Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4373/2021 10.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə 10 dekabr 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 24.02.2015-ci il tarixli, 8-24-02-2015-ST MTK İX nömrəli kredit müqaviləsinə əsasən 20.04.2021-ci il tarixə əsas borc üzrə 59827,82 manat, faiz borcu üzrə 10900,53 manat olmaqla cəmi 70728,35 manat; 24 fevral 2015-ci il tarixli, 9-24-02- 2015-ST MTK İX nömrəli kredit müqaviləsinə əsasən 20 aprel 2021-ci il tarixə əsas borc üzrə 81578,45 manat, faiz borcu üzrə 15067,89 manat olmaqla cəmi 96646,34 manat; 24 fevral 2015-ci il tarixli, 10-24-02-2015-ST MTK İX nömrəli kredit müqaviləsinə əsasən 20 aprel 2021-ci il tarixə əsas borc üzrə 52298,24 manat, faiz borcu üzrə 10055,9 manat olmaqla cəmi 62354,14 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,4 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmələrinin səbəbləri haqqında məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4373/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4373/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver