Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4335/2022 01.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə bağlanmış 1 saylı Əlavəyə əsasən, “Nikon D7500” markalı fotoaparat və “Nikon Nikkor AF-S DX” hissəsi üçün 2813,3 (iki min səkkiz yüz on üç manat 30 qəpik) manat ödənilməmiş hissə, 388,7 (üç yüz səksən səkkiz manat 70 qəpik) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Lenovo” markalı notebook,”Microsoft Windows 10” əməliyyat sistemi üçün 1722 (min yeddi yüz iyirmi iki) manat ödənilməmiş hissə, 501 (beş yüz bir ) manat dəbbə pulu olmaqla, ümumilikdə 5425 manat borc, 74,25 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Nikon D7500” markalı fotoaparat, “Nikon Nikkor AF-S DX” hissəsi və “Lenovo” markalı notebook,”Microsoft Windows 10” əməliyyat sistemi almış və nəticədə 5425 (beş min dörd yüz iyirmi beş) manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavəyə əsasən alqı-satqı qiyməti 3267 manat (29 ay x 108.9 manat + 108,9 manat ilkin ödəniş) olan “Nikon D7500” markalı fotoaparatı və “Nikon Nikkor AF-S DX” hissəsi üçün ümumilikdə 3202 manat olmaqla, ondan 2813,3 manat ödənilməmiş hissə, 388,7 manat dəbbə pulu və xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2131,2 (iki min yüz otuz bir manat 20 qəpik) manat (24 ay x 88,8 manat + 0 manat ilkin ödəniş) olan “Lenovo” markalı notebook və ”Microsoft Windows 10” əməliyyat sistemi üçün ümumilikdə, 2223 (iki min iki yüz iyirmi üç ) manat olmaqla ondan, 1722 (min yeddi yüz iyirmi iki) manat ödənilməmiş hissə, 501 (beş yüz bir) manat dəbbə pulu borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 862,9 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən ərizəyə əlavə olunan tərəflər arasında bağlanılmış Müqavilələr, onların əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktları və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, iddiaçıdan iddia tələbində göstərilən əşyaları almışdır. Bir müddət ödəniş etsə də, daha sonra pandemiya və maddi imkansızlığı səbəbindən ödənişlər edə bilməmişdir. Ona görə də iddia tələbinin qismən təmin edilərək, cərimə məbləğlərinin silinməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 22 noyabr 2019-cu il tarixdə bağlanmış 01068982 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X4 görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 191 manat ödəmək şərti ilə, dəyəri 3438 manat olan “Nikon D7500” markalı fotoaparat və “Nikon Nikkor AF-S DX” hissəsi satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01068982 nnömrəli müqaviləyə əsasən Nikon D7500” markalı fotoaparat və “Nikon Nikkor AF-S DX” hissəsi tam qüsursuz halda "xxxx" MMCdən təhvil almışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında 22 noyabr 2019-cu il tarixdə bağlanmış 01068982 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, əvvəlki ödəmə cədvəli ləğv olunaraq tərəflər arasında yeni ödəmə cədvəli tərtib edilir, həmin ödəmə cədvəlinə əsasən, Cavabdeh qalıq qalmış 3267 manatı ilkin ödəniş 108,9 manat olmaqla, 29 ay müddətinə, hər ay 108,9 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 09 fevral 2020-ci il tarixdə bağlanmış 20089552 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X4 görünür ki, İddiaçı Cavabdeh 24 ay müddətinə, hər ay 88,8 manat ödəmək şərti ilə, dəyəri 2131,2 manat olan “Lenovo” markalı notebook və ”Microsoft Windows 10” əməliyyat sistemi satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 09 fevral 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20089552 nömrəli müqaviləyə əsasən olan “Lenovo” markalı notebook və ”Microsoft Windows 10” əməliyyat sistemi tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22 noyabr 2019-cu il tarixli müqavilə üzrə 2813,3 manat əsas borcu və 388,7 manat dəbbə pulu borcu, 09 fevral 2020-ci il tarixli müqavilə üzrə 1722 manat əsas borcu və 501 manat dəbbə pulu borcu vardır. Mülki işin materiallarında olan xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 22 noyabr 2019-cu il və 09 fevral 2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 22 noyabr 2019-cu il və 09 fevral 2020-ci il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr üzrə cavabdehin 22 noyabr 2019-cu il tarixli müqavilə üzrə 2813,3 manat əsas borcu və 09 fevral 2020-ci il tarixli müqavilə üzrə 1722 manat əsas borcu qalmışdır. Digər tərəfdən, iddiaçı 22 noyabr 2019-cu il tarixli müqavilə üzrə 388,7 manat və 09 fevral 2020-ci il tarixli müqavilə üzrə 501 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğlərdə dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 22 noyabr 2019-cu il tarixli müqavilə üzrə 388,7 manat məbləğində hesablanmış dəbbə pulunun 100 (yüz) manat və 09 fevral 2020-ci il tarixli müqavilə üzrə 501 manat məbləğində hesablanmış dəbbə pulunun 50 (əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 22 noyabr 2019-cu il və 09 fevral 2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 22 noyabr 2019-cu il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə üzrə 2813,3 manat əsas borcu və 100 manat dəbbə pulu borcu və 09 fevral 2020-ci il tarixli müqavilə üzrə 1722 manat əsas borcu və 50 manat dəbbə pulu borcu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 74,25 manat dövlət rüsumunun 64,12 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 10,13 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 22 noyabr 2019-cu il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə üzrə 2813,3 (iki min səkkiz yüz on üç manat 30 qəpik) manat məbləğində əsas borc və 100 (yüz) manat məbləğində dəbbə pulu, 09 fevral 2020-ci il tarixli müqavilə üzrə 1722 (min yeddi yüz iyirmi iki) manat məbləğində əsas borc və 50 (əlli) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4685,30 (dörd min altı yüz səksən beş manat 30 qəpik) manat məbləğində borc və 64,12 (altmış dörd manat 12 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4335/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4335/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver