Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4166/2020 24.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx xxxxxx 2011-ci il təvəllüdlü X5, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxx 2016-cı təvəllüdlü X2 üçün onların yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X10, xx xxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxx 2016-cı təvəllüdlü X11 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5414/2018 saylı qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş, uşaqlar onun himayəsinə verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx xxxxx 2016-cı təvəllüdlü X3 üçün hər ay 154 manat və uşağın üç yaşına çatanadək 50 manat məbləğində aliment onun xeyrinə tutulmuşdur. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2011-ci il təvəllüdlü X5 və xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat aliment onun xeyrinə tutulmuşdur. Hal-hazırda 462 manat aliment hər üç uşağın ehtiyac və tələbatlarının ödənilməsi üçün kifayət etmir. Belə ki, hazırda kirayə haqqı 300 manat olmaqla kirayə evdə qalırlar, həmçinin uşaqlar böyüdükcə məsrəfləridə yetərincə artmışdır. Cavabdeh isə övladları ilə maraqlanmır, uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də artan maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(007)-2303/2019 saylı və xx xxxx 2018-ci il tarixli, 2(007)-2968/2018 saylı qətnamələri ilə uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının azaldılması, birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay əmək haqqının 80% miqdarında tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə xx xxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X10, xx xxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxx 2016-cı təvəllüdlü X11 anadan olmuşdur. İlk günlərdən cavabdehlə münasibətləri yaxşı olmamışdır. Sonralar cavabdehin ailəsinin aktiv müdaxiləsindən sonra aralarındakı münasibətlər daha da korlanmış, xasiyyətləri uyğun gəlməmişdir. Baxmayaraq ki, rəsmi qaydada xx xxxxxxxx 2012-ci il tarixdən indiyədək Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Layihə Smeta Bürosunda mühasib vəzifəsində işləyir və aldığı maaşla ailəsinin dolanışığını təmin etmişdir. Keçmiş həyat yoldaşı İddiaçı “ailəmə maddi köməklik göstərmədiyimi” bəhanə edərək 2015-ci ilin sentyabr ayında ona qarşı aliment tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2011-ci il təvəllüdlü X7, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ondan hər ay sabit pul məbləğində hər uşağa görə 110 manat, ümumilikdə isə 220 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir, bu məbləğ aylıq gəlirinin həddindən artıq olmadığından hər ay maaşını aldıqdan sonra 220 manat məbləği cavabdehə vermişdir. Bir müddət sonra cavabdehlə münasibətləri normallaşdığından birgə nikahdan xx xxxxx 2016-cı il tarixdə Mikayıl adlı oğlu dünyaya gəlmişdir. O, qətnaməsiz də imkan daxilində uşaqlarına baxmaqda davam etdiyindən İddiaçı 2016-cı ilin sonlarında ərizə ilə Nizami rayon icra şöbəsinə yazılı müraciət edərək, alimentdən imtina etmiş və bu səbəbdən Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 8(007)-2286/2016 saylı qərardadı ilə 2(007)-5088 saylı xx xxxxxxx 2015-ci il tarixli icra sənədi üzrə icraya xitam verilmişdir. Lakin, az bir müddətdən sonra İddiaçı yenə də onun əmək haqqının azlığını, uşaqlarının maddi cəhətdən tam təmin edə bilmədiyini bəhanə edərək, Mikayılın saxlanması və onun 3 yaşına çatanadək alimentin və əlavə olaraq 100 manatın ondan tutulması, üstəlik Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(007)-5088/2015 qətnaməsi ilə digər iki uşağına münasibətdə müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi ilə bağlı iddia ərizələri ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinın xx xxx 2018-ci il tarixli, 2(007)-2303/2018 saylı qətnmasi ilə iddia tələbi qismən təmin edilmiş, xx xxxxx 2016-cı il təvəllüdlü Mikayılın saxlanması üçün ondan sabit pul məbləğində hər ay 154 manat alimentin və uşaq üç yaşına çatanadək 50 manat alimentin İddiaçı xeyrinə tutulmasını qət etmişdir. Bundan əlavə, Nizami Rayon Məhkəməsinin başqa bir xx xxxx 2018-ci il tarixli, 2(007)2968/2018 saylı qətnaməsi ilə digər iki uşağına münasibətdə aliment tələbi təmin edilərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmış və birgə nikahdan olmuş uşaqlarının yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat, ümumilikdə isə 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, Nizami rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(007)-2303/2018 və xx xxxx 2018-ci il tarixli, 2(007)-2968-2018 saylı qətnamələri ilə birgə nikahdan olan üç azyaşlı uşaqlarının saxlanması üçün ondan 462 manat (154x3=462), bundan əlavə üçüncü uşaqlarının 3 yaşına çatanadək İddiaçı özü üçün 50 manat alimentin tutulması qət edilmişdir. Yəni, ondan 512 manat aliment tutularaq İddiaçı verilməlidir. Bu məbləğdə alimentin tutulması qənaətinə gələrkən məhkəmələr öz qətnamələrini əsasən 2018-ci il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu ilə əsaslandırmışlar. Lakin, belə yanaşma səhv yanaşmadır və qətnamələrin ümumilikdə icrasını mümkünsüz edir ki, bu uşaqların maraqlarına tam ziddir. İddiaçı Nəbz klinikasının baş ginekoloq vəzifəsində işləməsini, vergidən yayınmaq üçün rəsmi maaşı 800 manat göstərilsə də, qeyri rəsmi isə 4000-5000 manat civarındadır, maddi təminatı kifayət qədər yaxşıdır. O isə həmin məbləği ödəmək qabiliyyətində deyidir. xx xxxxxxxx 2012-ci ildən indiyədək Sabunçu Rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosunda mühasib vəzifəsində işləyir, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 370 manat təşkil edir və əlavə heç bir gəliri yoxdur. Alimenti tam məbləğdə ödəməkdə ciddi çətinlik çəkir. Hal-hazırda hər ay ödəniş etsə də xeyli borcu yığılmışdır. Hətta alimenti ödəmək üçün “xxxxxxxxxxxx” ASC-nin Sabunçu filialından kredit götürsə belə, borcunu tam ödəyə bilməmişdir. İndiki pandemiya dövründə də hansısa yeni bir yüksək məvacibli iş tapmağı isə real deyil. Borcla bağlı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)- 158/2019 saylı qərardadına əsasən ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmışdır. Pandemiya dövründə hər bir işsiz ailəyə 190 manat dövlət tərəfindən birdəfəlik verilən müavinat verildiyi halda, əmək haqqının 80% hissəsini öz övladlarına tutulub verilməsi daha ədalətli olardı. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, pandemiya ilə bağlı uşaqlarının saxğlamlığını düşünərək öz istəyi ilə işdən azad olunmuş, çünki işlədiyi yerdən evə virus gətirmək və uşaqlarını yoluxdurmaq təhlükəsi var idi. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini, iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaqları saxlamaq hər iki valideynin borcu olduğu halda, əsas yük onun üzərinə düşür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(001)-2303/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx xxxxx 2016-cı təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx xxxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment, üç yaşına çatana qədər hər ay 50 manat aliment İddiaçı xeyrinə tutulması, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)- 5414/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Nizami rayon qeydiyyat şöbəsində xx xxxxxx 2010-cu il tarixdə, 98 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx xxxxxx 2011-ci il təvəllüdlü X5, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxx 2016-cı təvəllüdlü X6 İddiaçı yanında qalmaları qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, AZ-İ 324983 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 338 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah ləğv olunduqdan sonra kişiyə “Muradov”, qadına isə “Qasımova” soyadı verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-2968/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, tərəflərin birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X5 və xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosu tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 01/008 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən Sabunçu Rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosunda mühasib vəzifəsində çalışır və aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 370 manat təşkil edir. “Nəbz” Tibb Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 3080 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx xxxxxxxx 20149-cu il tarixdən xx xxxx 2020-ci il tarixə qədər “Nəbz” Tibb Mərkəzində 0.5 ştat vahidi ilə həkim-ginekoloq vəzifəsində işləmiş və aylıq əmək haqqı 300 manat təşkil etmişdir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx xxxx 2020-ci il tarixli əmrlə İddiaçı öz istəyi ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə tərəflərin birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X10, xx xxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxx 2016-cı təvəllüdlü X11 dünyaya gəlmiş, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Hazırda cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən hər uşağa görə cavabdehə 154 manat məbləğində aliment ödəyir. Hazırda iddiaçı alimentin məbləğinin artırılaraq cavabdehdən hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir, cavabdeh isə qarşılıqlı iddia ilə müraciət edərək alimentin miqdarının dəyişdirilərək hər ay əmək haqqının 80% miqdarında aliment tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu təşkil edən 170 manat məbləğinə yaxın məbləği, yəni hər uşağa görə 154 manat məbləğində alimenti cavabdehdən alır, həmin alimentin miqdarı müəyyən olunduqdan sonra isə cavabdehin maddi vəziyyətində dəyişiklik olmamışdır. Ona görə də məhkəmə, qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərini, habelə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə də eyni mövqeydən çıxış edib, cavabdehin ailə və maddi vəziyyətində dəyişikliyin olmadığını, iddiaçının hazırda əmək fəaliyyəti ilə məşğul olmadığını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyünü və bu da yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas olduğunu, habelə digər diqqətəlayıq halları nəzərə alıb, belə qənaətə gəlir ki, qarşılıqlı iddia da təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4166/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4166/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver