərimə borcuna görə 50,27 manat, xx.xx.2024-cü il tarixli olmaqla nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 166,40 manat, cərimə borcuna görə 8,32 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsuma görə 23,6 manat olmaqla, beş müqavilə üzrə ümumilikdə 2755,89 (iki min yeddi yüz əlli beş manat, səksən doqquz qəpik) manat pul vəsaiti və 48,87 (qırx səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar