Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4128/2024 17.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ kod **********87579 X1 A7LİTE markalı planşet üçün 79.9 manat ödənilməmiş hissə, 7.1 manat cərimə olmaqla ümumilikdə 87 manat borc və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********87579 X1 A7LİTE markalı planşet almış və nəticədə 87 (səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 567.36 (beş yüz altmış yeddi manat otuz altı qəpik) manat (18 ay x 31.52 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********87579 X1 A7LİTE markalı planşet üçün ümumilikdə 87 (səksən yeddi) manat olmaqla, ondan, 79.9 (yetmiş doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.1 (yeddi manat on qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində İMEİ kod **********87579 X1 A7LİTE markalı planşet və QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətindən imtina etmişdir 487.46 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 487.46 manat, ümumilikdə, 487.46 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və odəniş cədvəlindən ibarətdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4128/2024 saylı qərardadı ilə mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iddianı qəbul etmədiyini, aldığı planşeti həmin günü qaytardığını, XL paket xidmətinin qiymətindən məlumatlı olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən planşet öz istəyinə uyğun geri qaytarılmış və bütün məbləğ borcundan silinmişdir. Paket-XL planşet üçün nəzərdə tutulmuş xidmətdir ki, həmin xidmət ilə account (hesab) açılır, kontaktlar və digər məlumatlar köçürülür, antivirus, universal online kinoteatr, 12 aylıq reklam bloklayıcı və s. yüklənir. Bu paket cavabdehin adına açılıb, o istədiyi planşetlə bu proqramlara giriş edə bilər və həmin proqramlar üzrə parollar cavabdehin özündədir. İstifadəçi cavabdeh olduğundan, həmin proqramlar planşetin üstündə satışa çıxarıla bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 399.96 manat olmaqla “Samsung TAB A7LİTE” markalı məhsul, 3 illik qızıl zəmanətlə (87.5 manat) habelə dəyəri 79.99 manat olan Paket XL sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 13722275 saylı müqaviləyə əsasən “Samsung TAB A7LİTE” markalı məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borc 79.9 manat, cərimə borcu 7.1 manat olmaqla, cəmi 87 manat məbləğində borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Paket XL-ə aşağıdakılar daxildir: Akkaunt yaradılması xidməti, mobil tətbiqin yüklənməsi 25 ədəd, antivirusun quraşdırılması xidməti, kontaktların köçürülməsi xidməti, antivirus TV/İP for android, universal bloklayıcı reklam 12 ay, universal online kinoteatr 3 ay, smartfonlarda məlumatların köçürülməsi xidməti (50 GB qədər). Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh müharibə veteranı olmaqla 80 manat pensiya alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13722275 saylı müqaviləyə əsasən cavabdehə dəyəri 399.96 manat olan “Samsung TAB A7LİTE” markalı məhsul dəyəri 79.99 manat olan Paket XL ilə birlikdə cavabdehə satılmışdır. Daha sonra cavabdeh aldığı “Samsung TAB A7LİTE” markalı məhsulu iddiaçıya geri qaytarmışdır. Hazırda iddiaçı bildirir ki, cavabdeh ona satılmış Smsung markalı planşeti qaytarsa da, lakin mağazada xidmətlərdən istifadə etmiş və məhsula proqramlar yüklətmişdir. Həmin xidmətlərin cəmi dəyəri 79.9 manat təşkil edir. Cavabdeh isə bildirir ki, onun həmin xidmətlərin dəyərindən məlumatı olmamışdır. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, təqdim edilmiş materiallardan görünür ki, cavabdeh məhsulla birlikdə XL paketini qəbul etmiş və məbləğ cəmlənərək aylara bölünmüşdür. Cavabdeh həmin sənədlərə özü imza çəkmişdir. Belə olan halda, cavabdehin XL paketinin dəyərindən məlumatlı olmaması inandırıcı arqument deyil. Eyni zamanda planşet cavabdeh tərəfindən iddiaçının təqsiri olmadan geri qaytarıldığından, həmin əşyanın qaytarılması cavabdehi həmin planşetə “Paket XL”ə daxil olan xidmətlər göstərilməsinə görə 79.9 manat məbləği ödəməkdən azad etmir. Həmçinin məhkəmə onu da qeyd edir ki, həmin xidmət cavabdehin istəyi ilə iddiaçı tərəfindən göstərilmiş, proqram üzrə hesablar cavabdehin adına açılmış və planşetin qaytarılmasının əsası həmin xidmətdə olan nöqsanlarla bağlı olmamışdır. Eyni zamanda cavabdeh istənilən vaxt həmin proqramlardan istifadə edə bilər. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən məhsula yüklənmiş “Paket XL”ə daxil olan xidmətlərin dəyəri olan 79.9 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin əsas məhsulu iddiaçıya geri qaytardığını, habelə cavabdehin müharibə veteranı və pensiyaçı olduğunu diqqətdə saxlayaraq belə hesab edir ki, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunur. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilsə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh müharibə veteranı olduğundan ondan tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 79.9 (yetmiş doqquz manat, doxsan qəpik) manat borc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4128/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4128/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver