Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-436/2021 17.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Pro Kredit BOKT ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Pro Kredit BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Pro Kredit BOKT ASC-nin nümayəndəsi və vəkili X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 Pro Kredit BOKT ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmiş, cavabdehin müraciətinə müvafiq olaraq Cavabdeh1lə Pro Kredit BOKT ASC arasında xx.xx.2015-ci il tarixli 1653 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən cavabdehə 18 ay müddətinə illik 28% olmaqla 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu Cavabdeh1 ilə kreditor Pro Kredit BOKT ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli razılaşma protokolunun 1.1-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinin müddəti əlavə olaraq 18 ay müddətinə uzadılmış və son ödəniş günü olaraq xx.xx.2019-cu il tarixi müəyyənləşdirilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 zamini Cavabdeh2 ilə 1653 nömrəli zaminlik müqaviləsi bağlanmış, lakin kreditin qaytarılması müddəti uzadılarkən zaminin razılığı alınmamışdır. Kredit müqaviləsi bağlandığı müddətdən borcalan tərəfindən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməmişdir. Hal-hazırda isə cavabdehlər tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Pro Kredit BOKT ASC ilə borclu Cavabdeh1 zamini Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1653 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 saylı fərmanına əsasən Cavabdeh1 2289 manat kompensasiya hesablanmış, borcalanın 360 gündən çox gecikməsi olmadığı üçün həmin vəsait dövlət tərəfindən birbaşa Cavabdeh1 hesabına köçürülmüşdür. Fərmandan irəli gələn digər müddəalar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şamil edilməmişdir. Cavabdehlərə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişlər. Sonuncu dəfə xx.xx.2019-cu il tarixli pretenziya ilə hazırki iş üzrə cavabdehlər həm borclu Cavabdeh1, həm də onun zamini Cavabdeh2 müqavilə üzrə öhdəliklərini yerinə yetirmələri, Pro Kredit BOKT ASC-yə olan borcun ödənilməsi tələb edilmişdir. Tələbə dair pretenziyalar Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə şəxsən qəbul edilmişdir. Cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikləri, borcu ödəmədikləri üçün qeyd edilən iddia ilə 2019-cu ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, müvafiq iddia üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində icraat başlanılmış, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının yekun rəyi, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli 18730 saylı rəyi hazırki iddia tələbi üzrə cavabdehlərin Pro Kredit BOKT ASCyə əsas borc üzrə 2551,89 ABŞ dolları, faiz borcu üzrə 27,79 ABŞ dolları həcmində borclu olduğu müəyyən edilmişdir. Rəyə əsasən Cavabdeh1 iddia üzrə borc məbləği kredit müqaviləsinin bitmə tarixinə əsasən müəyyən edilmiş, cavabdehlə BOKT arasında bağlanmış xx.xx.2018-ci il tarixli xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinə əlavə barədə razılaşma protokolu nəzərə alınmamışdır. xx.xx.2018-ci il tarixli xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinə əlavə barədə razılaşma protokolu kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və tərəflər onu imzaladıqdan sonra qüvvəyə minir. Razılaşma protokoluna əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə ödəniş müddəti 18 ay müddətinə uzadılmış və son ödəniş tarixi xx.xx.2019-cu il tarixi müəyyənləşdirilmişdir. Məhkəmə araşdırmaları gedişində Cavabdeh1 Pro Kredit BOKT ASC-yə müraciət edərək borcunu ödəmək istədiyini bildirərək məhkəmədə baxılan iş üzrə iddia ərizəsinin geri götürülməsini xahiş etmişdir. BOKT Cavabdeh1 xahişini nəzərə alaraq qeyd edilən iddia tələbi üzrə ərizəni geri götürmüş, lakin iddia ərizəsini geri götürdükdən sonra Cavabdeh1 borcunu ödəyəcəyinə dair verdiyi sözə əməl etməyərək yenə də ödənişdən yayınmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2551,89 ABŞ dolları məbləğində əsas borcun, 27,79 ABŞ dolları faiz borcunun, hüquqi xidmət üçün ödənilmiş 50 manatın, dövlət rüsumu olaraq ödənilmiş 30 manatın iddiaçı Pro Kredit BOKT ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, onunla Pro Kredit BOKT ASC arasında xx.xx.2015-ci il tarixli 1653 nömrəli kredit müqaviləsi bağlanmış və ona 18 ay müddətinə illik 28% olmaqla 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Onunla kreditor Pro Kredit BOKT ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli razılaşma protokoluna əsasən xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinin müddəti əlavə olaraq 18 ay müddətinə uzadılmış və son ödəniş günü olaraq xx.xx.2019-cu il tarixi müəyyənləşdirilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq Pro Kredit BOKT ASC ilə onun zamini Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 1653 saylı zaminlik müqaviləsi bağlanmışdır. Ona Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 saylı fərmanına əsasən 2340 manat kompensasiya hesablanmış və o həmin məbləği götürmüşdür. O, iddiaçıya olan borcunu ABŞ dollarının borc alındığı dövrə olan məzənnəsi ilə qaytarmağa razıdır. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Pro Kredit BOKT ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsindən müəyyən olunur ki, BOKT borcalana biznes məqsədi üçün 18 ay müddətinə, illik 28% ödəmək şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Pro Kredit BOKT ASC-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh1 4000 ABŞ dollarını Pro Kredit BOKT ASC-dən almışdır. Borcverən Pro Kredit BOKT ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1653 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin, Cavabdeh1 ilə BOKT arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik üzrə borcalanın BOKT qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə zaminliklə təmin edilmiş öhdəlik borcalan tərəfindən BOKT qarşısında tam həcmdə icra edilənədək qüvvədədir. Pro Kredit BOKT ASC-nin xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində əsas borca görə 4000 ABŞ dolları, faiz borcuna görə 946,20 ABŞ dolları olmaqla cəmi 4946,20 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən Pro Kredit BOKT ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli əlavə razılaşma protokolundan müəyyən olunur ki, tərəflər bu razılaşma ilə xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinə əsasən qalıq 2318,24 ABŞ dolları əsas borcun və 97 ABŞ dolları faiz borcunun müddətini əlavə olaraq 18 ay müddətinə uzadılması və son ödəniş günü olaraq xx.xx.2019-cu il tarixin müəyyən edilməsi barədə razılaşmışlar. Pro Kredit BOKT ASC-nin xx.xx.2018-ci il tarixli 1653 saylı kredit müqaviləsinə 2 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 2415 ABŞ dolları, faiz borcuna görə 571,51 ABŞ dolları olmaqla cəmi 2986,51 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Pro Kredit BOKT ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2019-cu il tarixli 20 saylı xəbərdarlıqdan müəyyən olunur ki, BOKT borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Pro Kredit BOKT ASC-nin xx.xx.2019-cu il tarixli 61 saylı maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Pro Kredit BOKT ASC-yə xx.xx.2019-cu il tarixə ödənilməmiş 2000 ABŞ dolları əsas borcu, 407,84 ABŞ dolları faiz borcu, 147,82 ABŞ dolları cərimə borcu olmaqla cəmi 2555,66 ABŞ dolları məbləğində borcu qalmışdır. Pro Kredit BOKT ASC-nin xx.xx.2019-cu il tarixli 62 saylı hesabdan çıxarışından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Pro Kredit BOKT ASC-yə əsas borc üzrə 2000 ABŞ dolları, faiz borcu üzrə 407,84 ABŞ dolları, cərimə üzrə 147,82 ABŞ dolları olmaqla cəmi 2555,66 ABŞ dolları borcu yaranmış, cavabdehin cəmi ödədiyi məbləğ 3963,36 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 18730 saylı rəyindən müəyyən olunur ki, hesabdan çıxarışlardan və Pro Kredit BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə xx.xx.2017-ci il tarixə əsas borc üzrə 2551,89 ABŞ dolları, faiz borcu üzrə 27,79 ABŞ dolları kimi müəyyən olunmuş, Bank olmayan kredit təşkilatı tərəfindən tərtib olunmuş hesabdan çıxarış cədvəl məlumatlarından göründüyü kimi və Pro Kredit BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixdən sonra 1226,73 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4230 saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış xx.xx.2015-ci il tarixdə bağlanmış 1653 saylı kredit müqaviləsində və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əlavədə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 iddiaçı Pro Kredit BOKT ASC-yə müqavilə müddəti bitən tarixə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 2000 ABŞ dolları, faiz borcu üzrə 644,28 ABŞ dolları olmaqla cəmi 2644,28 ABŞ dolları kimi müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Bakı şəhəri 5 saylı vəkil bürosunun xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, X2 hüquqi xidmətə görə 50 manat ödəniş etmişdir. Pro Kredit BOKT ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2019-cu il tarixli 361 saylı pretenziyadan müəyyən olunur ki, BOKT borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Pro Kredit BOKT ASC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2019-cu il tarixli 362 saylı pretenziyadan müəyyən olunur ki, BOKT zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh1 Pro Kredit BOKT ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli 1653 saylı kredit müqaviləsindən və irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində banka əsas borca görə 2000 ABŞ dolları, iddiaçının tələb etdiyi faiz borcuna görə 27,79 ABŞ dolları borcunun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri bu hissədə əsaslıdır və ona görə də iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddiaçının zaminə qarşı olan tələbləri ilə bağlı qeyd edir ki, Cavabdeh2 ilə bağlanan zaminliyə xitam verildiyindən iddiaçının bu tələbi əsassızdır və bu səbəbdən təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Tərəflər arasında bağlanan zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borc verənə borc alanın, yalnız xx.xx.2015-ci il tarixli 1653 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermiş, xx.xx.2015-ci il tarixli 1653 nömrəli kredit müqaviləsinin dəyişdirilərək qalıq borcun qaytarılması müddətinin uzadılmasına dair xx.xx.2018-ci il tarixli razılaşma protokolu zamin tərəfindən imzalanmamışdır. Göründüyü kimi xx.xx.2015-ci il tarixli 1653 nömrəli kredit müqaviləsinə əlavə xx.xx.2018-ci il tarixli razılaşma protokoluna görə zaminin razılığı alınmadığı üçün zaminliyə, zaminin məsuliyyətinin artması əsası ilə xitam verildiyindən borc verənin də zaminə qarşı müştərək qaydada borc tələbini irəli sürmək hüququna xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1653 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 2000 ABŞ dolları, faiz borcuna görə 27,79 ABŞ dolları olmaqla cəmi 2027,79 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 80 manat Pro Kredit BOKT ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 iş üzrə keçirilən ekspertiza tədiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-436/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-436/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver