Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4188/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 51.000 (əlli bir min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X3 tərəflər arasında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsinə dair razılıq əldə edildiyini və müvafiq barışıq sazişi imzalandığını bildirib, barışıq sazişinin təsdiq edilməklə işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X4 da tərəflərin mübahisəni razılığa gələrək öz aralarında həll etdiklərini bildirərək təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin (vəkillərinin) izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 21 oktyabr 2019-cu il tarixdə bağlanmış, Bakı şəhəri 5 saylı notariat kontorunda təsdiq edilərək reyestrdə 3M-1009 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 30 noyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə 51.000 manat borc pul vermişdir. Məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək Mülki Məcəllənin 881-ci maddəsinin tələbləri qaydasında müvafiq saziş bağlamışlar. Həmin sazişlə tərəflər mübahisənin həlli qaydasını müəyyənləşdirərək bununla bağlı üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdeh ayrı-ayrılıqda məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətlə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə isə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara birlərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər təsdiq edirlər ki, aralarında bağlanmış 21.10.2019-cu il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 51000 (əlli bir min) manat məbləğində borc vermiş, qeyd olunan borcdan 17000 (on yeddi min) İddiaçı qaytarılmış, qalıq kimi 34.000 (otuz dörd min) manat qalmışdır.
2. Cavabdeh öhdəsinə götürür ki, tərəflər arasında əldə edilmiş barışıq sazişinin şərti kimi 34.000 (otuz dörd min) manat borcu qəbul edir və həmin məbləğ 23.06.2021-ci il tarixdə ilkin 5.000 (beş min) manat və qalan məbləği hər növbəti ayın 23-dən gec olmayaraq 5000 (beş min) manat olmaqla 5 ay (yəni 2021-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr ayı 5000 manat) 6-cı ay yəni 2021-ci ilin dekabr ayı isə 4000 (dörd min) manat olmaqla cəmi – 34.000 (otuz dörd min) manatı ödəməyi öhdəsinə götürür.
3. Cavabdeh öhdəsinə götürür ki, hazırki sazişin 2.3-cü bəndinə vaxtında əməl etmədiyi, yəni aylıq müəyyən edilmiş məbləğ 1 (bir) ay müddətində ödənilmədiyi halda 34.000 (otuz dörd min) manat məbləğ və əlavə olaraq 17.000 (on yeddi min) manat cərimə ödəyəcəkdir və icraya yönəldilən məbləğ 51.000 (əlli bir min) manat olacaqdır.
4. Tərəflər bu barışıq sazişini təsdiq etmək və işin icraatına xitam verilməsi üçün məhkəməyə yazılı vəsatət ilə müraciət edirlər.
5. Bu barışıq sazişinin bağlanması ilə əlaqədar məhkəmə tərəfindən işin icraatına xitam verilməsinin hüquqi nəticələri tərəflərə izah edildi.
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fərid Hətəmzadə