Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4186/2020 10.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş 10.000 manat məbləğində əsas borc, 1.323,78 manat müqavilə müddati üçün hesablanmış və tələb olunan faiz borcu, 3.579,69 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 1.488,69 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% məbləği, ümumilikdə isə 16.392,16 manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ödənilməsi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və X2 İddiaçıASC-yə ləğvedici təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 26/16 nömrəli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə illik 18% dərəcəsi ilə 10.000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavadeh Cavabdeh xx xxxx 2016-ci il tarixli 26/16 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 10.000 manat əsas borcu, 1.323,78 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 3.579,69 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 1.486,69 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 16.392,16 manat məbləğində borcu vardır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh "İddiaçı" ASC-dən xx xxxx 2016-cı il tarixdə 10.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğinə görə, borcun təminatı üçün bankda əmanəti olan Məmmədova Nəzakət Görüş qızının səlahiyyətli nümayəndəsi ilə "İddiaçı" ASC ilə girov müqaviləsi bağlamışdır. X4 Palatasının xx xxxx 2016-cı il tarixli qərarına əsasən "İddiaçı" ASC-nin lisenziyası ləğv edilməsi elan edilmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-1(81)- 3620/2016 saylı qərarı ilə "İddiaçı" ASC məcburi ləğv edilmiş və X2 xx xxxx 2016-cı il tarixdən "İddiaçı" ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Bu göstərilənlərdən sonra cavabdeh X1 müraciət etmişdir ki, ona mənzil təmiri üçün verilmiş kreditin faizləri dayandırılsın, girov müqaviləsi ilə təmin edilmiş, N.G.Məmmədovaya məxsus depozitin hesabına krediti əvəzləşdirilsin. Buna baxmayaraq onun adına olan kredit əvəzləşdirilməmişdir. Dəfələrlə cavabdeh Fond ilə əlaqə saxlamış və xahiş etmişdir ki, girov müqaviləsinə əsasən krediti əvəzləşdirilsin. Lakin, İddiaçı ASC-nin səlahiyyətli nümayəndələri cavabdehi aldadaraq, onun götürdüyü kreditin girovu olduğu üçün heç bir problem olmadığını bildirmiş və demişlər ki, zamanı gələndə krediti əvəzləşdirəcəklər. Cavabdehə xx xxxx 2016-cı tarixindən hal-hazırki dövrə qədər bank tərəfindən kreditin ödənilməsi tələbi haqda heç bir pretenziya, xəbərdarlıq daxil olmamış və ya qarşılıqlı razılıq danışıqları aparılmamış, heç bir məhkəməyə müraciət olunmamışdır. Kreditin götürüldüyü dövrdən 4 il keçdiyindən iddia qaldırılması hüqüqa ziddir. İddiaçı nə üçün bu illər ərzində girov müqaviləsində göstərilən pulu əvəzləşdirməmişdir? Cavabdehin ailə üzvü girov qoyan Məmmədova Nəzakətin adına qalan 306.061,12 ABŞ dolları qaytarmağı fikirləşmirlər, bilərəkdən vaxtı uzadaraq cavabdehi şantaj etməklə, guya zaminlik müddəti keçdiyindən cavabdehdən pul tələbi üçün məhkəməyə müraciət edirlər. Halbuki, girov müqaviləsinin 11-ci maddəsində göstərilir ki, tərəflər öhdəliklərini yerinə yetirənə qədər müqavilə qüvvədədir. Girov müqaviləsi bir tərəfli ləğv edilə bilməz. Eyni zamanda İddiaçıASC cavabdehlə bərabər girov qoyan şəxsə də, Məmmədova Nəzakətə də iddia qaldırmalı idi. Bunu da bilərəkdən etməmişlər. Çünki, Məmmədova Nəzakət onlardan qalan pulunu tələb etməyi, cavabdehin götürdüyü 10.000 manat kreditin əvəzləşdirilməsi tələbi İddiaçı ASC-nin rəhbərliyinə sərf etmir. Cavabdehin götürdüyü kredit Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında fərmanın təsiri altına düşürdü. Nə üçün İddiaçı ASC-nin rəhbərliyi cavabdehi çağırıb qarşılıqlı razılıqla bu işi həll etməmişlər. Çünki, Fond hər işə özlərinə sərf etdiyi kimi yanaşır. İstəsəydilər yuxarda göstərdiyi faktlara əsaslanıb cavabdehin götürdüyü krediti girov müqaviləsinə uyğun əvəzləşdirə bilərdilər. Odur ki, cavabdehin adına olan xx xxxx 2016-cı il tarixdə 10.000 manat məbləğində kreditin girov müqaviləsinə əsasən əvəzləşdirilməsini və iddiaçının qaldırdığı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə əlavədən görünür ki, bank Cavabdeh illik 18% faiz hesablanmaqla 12 ay müddətinə mənzilin təmiri məqsədi ilə 10.000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.8-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir. xx xxxx 2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 10.000 manat məbləğində kredit götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Məmmədova Nəzakət Görüş qızı və Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı girov müqaviləsinin surətindən görünür ki, girovsaxlayan ilə borcalan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsinə əsasən ayrılan 10.000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu Müqavilə ilə müəyyən edilmiş Məmmədova Nəzakət Görüş qızına məxsus İddiaçı ASC-də **********0000000USD saylı depozit hesabda olan əmanətdən bir qismini yəni, 20.000 USD vəsaitin girov qoyulması barədə razılığa gəlmişlər. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 müddətində ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsi üzrə Cavabdeh oğlnun banka 10.000 manat əsas borcu, 1.323,78 manat faiz borcu, 3.579,69 manat cərimə, 1.488,69 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 16.392,16 manat borcu vardır. xx xxxx 2020-ci il tarixloi mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alan Cavabdeh illik 18% faiz hesablanmaqla 12 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmçinin qeyd olunan kreditin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Məmmədova Nəzakət Görüş qızı və Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixdə 26/16 saylı girov müqaviləsi bağlanmış və Məmmədova Nəzakət Görüş qızına məxsus İddiaçı ASC-də **********0000000USD saylı depozit hesabda olan əmanətdən bir qismi, yəni 20.000 USD vəsait girov qoyulmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçının maliyyə arayışına əsasən onun iddiçıya 10.000 manat əsas borcu, 1.323,78 manat faiz borcu, 3.579,69 manat cərimə borcu, 1.488,69 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 16.392,16 manat borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsində tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 3.579,69 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə endirilməli və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən İddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, cavabdehin etirazının dəlilləri ilə bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi, girov ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün tutmanı girova yönəltmək girov saxlayanın vəzifəsi deyil, hüququdur. Tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı girov müqaviləsinin 4.1.3-cü maddəsində də göstərilmişdir ki, borcalan özünə məxsus kredit müqaviləsinə əsasən öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, girov ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün tutmanı girova yönəltmək üçün tədbirlər görmək girovsaxlayanın hüququdur. Belə olan halda, məhkəmə öhdəliyin icrasını təmin etmək üçün tutmanın girova yönəldilməsini iddiaçının üzərinə vəzifə kimi qoya bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsi üzrə Cavabdeh 10.000 manat məbləğində əsas borc, 1.323,78 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 1.488,69 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, ümumilikdə 12.912,47 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 24 manatı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsi üzrə Cavabdeh 10.000 (on min) manat məbləğində əsas borc, 1.323,78 (bir min üç yüz iyirmi üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu, 100 (bir yüz) manat məbləğində cərimə borcu, 1.488,69 (bir min dörd yüz səksən səkkiz manat altmış doqquz qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, ümumilikdə 12.912,47 (on iki min doqquz yüz on iki manat, qırx yeddi qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manatı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4186/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4186/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver