Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4155/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzildən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzildən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, həmin fərdi yaşayış evinə onun istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə yönəlmiş maneələrin cavabdehə qadağan edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan iddia ərizəsinin məhkəmə icraatı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4155/2024 saylı qərardadı ilə mümkün hesab edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, hazırda mübahisəli mənzillə bağlı başqa məhkəmə mübahisələri də mövcuddur. Belə ki, onun digər qardaş-bacısı da Nizamiyə qarşı eyni tələblə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə köçürülmələrini xahiş edirlər. Ona verilmiş suallara cavab olaraq isə bildirdi ki, digər qardaş-bacısının məhkəmə mübahisəsi Binəqədi Rayon Məhkəməsinin hakimi İlkin Əliyevin icraatındadır. İşlərə birlikdə baxılması daha əlverişli olardı. Cavabdehə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib və “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatları nəzərdən keçirərək, məhkəmənin icraatında müxtəlif iddiaçıların eyni cavabdehə qarşı eyni növlü iki işin olduğunu nəzərə alaraq hesab edir ki, həmin işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçılar X2, X1 və X3 Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzildən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli fərdi yaşayış evinə köçürülmələri və həmin fərdi yaşayış evinə onların istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə yönəlmiş maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sözügedən iddia ərizəsinin məhkəmə icraatı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-2897/2024 saylı qərardadı ilə mümkün hesab edilmişdir. İşin üçüncü məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2(001)-4155/2024 saylı və e-2(001)- 2897/2024 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və mülki işdə e-2(001)-2897/2024 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzildən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin qadağan edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4155/2024 saylı mülki iş, iddiaçılar X2, X1 və X3 Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzildən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin qadağan edilməsi” tələbinə dair iddiası üzrə e-2(001)-2897/2024 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilsin. Mülki işdə e-2(001)-2897/2024 qeydiyyat nömrəsi saxlanılsın. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4155/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4155/2024
24.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver