Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4183/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən TBC Kredit BOKT-dan illik 23 faizlə 36 ay müddətinə 9000 manat kredit götürmüşdür. TBC Kredit BOKT ilə Nikoyl İKB ASC arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2019-cu il tarixli 1 saylı əlavə sazişə əsasən Cavabdeh ilə TBC kredit BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ Nikoyl İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixinədək Cavabdeh banka xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 6664,59 manat əsas borc, 613,17 manat faiz borcu və 860,96 manat cərimə borcu olmaqla ümumilikdə 8138,72 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2018-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü maddəsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericiliklə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Ona görə də Cavabdeh ilə TBC Kredit BOKT arasında bağlanmış xx.xx.2018-ci il tarixli SUMG1-2965- 15668 saylı kredit müqaviləsinin ləğv edilməsinə və Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 6664,59 manat, faiz borcuna görə 613,17 manat, cəriməyə görə 860,96 manat olmaqla ümumilikdə 8138,72 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Nikoyl İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Borcverən TBC Kredit BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli SUMG1-2965-15668 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 36 ay müddətinə qaytarmaq, illik 23% ödəmək şərti ilə 9000 manat kredit verməyi öhdəsinə götürmüşdür. SUMG1-2965-15668/1 saylı ödəniş tapşırığının surətindən müəyyən olunur ki, TBC Kredit BOKT borcalan Cavabdeh ayrılmış kreditə görə 9000 manatı vermişdir. xx.xx.2018-ci il tarixli SUMG1-2965-15668 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 9000 manat, faiz borcuna görə 3542,54 manat olmaqla cəmi 12542,54 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Hüquq sahibi TBC Kredit BOKT ilə hüquq əldə edən Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair xx.xx.2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, borcalana o cümlədən sonuncuların səhmdarları, vərəsələri və hər hansı əlaqədar şəxslərə qarşı bütün tələbləri habelə öhdəliyin icrasını təmin edən hüquqları, tələblə bağlı olan digər hüquqları və ödənilməmiş faizlərə hüququ güzəşt anında mövcud olmuş həcmdə və şərtlərlə hüquq sahibi güzəşt etmiş, hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul etmişdir. xx.xx.2019-cu il tarixli tələbin güzəşti barədə müqaviləyə 1 saylı əlavədən müəyyən olunur ki, kreditor TBC Kredit BOKT borcalan Cavabdeh ilə bağladığı xx.xx.2018-ci il tarixli SUMG1- 2965-15668 saylı kredit müqaviləsi üzrə tələb etmə hüququnu Nikoyl İKB ASC-yə güzəşt etmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2018ci il tarixli SUMG1-2965-15668 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə əsas borca görə 6664,59 manat, faiz borcuna görə 613,17 manat, cəriməyə görə 860,96 manat borcu vardır. İddiaçı ASC Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya tələb etmə hüququ ilə güzəşt edilən xx.xx.2018-ci il tarixli SUMG1-2965-15668 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 6664,59 manat, faiz borcuna görə 613,17 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının müqavilənin ləğv edilməsinə, əsas və faiz borcu tələbinə dair tələblərini bu hissədə əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 20 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ilə TBC Kredit BOKT arasında bağlanmış xx.xx.2018-ci il tarixli SUMG1-2965- 15668 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli SUMG1-2965-15668 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 6664,59 manat, faiz borcuna görə 613,17 manat, cəriməyə görə 20 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 7327,76 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4183/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4183/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver