Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-427/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1də inşa edilmiş 1 bloklu, ümumi sahəsi 76,05 kv.mdən ibarət olan 2 otaqlı 38 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2017-ci ilin təxminən noyabr ayının 03-04də internetdə əmlak alqı-satqısı ilə bağlı saytların birində elanlara baxarkən "Cavabdeh1" MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə inşa edilən bir bloklu, on yeddi mərtəbəli yaşayış binasında iki otaqlı, ümumi sahəsi 76,05 kv.m olan 38 saylı mənzilin satışa çıxarıldığını görmüş və dərhal həmin ünvana getmişdir. Oraya gedəndə yaşayış binasında tikinti işləri davam edirdi. Ona məlum olmuşdur ki, bina tam təmirsiz vəziyyətdədir və dam örtüyü yoxdur. Bundan sonra, "Cavabdeh1" MTK-nın sədri X3 Bakı şəhərində Zərifə Əliyeva parkının, Nəsimi metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ofisinə getmiş və köməkçisi X2 iştirakı ilə Elmira Şirinova ilə görüşmüşdür. Elmira Şirinovadan 38 saylı mənzil barədə soruşanda bildirmişdir ki, həmin mənzili şəxsən özü üçün saxlamış, lakin hal-hazırda pula ehtiyacı olduğuna görə satmaq qərarına gəlmişdir. Həmin vaxt ona inanaraq həmin evin qiyməti ilə maraqlananda bildirmişdir ki, həmin mənzilin 1 kv.m-nin dəyəri 751 manat olmaqla, cəmi 57.500 manat təşkil edir. Həmin qiymətlə razılaşaraq 08 noyabr 2017-ci il tarixdə müqavilədə göstərilən məbləğdə pulu, yəni 57.500 manat nağd şəkildə Elmira Şirinovanın ofısindəki xidməti otağında, köməkçisi Fatma Mustafayevanın yanında sayıb özünə vermişdir. Elə həmin gün Fatma Mustafayeva müqaviləni və onun borcunun olmaması barədə maliyyə arayışını hazırlayaraq, Elmira Şirinovaya vermiş, sonuncu həmin sənədləri imzalamış və möhürləyərək ona vermişdir. Sonra həmin mənzili yaxın vaxtlarda təhvil veriləcəyi və istədiyi kimi təmir etdirə biləcəyini bildirmişdir. Sonradan hər ay təxminən iki dəfə gedib mənzilinə baxmışdır. X9 ilə sonuncuya məxsus olan ********** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Lakin, həmin ərəfədə ona məxsus olan mənzilin açarını götürməmişdir. Təxminən 8 aydan sonra Elmira Şirinovaya məxsus olan xidməti otağa gedərək, ona məxsus olan evin açarını tələb edərək götürmüşdür. 2018-ci ilin sonlarında eşitmişdir ki, “Cavabdeh1'' MTK-dan X1 qeyri-yaşayış sahəsi başqa şəxs də satılmışdır. Bundan narahat olaraq birbaşa Elmira Şirinovanın yanına getmişdir. Elmira Şirinova ona həmin mənzillə bağlı heç bir problemin olmadığını demişdir. 2019-cu ilin aprel ayının əvvəlində eşitmişdir ki, Elmira Şirinova həmin binadan bir neçə şəxsə satdığı mənzili ayrı-ayrı şəxslərə satmışdır. Bundan sonra qərara gəlmişdir ki, kollektiv olaraq şikayət ərizəsi yazsınlar. 24 aprel 2019-cu il tarixdə ona zəng gəlmiş və bir nəfər özünü Vüsal kimi təqdim edərək bildirmişdir ki, 2013-cü ildə həmin mənzili bibisi Cavabdeh2 almışdır. Bununla əlaqədar olaraq onunla görüşərək onlarda olan evin sənədlərinə baxmışdır. Məlum olmuşdur ki, maliyyə arayışlarının birində 56 saylı mənzil, digərində isə 38 saylı mənzil qeyd edilmişdir. Buna görə də, Elmira Şirinovanın yanına gedərək bu barədə soruşduqda sonuncu hər şeyi etiraf etmişdir. Bundan sonra aldanmağını haşa düşərək Bakı şəhər Prokurorluğuna rəsmi qaydada müraciət etmişdir. Həmçinin, mübahisə predmeti olan mənzilin təmir işlərinə 2.000 manat xərci çıxmışdır. Hazırda o, dəfələrlə müraciət edərək, müqavilə əsasında ona məxsus olan mənzili onun sahibliyinə və istifadəsinə verilməsini tələb etməsinə baxmayaraq, “Cavabdeh1‘’ Mənzil Tikinti Şirkətinin nümayəndələri həmin mənzilə onun heç bir hüququnun olmadığını bildirərək, müqavilə əsasında ona məxsus olan sözügedən mənzili onun sahibliyinə verilməsini təmin etməmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Daha sonra 02 noyabr 2020-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, sözügedən mübahisəli ünvan 1də inşa edilmiş 1 bloklu, ümumi sahəsi 76,05 kv.m-dən ibarət olan 2 otaqlı, 38 saylı mənzilə dair “Cavabdeh1’’ MKT ilə Cavabdeh2 arasında 22 may 2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, Cavabdeh2 22 may 2013-cü il tarixdə alqı-satqı müqaviləsində ümumiyyətlə mənzilin nömrəsi göstərilməmiş və “Cavabdeh1"' MTK tərəfindən 22 may 2013-cü il tarixdə tərtib edilmiş maliyyə arayışında isə Cavabdeh2 56 saylı mənzilin dəyərini tam ödəməsi və borcunun olmaması qeyd edilmişdir. Bundan da görünür k, Cavabdeh2 həmin mənzilə dair hər hansı bir hüququ yoxdur və ola bilməz. İddiaçı yalnız guya 22 may 2013-cü il tarixdə mətni və verilmə məqsədi məlum olmayan heç bir kəs tərəfindən imzalanmayan və möhürlənməyən həmin kağız parçasına istinad edərək ona məxsus olmuş mənzilə iddia edir. Bundan başqa, tərəfindən 08 noyabr 2017-ci il tarixdə mənzilin dəyərini tam ödədikdən sonra Cavabdeh1 MTK-nın sədri Elmira Şirinova həmin mənzilin açarını ona təhvil verərək mənzili onun sahibliyinə və istifadəsinə vermişdir. Sonradan onun sahibliyində və istifadəsində olan mənzildə müvafiq təmir işləri aparmış və 2.000 manatdan artıq xərc cəkmişdir. 2020-ci ilin mart ayında Cavabdeh2 sürücüsü gələrək ona bildirmişdir ki, mənzil onlara məxsusdur və həmin mənzili 2013-cü ildə əldə etmişlər. Həmin mənzilin açarını təqdim etməyini xahiş etmişlər. O isə həmin şəxslə mübahisə etmək istəməmişdir. Hesab edir ki, mübahisəli mənzilə dair onunla Cavabdeh1 MTK arasında sözügedən mənzilə dair müqavilə bağlanarkən həmin mənzilə dair heç kimlə alqı-satqı müqaviləsi bağlanmamış, mənzil kiminsə sahibliyində və istifadəsində olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddinı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, MTK-nən rəbərliyi barəsində qaldırılmış cinayət işi üzrə həm iddiaçı, həm Cavabdeh2 zərərçəkmiş şəxslər kimi tanınmışlar. İddiaçının pul tələbinə dair iddiası təmin edilsə də, onun hüququ var ki, icra mərhələsində icra üsulunun dəyişdirilməsi ilə bağlı müraciət etsin və pulun əvəzinə mənzili təhvil alsın. Cavabdehə isə izah edilmişdir ki, o, mülki iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirdi ki, iddia əsassızdır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə Cavabdeh1 tikilməkdə olan binasında 38 saylı mənzil ilkin olaraq 2013-cü il tarixdə Cavabdeh2 satılmış, daha sonra isə cinayət əməli nəticəsində iddiaçıya satılmışdır. Bu hallar işdə olan qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmış, habelə cinayət əməli nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi hökm edilmişdir. Göründüyü kimi Cavabdeh2 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı əsas yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh1 nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2013-cü il tarixli mənzil tikintisinə dair müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə Cavabdeh1 tikilməkdə olan binasında mənzili payçıya verməyi öz öhdəsinə götürür. Qeyd olunan mənzil 2 otaqdan ibarət olmaqla, ümumi sahəsi 76,5 kv.m, yaşayış sahəsi isə 37,3 kv.m-dir. Cavabdeh1 tərəfindən verilmiş 22 may 2013-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə yerləşən Cavabdeh1nə məxsus yaşayış binasının payçısıdır. Payçısı olduğu 2 otaqlı, 56 saylı mənzilin dəyərini tam ödəyib, borc qalığı yoxdur. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 08 noyabr 2017-ci il tarixli mənzil tikintisinə dair müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə Cavabdeh1 tikilməkdə olan binasında 38 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürür. Qeyd olunan mənzil 2 otaqdan ibarət olmaqla, ümumi sahəsi 76,5 kv.m, yaşayış sahəsi isə 37,3 kv.m-dir. Cavabdeh1 tərəfindən verilmiş 08 noyabr 2017-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə yerləşən Cavabdeh1nə məxsus yaşayış binasının payçısıdır. Payçısı olduğu 2 otaqlı, 38 saylı mənzilin dəyərini tam ödəyib, borc qalığı yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 nömrəli hökmünün surətindən görünür ki, X5 öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb o-lan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 38 nömrəli mənzili 22 may 2013-cü il tarixdə ünvan 2 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Cavabdeh2 57.375 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin noyabr ayında ona mənzil almaq üçün müraciət edən İddiaçı qeyd edilən 38 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasmı yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, İddiaçı adına rəsmiləşdirilmiş 08 noyabr 2017-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 57.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin, yəni İddiaçı əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Cavabdeh2 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir (hökmün 4cü səhifəsi). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, MTK-ya məxsus qeydiyyat kitabında 38 saylı mənzil X7 adına qeyd edilsə də, 08 noyabr 2017-ci il tarixdə həmin mənzilə görə İddiaçı adına qeydiyyat aparılmışdır (hökmün 29-30 cu səhifələri). Qeyd olunan hökmlə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı 57.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu ödənilməsi hökm edilmiş, digər zərərçəkmiş şəxs Cavabdeh2 mülki iddianın mülki prosessual qaydada verilmə qaydası izah edilmişdir (hökmün 39-40-cı səhifələri) Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(103)-51/2021 saylı qərarından görünür ki, apelyasiya protesti və apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)- 130/2020 nömrəli hökmü apelyasiya protesti və apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 17 iyun 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə yerləşən binanın 38 saylı mənzilini 22 may 2013-cü il tarixdə müqavilə ilə ilkin olaraq Cavabdeh2 adına, daha sonra isə 08 noyabr 2017-ci il tarixli müqavilə ilə İddiaçı adına rəsmişləşdirilmişdir. Bundan başqa, həmin hökmlə iddiaçının mülki iddiası təmin edilərək 57.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu ödənilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, iddiaçı ünvan 1də inşa edilmiş 1 bloklu, ümumi sahəsi 76,05 kv.m-dən ibarət olan 2 otaqlı 38 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, mülki işin materiallarında həmin müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-427/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-427/2021
29.04.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver