Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4131/2020 24.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 «Siqnal» İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 «Siqnal» İxtisaslaşdırılmış X1 İstismar Sahəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 «Siqnal» İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 «Siqnal» İxtisaslaşdırılmış X1 İstismar Sahəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, poçt vasitəsilə məhkəməyə daxil olmuş iddia ərizəsinin “qoşma” bölməsində ərizəyə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməsi göstərilsə də, qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd olunan xüsusat aktlarşdırılmış və akt iş materiallarına əlavə edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə ödənilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 «Siqnal» İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 «Siqnal» İxtisaslaşdırılmış X1 İstismar Sahəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4131/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4131/2020
24.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver