Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4138/2021 02.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh banka 18 sentyabr 2019-cu il tarixli 6-Y-2-0-2771-19 №li kredit müqaviləsi üzrə 1213,06 manat əsas borc, 124,44 manat faiz borcu və 60,31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1397,81 manat borcun və 12 iyun 2019-cu il tarixli 11-Y-1-0-1370-19 №li kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 695,29 manat əsas borc olmaqla ümumilikdə cəmi 695,29 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli 6-Y-2-0-2771-19 №li kredit müqaviləsinin və 12 iyun 2019-cu il tarixli 11-Y-1-0-1370-19 №li kredit kartının verilməsi və istifadəsi müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 sentyabr 2019-cu il tarixli 6-Y-2-0-2771-19 №li kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 18 faizlə, 24 ay müddətinə 2500 manat, 12 iyun 2019-cu il tarixli 11-Y-1-0-1370-19 №li kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 24 faizlə 36 ay müddətinə 700 manat məbləğində kart vasitəsilə kredit götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 aprel 2021-ci ilədək Cavabdeh banka 18 sentyabr 2019-cu il tarixli 6-Y-2-0-2771-19 №li kredit müqaviləsi üzrə 1213,06 manat əsas borcu, 124,44 manat faiz borcu və 60,31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1397,81 manat borcu, 12 iyun 2019-cu il tarixli 11- Y-1-0-1370-19 №li kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 695,29 manat əsas borcu olmaqla, ümumilikdə cəmi 695,29 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh banka 18 sentyabr 2019-cu il tarixli 6-Y-2-0-2771-19 №li kredit müqaviləsi üzrə 1213,06 manat əsas borc, 124,44 manat faiz borcu və 60,31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1397,81 manat borcun və 12 iyun 2019-cu il tarixli 11-Y-1-0-1370-19 №li kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 695,29 manat əsas borc olmaqla ümumilikdə cəmi 695,29 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli 6-Y-2-0-2771-19 №li kredit müqaviləsinin və 12 iyun 2019-cu il tarixli 11-Y-1-0-1370-19 №li kredit kartının verilməsi və istifadəsi müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 12.06.2019-cu il tarixli, 11-Y-1-0-1370-19 saylı Kredit Kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, «xxxx» X3 ilə Cavabdeh arasında illik 24% olmaqla 36 ay müddətə cavabdehə 700 manat məbləğində kredit limiti ayrılması haqqında müqavilə bağlanmış və cavabdehə kredit kartı təqdim edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 12.06.2019-cu il tarixli Kredit Kartın verilməsi və istifadəsi müqaviləsi üzrə 19.04.2021-ci il tarixədək hesablanmış 695,29 manat əsas borcu yaranmışdır. İşdə olan 18.09.2019-cu il tarixli, 6-Y-2-0-2771-19 saylı Kredit müqaviləsindən görünür ki, X1 Bankı ilə Cavabdeh arasında illik 18% olmaqla 24 ay müddətə cavabdehə 2500 manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. İşdə olan Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 124,81 manat olmaqla 18.09.2021-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 18.09.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 2500 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən bankın kassasından qəbul edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 18.09.2019-cu il tarixli Kredit müqaviləsi üzrə 16.04.2021-ci il tarixədək hesablanmış 1213,06 manat əsas borcu, 124,44 manat faiz borcu, cəmi 1397,81 manat borcu yaranmışdır. İşdə olan «xxxx» X3 ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə 12.06.2019-cu il tarixli kredit kartı müqaviləsinə və 18.09.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, «xxxx» X3 ASC-nin hazırkı adı İddiaçı ASC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit kartı və kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 12 iyun 2019-cu il tarixli kredit kartının verilməsi və istifadəsi müqaviləsindən irəli gələn 695,29 manat əsas borc və 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn 1213,06 manat əsas borc, 124,44 manat faiz borcu və 60,31 manat cərimə borcu, cəmi 1397,81 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12.06.2019-cu il tarixli və 18.09.2019-cu il tarixli kredit müqavilələri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 12.06.2019-cu il tarixli, 11-Y-1-0-1370-19 saylı Kredit Kartın verilməsi və istifadəsi müqaviləsi üzrə 695,29 manat əsas borc, 18.09.2019-cu il tarixli, 6-Y-2-0-2771- 19 saylı Kredit müqaviləsi üzrə 1213,06 manat əsas borc, 124,44 manat faiz borcu, 60,31 manat cərimə borcu olmaqla, cəmi 1397,81 manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12.06.2019-cu il tarixli, 11-Y-1-0- 1370-19 saylı Kredit Kartın verilməsi və istifadəsi müqaviləsi və 18.09.2019-cu il tarixli, 6- Y-2-0-2771-19 saylı Kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4138/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4138/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver