Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4371/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı2, onun və İddiaçı1 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair mülki işə baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli podrat müqaviləsinə əsasən 20000 manat pulun, sonradan həmin şəxsə ödənilmiş 5000 manat pulun, bu vaxta kimi ödənilmiş 4000 manat pulun, həmçinin 10000 manat mənəvi ziyanın, 10000 manat maddi ziyanın ümumilikdə isə 49.000 manat və “xxxxxxxxxxxx”a ödənilən 30 man dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu, Ə.ağayev küçəsi, ev 124, mənzil 120-də qeydiyyatdadırlar. xx xxxx 2012-ci il tarixli 1067 akt qeydli nikah şəhadətnaməsinə əsasən evlənmişlər. Hazırda Binəqədi rayonu, S.Məmmədova 203 E, mənzil 26 ünvanında kirayə yaşayırlar. ünvan 129 ünvanında yerləşən evi almışlar. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Favorit” marketin yaxınlığında mənzillərini təmir etmək adı ilə onları aldadaraq 25000 manat pulu ələ keçirmişdir. “019-cu ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı bina, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 94,55 kv.metr olan 329 nömrəli mənzili təmir etdirmək üçün iş icraçısı kimi tanıdıqları Cavabdeh ilə görüşərək razılığa gəlmişlər. Bununla əlaqədar xx xxxxxx 2019-cu il tarixdə Səlim-zadə Nigar Şirzad qızı ilə Cavabdeh arasında notarial qaydada podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icra olunan işin dəyəri 40000 təşkil etmişdir. sifarişçi kimi müqavilənin şərtlərinə uyğun olaarq 20000 manatı elə həmin gün xx xxxxxx 2019-cu il tarixində notariusun depozit hesabı vasitəsilə Cavabdeh ödəmişlər. Səlim-zadə Nigar Şirzad qızı ilə Cavabdeh arasında notarial qaydada podrat müqaviləsinin şərtlərinə görə evin təmirinin 70 % görüldükdən sonra Cavabdeh notariusun depozit hesabı vasitəsilə 10000 manat, təmir bitdikdən sonra isə ona notariusun depozit hesabı vasitəsilə daha 10000 manat ödəniləcəyinə dair Səlim-zadə Nigar Şirzad qızı öhdəlik götürmüşdür. Müqaviləyə əsasan Cavabdeh xx xxxx 2019-cu il tarixədək evin təmirini yekunlaşdırıb yaşayışç üçün hazır edərək onlara təqdim etməli idi. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən etibarən onlara məxsus fərdi yaşayış evində təmir işlərinə başlayacağının vədini vermişdir.Lakin bir neçə gün sonra havaların soyuq keçməsi ilə əlaqədar olaraq təmiri təxirə salmaq məcburiyyətində olduğunu bildirmişdir.O cavabdehdən işin görülməsini dəfələrlə tələb etdikdən sonra 2019-cu ilin mart ayında Cavabdeh evin elektrik və santexnik işlərini görməyə başlamışdır. Novruz bayramı ərəfəsində Cavabdeh ona zəng vuraraq Bakıda olmadığını söyləmiş, evin təmirinə alışveriş etməsi üçün Valeh adlı şəxsə 500 manat verməsini xahiş etmişdir. O etiraz etməyərək Valehlə Yasamal rayonu ərazisində görüşərək Sənanın xahişi ilə ona 500 manat pul vermişdir.Cavabdeh İddiaçı2 həmin ərəfələrdə yalvararaq təcili pula ehtiyacı olduğunu bildirmişdir. Orxan etiraz etməyərək Bakı şəhəri azadlıq prospektində yerləşən “xxxxxxxxxxxx” ASC-nin filialının yanında onunla görüşərək görəcəyi təmir işlərinin müqabilində qabaqcadan ona 3800 manat pul vermişdir. Bundan bir müddət sonra Cavabdeh xahişi ilə “xxxxxxxxxxxx” ASC vasitəsilə onun bank hesabına 500 manat pul göndərilmişdir. Sonuncu dəfə Cavabdehlə görüşən zaman onun xahişi ilə ona 100 manat bir və 1000 manatda bir pul vermişdir. Beləliklə Cavabdeh ümumilikdə, 25000 manat pul verilmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı bina, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət , ümumi sahəsi, 94,55 kv.metr olan 329 nömrəli mənzili təmir etdirmək üçün, o, yenidən xx xxxx 2019-cu il tarixdə “xxxxxxxxxxxx” ASC-də CC/72247/69 saylı kredit müqaviləsinə əsasən pul götürmüşdür. Və nəticədə ona maddi ziyan dəymişdir. Hazırda həmin kreditə əsasən faiz ödəyir. Həmçinin ailə xx xxxxxx 2019-cu il tarixdən kirayədə yaşayır. Cavabdeh qeyd olunan mənzili qısa bir vaxtda təmir etmək adı ilə onları aldatmışdır. Buna görə də, ailə həddindən artıq stress keçirmişdir. Onlara həm maddi həm də mənəvi ziyan dəymişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixində İddiaçı1 nümayəndəsi, vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdiriməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli podrat müqaviləsinə əsasən 20000 manat pulun, sonradan həmin şəxsə ödənilmiş 5000 manat pulun, bu vaxta kimi ödənilmiş 4000 manat pulun, həmçinin 5000 manat mənəvi ziyanın, 5000 manat maddi ziyanın ümumilikdə isə 39.000 manat və “xxxxxxxxxxxx”a ödənilən 30 man dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, podrat müqaviləsinə əsasən evin təmirinin 2019-cu ilin mart ayında bitməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən təmir başa çatdırılmadığından, o evin təmirini özü oktyabr ayında tam başa çatdırmışdır. Cavabdehə müxtəlif vaxtlarda evin təmiri üçün vəsaitlərin alınması məqsədilə hissə-hissə olmaqla ümumilikdə 5000 manat pul versə də, bu faktı təsdiq edəcək kifayət qədər sübutu yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hər iki iddiaçının vəkili Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Cavabdeh ilə İddiaçı1 arasında bağlanan xx xxxxxx 2019-cu il tarixli podrat müqaviləsinin 1-ci bəndindən görünür ki, Cavabdeh öz materiallarından istifadə etməklə ünvan 2 ünvanında yerləşən, tikinti sahəsi 94.55 kv,m təşkil edən 3.20 metr hündürlüyü olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini təmir edib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək, müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzdda daxil olmaqla 40000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 20000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir: 10000 manatı isə evin təmirinin 70%-ni gördükdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Qalan 10000 manat isə təmir bitdikdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx xxxx 2019-cu il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. Bakı nikah evi tərəfindən xx.xx.2012-ci il tarixində verilən AZ-İ seriyalı, 756024 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X3 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxx 2012-ci il tarixində 1067 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Səlim-zadə” soyadı verilmişdir. xx xxxxxx 2018-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ev sahibi X1 İddiaçı2 ünvan 3 E ünvanında yerləşən 26 saylı mənzili bütün əşyaları ilə birlikdə 1 il müddətinə, aylıq kirayə haqqı 500 manat olmaqla kirayəyə vermişdir. Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis polkovnikleytennatı X2 tərəfindən qəbul edilən xx xxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, ünvan 4 mənzil 120 ünvanında yaşayan İddiaçı2 Şəfaqət oğlu xx xxxx 2019-cu il tarixində ərizə ilə Yasamal RPİ-nə müraciət edərək göstərmişdir ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə onun mənzilini təmir etmək adı ilə aldadaraq 20000 manat pulunu ələ keçirmişdir. Yasamal rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən X5 əməli dələduzluq kimi qiymətləndirilməmiş, onun əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “xxxxx” MTK ilə Səlim-zadə Nigar Şirzad qızı arasında bağlanan xx xxxxxxxx 2016cı il tarixli Mənzilin alqı-satqısı barədə MN-329/16 saylı müqavilənin surətindən görünür ki, “icrasçı” Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə onun tərəfindən inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 95,55 kv.metr olan 329 nömrəli mənzili sifarişçiyə təhvil verməyi, şifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilind aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən mənzilin 1 kv.metr dəyəri tərəflərin razılığı ilə 1650 manat olmaqla müqavilənin ümumi dəyəri 156 008 manat müəyyən olunmuşdur. Müqavilə dəyərinin 15700 manatı sifarişçinin şəxsi hesabına, 140 308 manatı isə “xxxxxxxxxxxxxxx” ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən 1 iş günü ərzində icraçıya ödənəçəkdir. “xxxxxxxxxxxx” ASC ilə İddiaçı2 arasında bağlanan xx xxxx 2019-cu il tarixli CC/72247/69 saylı kredit sazişindən görünür ki, “xxxxxxxxxxxx” İddiaçı2 illik 23 % olmaqla, 13400 manat nağd pul krediti verir,kredit müqaviləsinə əsasən müştəriyə 3801000CC72247A69C saylı cari hesab və 1851000CC72247A69 saylı ssuda hesabı açır. Mülki iş materialları və işin faktiki halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçılar öz aralarında nikahdadırlar. İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2019-cu ildə Podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə görə Cavabdeh öz materiallarından istifadə etməklə ünvan 5 ünvanında yerləşən tikinti sahəsi 94.55 kv.m olan 3.20 metr hündürlüyü olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini təmir edib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə tərəflər razılığa gəlmişlər ki, hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 40000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 20000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir, 10000 manatı isə evin təmirinin 70 faizi görüldükdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Qalan 10000 manat isə təmir bitdikdən sonra notariusun depozit hesabı vasitəsi ilə öhdəsinə götürmüşdür. Birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2019-cu il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. İddiaçılar cavabdehin onları aldadaraq müqavilə bağlandığı gün 20000 manat pulu aldıqdan sonra evin təmirinə dair aldadıcı hərəkətlər etdiyini, hər dəfəsində müxtəlif bəhanələr gətirərək iş görməkdən yayındığını bildirir. Bundan başqa iddiaçı O.Səlimzadə cavabdehə ayrı ayrı vaxtlarda 5000 manat da əlavə olaraq verdiyini bildirir. İddiaçılar evin təmirinin mart ayında qurtarmalı olmasına baxmayaraq cavabdehin onları aldatmasından sonra 4000 manat kirayə haqqı ödəməklə maddi zərərə düşdüyünü, eyni zamanda onlara bankdan kredit götürərək evlərini özləri təmir elətdiklərinə görə 5000 manat maddi zərər dəydiyini, bu məsələ ilə bağlı stres keçirtdiklərinə görə 5000 manat mənəvi zərər dəydiyini iddia edirlər. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, qiyabi qətnamə qəbul edildikdən sonra məhkəməyə ərizə ünvanlayaraq qətnamənin surətinin təqdim edilməsini xahiş etmişdir. Qiyabi qətnamənin ləğv edilməsi, eyni zamanda sonrakı prosesdə iştirak etməmişdir. İddiaya dair etiraz, mülahizə məhkəməyə ünvanlamamışdır. İddia tələbinin ümumi həddi 25000 manat ödənilmiş pulun geri qaytarılması, 9000 manat dəymiş maddi zərərin, 5000 manat mənəvi zərərin cavabdehdən tutulmasından ibarətdir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödənilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tələbin müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması hissəsini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Sifarişçi, yəni İddiaçı1 müqavilə üzrə üzərinə düşən ilkin mərhələdə 20000 manat razılaşdırılmış muzdu podratçıya (cavabdehə) vermişdir. Cavabdeh müqavilə üzrə muzd almasına baxmayaraq öhdəliyini xx xxxx 2019-cu il tarixədək yerinə yetirməmiş, iddiaçıdan aldığı muzdu hal-hazıradək geri qaytarmamışdır. Digər İddiaçı2 cavabdehə müxtəlif vaxtlarda 5000 manat ödədiyini bildirsə də bununla bağlı hər-hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, müqavilə üzrə iddiaçılar birgə kreditor olmadığından, cavabdehdən 20000 manat pul tutularaq İddiaçı1 verilməlidir. Vurulmuş 9000(4000 manat kirayə haqqı+ 5000 manat bankdan götürülmüş kreditə görə ödənilmiş faiz) manat maddi zərərla bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə də qismən əsaslıdır. Belə ki, iddiaçılar xx.xx.2018-ci il tarixdən 1 il müddətinə aylıq 500 manat kirayə haqqı ödəməklə kirayə müqaviləsi bağlamışlar. İddiaçı özü etiraf edir ki, oktyabr ayında özü mənzili təmir elətdirərək evinə köçmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, podrat müqaviləsinin mart ayınadək qüvvədə olmasını nəzərə alınarsa, müqavilənin bitdiyi vaxtdan iddiaçılara 7 ay əlavə kirayə haqqı ödəməyə məcbur qalmaqla zərər dəymişdir. Bu isə 3500 manat təşkil edir. Kirayə müqaviləsinin iddiaçı O.Səlimzadə tərəfindən bağlandığı, podrat müqaviləsinin podratçı tərəfindən icra edilməməsinə görə hər iki iddiaçıya da zərər vurulduğu nəzərə alınarsa həmin məbləğ cavabdehdən hər iki iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı2 cavabdehin öhdəliyini pozmasına görə və nəticədə özünün mənzili təmir elətdirməyə məcbur qalması və bununla bağlı “xxxxxxxxxxxx”-dan kredit götürməklə ona 5000 manat zərər dəyməsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla İddiaçı2 ona konkret olaraq 5000 manat zərər dəyməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir, ikincisi həmin kreditin götürülməsinin cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması ilə səbəbli əlaqəsi müəyyən edilmir. Bununla bağlı Mülki Məcəllənin 1096-cı maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Odur ki, iddia bu hissədə sübut edilmədiyinə görə təmin edilə bilməz. Bundan başqa iddiaçılar cavabdehdən 5000 manat mənəvi zərər tələb edirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, mənəvi iztirab, sarsıntını və s. məhkəmə qarşısında sübut etməlidir. İddiaçı sadalanan faktları sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, vurulmuş 5000 manat mənəvi zərərin ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 251-ci maddəsinə əsasən qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın, “A” blok, 8-ci mərtəbəsində, sahəsi 94.55 kv.m olan 2 otaqlı 329 nömrəli mənzilin təmir işləri üçün Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən ödənilmiş 20000 manat pul cavabdehdən tutularaq İddiaçı1 ödənilməli, dəymiş zərərə görə 3500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçılara ödənilməli və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh tutularaq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 20000 (iyirmi min) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. 3500 (üç min beş yüz) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 20 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4371/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4371/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver