Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4196/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsinə iddiaçının özü tərəfindən əlavə edilmiş Azərbaycan Respublikası DİNin BPQM-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdehr oğlu 2010-cu ildə ölmüşdür. “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışda Cavabdeh ölüm tarixi kimi xx.xx.2010-cu il göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunun mənasından göründüyü kimi, hüquqi varisliyə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. İş materiallarından göründüyü kimi, Cavabdeh iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi tarixdən 10 il öncə ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi irəli sürülə bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 261.0.1, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4196/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4196/2020
05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver