Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4287/2022 15.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A51” (İMEİ Kodu **********96522) markalı telefon üçün 706 manat ödənilməmiş hissə və 70 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Hoffmann” markalı paltaryuyan üçün ödənilməmiş 600,2 manat və 60,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A31” (İMEİ Kodu **********44186) markalı telefon üçün 247 manat ödənilməmiş hissə və 24 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “TP-Link Router”, “Apple” qulaqlıq üçün 198 manat ödənilməmiş hissə və 19 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X1, Casio saat üçün 171,7 manat ödənilməmiş hissə və 17,3 manat cərimə olmaqla, cəmi 2114 manat borcun və 41,14 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, “Samsung Galaxy A51” (İMEİ Kodu **********96522) markalı telefon, “Hoffmann” markalı paltaryuyan, “Samsung Galaxy A31” (İMEİ Kodu **********44186) markalı telefon, “TP-Link Router”, “Apple” qulaqlıq, “Magna Bellissima” paltarqurudan, “Casio” saat almış və nəticədə 2114 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 842 manat olan “Samsung Galaxy A51” (İMEİ Kodu **********96522) markalı telefonu ilkin ödəniş 5 manat olmaqla, 18 ay müddətinə, hər ay 46,5 manat ödəmək şərti ilə almış, nəticədə 706 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 70 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 898,2 manat olan Hoffmann paltaryuyanı ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 49,9 manat ödəmək şərti ilə almış, nəticədə 600,2 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 60,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 741,6 manat olan “Samsung Galaxy A31” (İMEİ Kodu **********44186) markalı telefonu ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 61,8 manat ödəmək şərti ilə almış, nəticədə 247 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 24 manat miqdarında cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 238,8 manat olan “TP-Link Router”, “Apple” qulaqlığı ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 19,9 manat ödəmək şərti ilə almış, nəticədə 198 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 19 manat miqdarında cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 188,4 manat olan “Magna Bellissima” markalı paltarqurudan, “Casio” markalı saatı ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 15,7 manat ödəmək şərti ilə almış, nəticədə 171,7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17,3 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 986,1 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 14 iyun 2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21134845 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 61,8 manat ödəmək şərti ilə, dəyəri 741,6 manat olan “Samsung Galaxy A31” (İMEİ Kodu **********44186) markalı telefon satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A31” (İMEİ Kodu **********44186) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 22049169 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə hər ay 49,90 manat ödəmək şərti ilə, dəyəri 898,20 manat olan “Hoffmann” markalı paltaryuyan satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Hoffmann” markalı paltaryuyan Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22303119 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 19,90 manat ödəmək şərti ilə, dəyəri 238,80 manat olan TP-Link Router, Apple qulaqlıq satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən TP-Link Router, Apple qulaqlıq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22314168 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 5 manat olmaqla, 18 ay müddətinə hər ay 46,50 manat ödəmək şərti ilə, dəyəri 842 manat olan “Samsung Galaxy A51” (İMEİ Kodu **********96522) markalı telefon satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ciil tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A51” (İMEİ Kodu **********96522) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22353911 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 15,70 manat ödəmək şərti ilə, dəyəri 188,40 manat olan “Magna Bellissima” markalı paltarqurudan və “Casio” markalı saat satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Magna Bellissima” markalı paltarqurudan və “Casio” markalı saat Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 31 may 2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 706 manat ödənilməmiş hissə və 70 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 600,2 manat və 60,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 247 manat ödənilməmiş hissə və 24 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 198 manat ödənilməmiş hissə və 19 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 171,7 manat ödənilməmiş hissə və 17,3 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A31” (İMEİ Kodu **********44186) markalı telefon üçün 247 manat ödənilməmiş hissə və 24 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Hoffmann” markalı paltaryuyan üçün ödənilməmiş 600,2 manat və 60,8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TP-Link Router, Apple qulaqlıq üçün 198 manat ödənilməmiş hissə və 19 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Samsung Galaxy A51” (İMEİ Kodu **********96522) markalı telefon üçün 706 manat ödənilməmiş hissə və 70 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Magna Bellissima” markalı paltarqurudan, “Casio” markalı saat üçün 171,7 manat ödənilməmiş hissə və 17,3 manat cərimə olmaqla, cəmi 2114 manat borc alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 41,14 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 247 (iki yüz qırx yeddi) manat məbləğində əsas borc və 24 (iyirmi dörd) manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 600,2 (altı yüz manat 20 qəpik) manat məbləğində əsas borc və 60,8 (altmış manat 80 qəpik) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 198 (bir yüz doxsan səkkiz) manat məbləğində əsas borc və 19 (on doqquz) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 706 (yeddi yüz altı) manat məbləğində əsas borc və 70 (yetmiş) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 171,7 (bir yüz yetmiş bir manat 70 qəpik) manat məbləğində əsas borc və 17,3 (on yeddi manat 30 qəpik) manat məbləğində cərimə və 41,14 (qırx bir manat 14 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2155,14 (iki min yüz əlli beş manat 14 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4287/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4287/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver