Məhkəmə qərarları › İş №2(001)-4292/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(001)-4292/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(001)-4292/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə əmrini çıxaran hakim: Etibar Mustafayev Ərizənin predmeti: Ərizənin verilməsi üçün əsas olan prosessual hüquq norması: Azərbaycan Respublikası MPM-nin maddəsi - 275 Kreditor Fiziki şəxsin S.A.A.: Kreditor ,Şəxsiyyət vəsiqəsinin AA*******, xxxxxxx nömrəsi, FİN: Doguldugu tarix və yer: xx.xx.1970, BAKİ Qeydiyyat unvanı: SUMQAYİT ŞƏH., 42-Cİ MƏHƏLLƏ MƏH., 6, 29 Faktiki unvan: Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, ev 4, mən 106 Borclu Fiziki şəxsin S.A.A.: Borclu ,Şəxsiyyət vəsiqəsinin AZE *******, xxxxxxx nömrəsi, FİN: Doguldugu tarix və yer: xx.xx.1996, AZƏRBAYCAN RESPUBLİKASİ, BAKİ ŞƏHƏRİ Qeydiyyat unvanı: BAKİ, BİNƏQƏDİ QƏS, QARAYEV KÜÇ, 41 Faktiki unvan: Ohdəliyə əsas olan M0692/19 / 13.11.2019 muqavilənin nomrəsi və tarixi: Muqavilınin/fakturanın 13.08.2020 son tarixi: Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 972 Faiz dərəcəsi: 0% Ödənilməmiş əsas borc: 492 Ödənilməmiş faiz borcu: 0 Komissiya haqqı üzrə borc: 0 Tələb olunan dəbbə pulu məbləği: 35 Tutulmalı olan cəm məbləğ: 527 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Nəticə hissəsi Əmr etdim Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282-ci və 284-cü maddələrinə əsasən borclu(lar)dan (Borclu) (birgə qaydada) Kreditor ilə bağlanmış öhdəlik müqaviləsi(ləri) ( ) üzrə alaraq aşağıdakı məbləğ tutulsun: Borc üzrə tutulmalı 527 olan məbləğ: Valyuta növü: AZN Ərizəçinin/kreditorun 20,4 çəkdiyi xərclər üzrə tutulmalı olan məbləğ: Tutulma qaydası: Tutulma qaydası: Ödəniş cari günün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş valyuta məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməlidir. Məhkəmə əmrinin icra edilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ 284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. 284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Məhkəmə əmrindən etiraz verilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ

284. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

283. Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.

DİQQƏT!

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarış

Maddə 3. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi

Elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar