Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4165/2020 23.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X1 xeyrinə, 001R********** saylı kredit razılaşması üzrə 515,61 manat məbləğində kredit borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 001L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 8.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 001R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxxx 2016-cı il tarixli 001R**********S saylı, xx xxxxxxx 2016-cı il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxx 2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit bocundan 1.484,39 manat ödəmiş, onun 515,61 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 4165/2020 saylı qərardadına əsasən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə Cavabdeh1 aid hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək izahatında bildirdi ki, Cavabdeh1 onun anasıdır, o xx xxxxxxxx 2019-cu il tarixdə ölmüşdür. Həmçinin bildirdi ki, o, iddia tələbini qəbul edir və tələb olunan 515,61 manat məbləğində borcun ödənilməsinə etiraz etmir. Bu barədə məhkəməyə ərizə də təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatlarıını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 001L**********15 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bu müqavilənin 1.1ci bəndinə əsasən Bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Krediti Alana 80.000,00 (səksən min) ABŞ dolları məbləğində X2ni açır. X2 bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana X3rşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv” açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca Razılaşmalar əsasında veriləcək. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx xxxxxx 2024-cü il tarixdən gec olmayaraq verilməlidir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 001L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 001R********** saylı kredit razılaşmasından və ödəniş planından görünür ki, bank (kredit verən) Cavabdeh1 (kredit alan) xx xxxxxx 2015-ci il tarixindən xx xxxx 2016-cı il tarixinə qədər aylıq faiz dərəcəsi 2.4167% olmaqla 18 ay müddətinə 2.000 manat məbləğində kredit verməyi, kredit alan isə razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir; xx xxxxxx 2014-cü il tarixli kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, kredit alan tərəfindən 40 manat məbləğində komisyon haqqı ödənilməklə, kredit alana 2.000 manat məbləğində kredit verilmişdir; İddiaçı QSC ilə zamin Cavabdeh2 və borclu Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 001S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx xxxxxx 2014-cü il tarixli, 001L**********15 saylı uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” müqaviləsi üzrə borclu Cavabdeh1 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir; Kredit verən bank İddiaçı QSCilə kredit alan Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik haqqında xx xxxxxx 2016-cı il tarixli, 001R**********S nömrəli “Saziş”dən və ona əlavə edilmiş ödəniş planından görünür ki, Bank ilə kredit alan arasında xx xxxxxx 2014-cü il tarixli, 001L**********15 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İlk ödəniş tarixi xx xxxx 2016-cı il, sonuncu ödəniş tarixi xx xxx 2017-ci il olaraq müəyyən edilmişdir. Gecikməyə görə gündəlik cərimə: kredit qalığının 0.1 % miqdarında; Kredit verən bank İddiaçı QSCilə kredit alan Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik haqqında xx xxxxxxx 2016-cı il tarixli, 001R**********SA nömrəli “Saziş”dən və ona əlavə edilmiş ödəniş planından görünür ki, Bank ilə kredit alan arasında xx xxxxxx 2014-cü il tarixli, 001L**********15 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İlk ödəniş tarixi xx xxxxxx 2016-cı il, sonuncu ödəniş tarixi xx xxxxxxx 2017-ci il olaraq müəyyən edilmişdir. Gecikməyə görə gündəlik cərimə: kredit qalığının 0.1 % miqdarında; İddiaçı QSC tərəfindən təqdim edilən xx xxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, 001R********** saylı kredit razılaşması müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə 515,61 manat məbləğində əsas borc hesablanmışdır. Cərimə hesablanmış gecikdirilən günlərin sayı: 1.030 gündür; İddiaçı QSC-nin cavabdehlərə ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, onlara xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir; xx xxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindəngörünürki, iddiaçıtərəfindənhazırkiiddiaərizəsininməhkəməyəverilməsiiləəlaqədarolaraq 30 manatdövlətrüsumuödənilmişdir; 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, AZ-İİ seriyalı, 037707 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixdə lokalizasiyası dəqiqləşdirilməyən bədxassəli yenitörəmə səbəbi ilə Bakı şəhərində ölmüşdür. Bu barədə akt qeydləri kitabında xx xxxxxxxx 2019-cu il tarixdə 1605 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 001L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 80.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən bank tərəfindən veriləcək məbləğ və müddət ayrıca olaraq “Kredit Razılaşması” ilə müəyyən olunur. xx xxxxxx 2014cü il tarixli, 001R********** saylı saylı “Kredit Razılaşması”na əsasən bank tərəfindən kredit alan Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixindən xx xxxx 2016-cı il tarixinə qədər aylıq faiz dərəcəsi 2.4167% olmaqla 18 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh – zamin Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən isə zamin borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Daha sonra xx xxxxxx 2016-cı il tarixdə tərəflər arasında kredit müqaviləsi və ödəniş planına dəyişiklik haqqında “Saziş” bağlanmış və yeni ödəniş qrafiki tərtib edilmişdir. xx xxxxxx 2016-cı il tarixli ödəniş planı üzərə son ödənişin tarixi xx xxx 2017-ci il tarixədək uzadılmışdır. xx xxxxxxx 2016-cı il tarixdə yenidən tərəflər arasında kredit müqaviləsi və ödəniş planına dəyişiklik haqqında “Saziş” bağlanmış və yeni ödəniş qrafiki tərtib edilmişdir. xx xxxxxx 2016-cı il tarixli ödəniş planı üzərə son ödənişin tarixi xx xxxxxxx 2017-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 müqavilə və saziş üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona ümumilikdə 515,61 manat məbləğində əsas borc hesablanmışdır. Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixdə vəfat etmiş, digər cavabdeh - zamin Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, tələb olunan 515,61 manat məbləğində borcun ödənilməsini etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh2 tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2014-cü il tarixli, 001R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 515,61 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx xxxxxx 2014-cü il tarixli, 001R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 515,61 (beş yüz on beş manat, altmış bir qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4165/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4165/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver