Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4139/2022 06.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Electrolux” markalı paltaryuyan, “Samsung” markalı soyuducu üçün 786 manat ödənilməmiş hissə və 78 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X1 9T (İMEİ kodu **********17488) markalı telefon üçün ödənilməmiş 707 manat və 70 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “X1 9S” (İMEİ kodu **********05411) markalı telefon üçün 280 manat ödənilməmiş hissə və 28 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “TP-LİNK” modem üçün 35 manat ödənilməmiş hissə və 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Mİ” markalı qulaqcıq üçün 31 manat ödənilməmiş hissə və 3 manat cərimə olmaqla, cəmi 2021 manat borcun və 40,21 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, “Electrolux” markalı paltaryuyan, “Samsung” markalı soyuducu, “X1 9T” (İMEİ kodu **********17488) markalı telefon, “X1 9S” (İMEİ kodu **********05411) markalı telefon, “TP-LİNK” modem, “Mİ” qulaqcıq almış və nəticədə 2021 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2360 manat olan “Electrolux” markalı paltaryuyan və “Samsung” markalı soyuducunu ilkin ödəniş 2 manat olmaqla, 18 ay müddətinə, hər ay 131 manat ödəmək şərti ilə almış, nəticədə 786 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 78 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 791,6 manat olan “X1 9T” (İMEİ kodu **********17488) markalı telefonu ilkin ödəniş 20 manat olmaqla, 12 ay müddətinə, ayda 64,3 manat ödəmək şərti ilə almış, nəticədə 707 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 70 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 672 manat olan “X1 9S” (İMEİ kodu **********05411) markalı telefonu ilkin ödənişsiz, 12 ay müddətinə, ayda 56 manat ödəmək şərti ilə almış, nəticədə 280 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 28 manat miqdarında cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 69 manat olan “TP- LİNK” modemi ilkin ödənişsiz, 6 ay müddətinə, ayda 11,5 manat ödəmək şərti ilə almış, nəticədə 35 ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 3 manat miqdarında cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 63 manat olan “Mİ” qulaqcığı ilkin ödənişsiz, 6 ay müddətinə, ayda 10,5 manat ödəmək şərti ilə almış, nəticədə 31 ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 3 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2116,6 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 08 iyun 2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22260588 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 06 ay müddətinə, hər ay 10,50 manat ödəmək şərti ilə, dəyəri 63 manat olan Mİ qulaqcıq satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Mİ qulaqcıq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22295742 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 6 ay müddətinə, hər ay 11,50 manat ödəmək şərti ilə, dəyəri 69 manat olan “TP-LİNK” modem satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “TP-LİNK” modem Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22442614 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 20 manat olmaqla, 12 ay müddətinə hər ay 64,30 manat ödəmək şərti ilə, dəyəri 791,60 manat olan X1 9T (İMEİ kodu **********17488) markalı telefon satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “X1 9T” (İMEİ kodu **********17488) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 23036335 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 2 manat olmaqla, 18 ay müddətinə hər ay 131 manat ödəmək şərti ilə, dəyəri 2360 manat olan “Electrolux” markalı paltaryuyan və “Samsung” markalı soyuducu satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Electrolux” markalı paltaryuyan və “Samsung” markalı soyuducu Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21212479 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 56 manat ödəmək şərti ilə, dəyəri 672 manat olan “X1 9S” (İMEİ kodu **********05411) markalı telefon satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “X1 9S” (İMEİ kodu **********05411) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 24 may 2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 786 manat ödənilməmiş hissə və 78 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 707 manat və 70 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 280 manat ödənilməmiş hissə və 28 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 35 ödənilməmiş hissə və 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 31 ödənilməmiş hissə və 3 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Mİ qulaqcıq üçün 31 ödənilməmiş hissə və 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TP-LİNK modem üçün 35 ödənilməmiş hissə və 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X1 9T (İMEİ kodu **********17488) markalı telefon üçün ödənilməmiş 707 manat və 70 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Electrolux” markalı paltaryuyan və “Samsung” markalı soyuducu üçün 786 manat ödənilməmiş hissə və 78 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, X1 9S (İMEİ kodu **********05411) markalı telefon üçün 280 manat ödənilməmiş hissə və 28 manat cərimə olmaqla, cəmi 2021 manat borc alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 40,21 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 31 (otuz bir) manat məbləğində əsas borc və 3 (üç) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 35 (otuz beş) manat məbləğində əsas bor və 3 (üç) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ödənilməmiş 707 (yedi yüz yeddi) manat məbləğində əsas borc və 70 (yetmiş) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 786 (yeddi yüz səksən altı) manat məbləğində əsas borc və 78 (yetmiş səkkiz) manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 280 (iki yüz səksən) manat məbləğində əsas borc və 28 (iyirmi səkkiz) manat məbləğində cərimə, 40,21 (qırx manat 21 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2061,21 (iki min altmış bir manat 21 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4139/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4139/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver