Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4146/2024 11.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülki iş (açar sözlər: nisyə alqı-satqı müqaviləsi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" MMC-i Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1693,65 manat olan Playstation 5, PS5 oyun pultunu 100 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay ərzində aylıq 123,97 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 564,29 manat əsas, 56,71 manat cərimə borcu yaranmışdır. Həmçinin, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1587,64 manat olan SGYQVF59HFM İPAD mini 6 markalı planşet, Playstation 5, PS5 oyun pultunu 60 manat ilkin ödəniş etməklə, qalan məbləği 15 ay ərzində aylıq 108,91 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 1362,84 manat əsas, 136,16 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1354,16 manat təşkil edir. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə üzrə 564,29 manat əsas, 56,71 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1362,84 manat əsas, 136,16 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2120 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 41,2 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 1693,65 manat olan Playstation 5, PS5 oyun pultunu 100 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay ərzində aylıq 123,97 manat ödəmək şərti ilə kreditlə almışdır.
5. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, sonuncu alğı-satqı qiyməti 1587,64 manat olan SGYQVF59HFM İPAD mini 6 markalı planşet, Playstation 5, PS5 oyun pultunu 60 manat ilkin ödəniş etməklə, qalan məbləği 15 ay ərzində aylıq 108,91 manat ödəmək şərti ilə kreditlə almışdır.
7. Müqavilələyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə Playstation 5, PS5 oyun pultunu tam qüsursuz halda təhvil almışdır.
8. Müqavilələyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə SGYQVF59HFM İPAD mini 6 markalı planşet, Playstation 5, PS5 oyun pultunu tam qüsursuz halda təhvil almışdır.
8. Müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
9. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü və xx.xx.2022-ci il tarixli müqavilələrin iddiaçı xx.xx.2023-cü və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, borcun icra edilməsini tələb etmiş, əks təqdirdə 3 gün müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri üzrə həmin tarixə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 224.8 manat öəniş edilmiş, 1362.84 manat ödənilməmiş əsas, 136.16 manat cərimə olmaqla 1499 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1129.36 manat ödəniş edilmiş, 564.29 manat ödnilməmiş əsas və 56.71 manat cərimə olmaqla 621 manat, ümumilikdə hər iki müqavilə üzrə 2120 manat borcu vardır.
11. İş materiallarında olan «ABC Telecom” MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri üzrə yaranmış borcu 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya 1927.13 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.
17. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 192.87 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
18. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
19. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələri üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
20. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı 192.87 manat müəyyən edilməlidir.
21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 564,29 manat əsas, 56,71 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1362,84 manat əsas, 136,16 manat cərimə borcu olmaqla ümumilikdə 2120 (iki min yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 41.20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
İV. Nəticə:
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİM:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 564,29 (beş yüz altmış dörd manat iyirmi doqquz qəpik) manat əsas, 56,71 (əlli altı manat yetmiş bir qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1362,84 (bir min üç yüz altmış iki manat səksən dördqəpik) manat əsas, 136,16 (yüz otuz altı manat 16 qəpik) manat cərimə və 41.20 (qırx bir manat iyirmi qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2161.20 (iki min yüz altmış bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva