Məhkəmə qərarları › İş №2(001)-4118/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4118/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4118/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İMEİ kodu **********65784 olan TCL 40 markalı telefon, İMEİ kodu **********71605 olan XİAOMİ REDMİ NOTE 13 markalı telefon, ZƏMANƏT + 3 İL xidməti, OPERA-YUMŞAQ-3 yerli mebel əşyası, PAKET XXL xidməti, İMEİ kodu **********81214 OPPO A18 markalı telefon almış və nəticədə 763.48 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 450 manat (yəni 9 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********65784 olan TCL 40 markalı telefon üçün ümumilikdə 444.45 manat olmaqla, ondan 382.59 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində rüsum, müştəriyə güzəşt olunaraq 38.26 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 550.80 manat (yəni 12 ay x 45.90 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********71605 olan XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün ümumilikdə 134.64 manat olmaqla, ondan 122.40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.24 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 465.12 manat (yəni 24 ay x 19.38 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, OPERA-YUMŞAQ-3 yerli mebel əşyası üçün ümumilikdə 129.44 manat olmaqla, ondan 117.67 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.77 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 427.95 manat (yəni 9 ay x 47.55 manat + 0 manat ilkin ödəniş) olan PAKET XXL xidməti, İMEİ kodu **********81214 OPPO A18 markalı telefon üçün ümumilikdə 54.95 manat olmaqla, ondan 28.50 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində rüsum, müştəriyə güzəşt olunaraq 2.85 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1175.30 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********65784 olan TCL 40 markalı telefon üçün 382.59 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 38.26 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********71605 olan XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 122.40 manat ödənilməmiş hissə, 12.24 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 3 İL xidməti, OPERA-YUMŞAQ-3 yerli mebel əşyası üçün 117.67 manat ödənilməmiş hissə, 11.77 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən PAKET XXL xidməti, İMEİ kodu **********81214 OPPO A18 markalı telefon üçün 28.50 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 2.85 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 763.48 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə İMEİ kodu **********65784 olan TCL 40 markalı telefon, İMEİ kodu **********71605 olan XİAOMİ REDMİ NOTE 13 markalı telefon, ZƏMANƏT + 3 İL xidməti, OPERA-YUMŞAQ-3 yerli mebel əşyası, PAKET XXL xidməti, İMEİ kodu **********81214 OPPO A18 markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 382.59 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 38.26 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 122.40 manat ödənilməmiş hissə, 12.24 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 117.67 manat ödənilməmiş hissə, 11.77 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.50 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 2.85 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 763.48 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 382.59 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 38.26 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 122.40 manat ödənilməmiş hissə, 12.24 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 117.67 manat ödənilməmiş hissə, 11.77 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.50 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 2.85 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 763.48 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 382.59 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 38.26 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 122.40 manat ödənilməmiş hissə, 12.24 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 117.67 manat ödənilməmiş hissə, 11.77 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.50 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 2.85 manat cərimə borcu olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 763.48 (yeddi yüz altmış üç manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar