Məhkəmə qərarları › İş №2(001)-4297/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4297/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4297/2020 26.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməmiş 1.290,43 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 433,73 manat faiz, 1.110,66 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 191,88 manat borc, ümumilikdə 3.026,70 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 1904/15 saylı kredit müqaviləsinə əsasən borcalana 18 ay müddətinə illik 27 % dərəcəsi ilə 1.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borcverənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borcalan Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixinədək İddiaçı ASC-yə ödənilməmiş 1.290,43 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 433,73 manat faiz, 1.110,66 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 191,88 manat borc, ümumilikdə 3.026,70 manat məbləğində kredit borcu vardır. Həmçinin qeyd etmək istəyirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq “fiziki şəxlərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu xx xxxxxx 2019-cu il tarixdə başa çatmış və cavabdeh qeyd olunan tarixə qədər müraciət etmədiyi üçün tərəflərindən məhkəməyə müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, 5 ildir ki, pulu götürmüşdür, lakin maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Metropolitendə işləyir, hazırda pandemiya ilə bağlı əmək haqqı tam ödənilmir. Hər ay yalnız 50-60 manat məbləğində ödəniş edə bilər. Həmçinin, iddiaçı tərəfindən cərimə yüksək məbləğdə hesablanmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarıını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, N-1904/15 saylı kredit müqaviləsindən, müqaviləyə əlavədən və ödəniş cədvəlindən görünür ki, bank (borc verən) Cavabdeh (borcalan) illik 27% hesablanmaqla 18 ay müddətinə 1.500 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən borcalan ödənişləri müəyyən olunmuş gündən sonrakı 7 təqvim günü müddətində ödəmədikdə, hər gecikdirilən gün üçün ödənilməmiş borc məbləğinin 1% miqdarında cərimə ödəməlidir. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx xxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcalana kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 3 gün müddətinə banka ödənilməsi xahiş olunmuş, əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmçini bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrasından irəli gələrək problemli kreditlərin restrukturizasiyasına dair müvafiq tədbirlər həyata keçiriləcəkdir. xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, xx xxxx 2019-cu il tarixində İddiaçı ASC tərəfindən qəbul edilmiş, qaimə nömrəsi 197629 olan ünvan 1 ünvanında olan, Cavabdeh olan məktub kuryer vasitəsilə xx xxxx 2019-cu il tarixində çatdırmaq üçün yollanmış, lakin ünvan tam deyildir. Ofis meneceri E.Ə.Əliyev aktı öz imzası ilə təsdiq etmişdir. X1 tərəfindən Cavabdeh ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, onun Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya edilməsi məqsədi ilə ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ünvan 2 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına və yaxud olduğu ünvana yaxın olan ləğv prosesində olan istənilən bankın inzibati binasına yaxınlaşa biləcəyi barədə xəbərdarlıq edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilən xx xxxxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxxxx 2015-ci il tarixli N-1904/15 saylı kredit müqaviləsi üzrə 1.290,43 manat məbləğində əsas borc, 433,73 manat məbləğində faiz borcu, 1.110,66 manat məbləğində cərimə borcu və 191,88 manat məbləğində müqavilə müddəti bitdikdən sonra hesablanımş faiz borcu olmaqla, ümumilikdə 3.026,70 manat məbləğində borcu var. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı, xx xxxxx 2016cı il tarixli qəradadının surətindən müəyyən olnunur ki, İddiaçı ASC ləğvedici qismində təyin olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, X1 ilə əvəz edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzindəngörünürki, iddiaçıtərəfindənhazırkiiddiaərizəsininməhkəməyəverilməsiiləəlaqədarolaraq 30 manatdövlətrüsumuödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış bağlanmış xx xxxxx 2015-ci il tarixli, N-1904/15 saylı kredit müqaviləsinə əsasən bank (borc verən) Cavabdeh (borcalan) illik 27% hesablanmaqla 18 ay müddətinə, 1.500 manat məbləğində kredit verilmişdir. Borcalan isə krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə bağlı iddiaçı bank tərəfindən cavabdehə xarici valyutada olan kreditləri üzrə güzəştli kreditin rəsmiləşdirilməsi təyin olunmuş, kreditin restrukturizasiya edilməsi təklif olunmasına baxmayaraq cavabdeh bununla bağlı bankın müraciətlərini cavabsız qoymuşdur. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun maliyyə arayışına əsasən banka 1.290,43 manat əsas borcu, 433,73 manat faiz borcu, 1.110,66 manat cərimə borcu, 191,88 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 3.026,70 manat borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsində tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1.110,66 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə azaldılmalı və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən İddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxx 2015-ci iltarixli,1904/2015 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1.290,43 manat məbləğində əsas borc, 433,73 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, 191,88 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan faiz məbləği, ümumilikdə 1.966,04 manat məbləğində borc ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 19 (on doqquz) manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d ı̇ İddia qismən təmin edilsin. xx xxxxx 2015-ci iltarixli,1904/2015 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1.290,43 (bir min iki yüz doxsan manat, qırx üç qəpik) manat məbləğində əsas, 433,73 (dörd yüz otuz üç manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə, 191,88 (bir yüz doxsan bir manat, səksən səkkiz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, ümumilikdə 1.966,04 (bir min doqquz yüz altmış altı manat, dörd qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 19 (on doqquz) manatı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar