Məhkəmə qərarları › İş №2(001)-4376/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4376/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4376/2021 17.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC və Cavabdeh2 oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 09.06.2021-ci il tarixdə iddiaçı «xxxx» ASC məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və banka olan borcun tam ödənilməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə, ərizə baxılmamış saxlanılmalıdır. Eyni zamanda iş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(001)-4376/2021 saylı qərardadı ilə Cavabdeh1 "xxxx” ASC-də olan ******************** saylı və ******************** saylı hesablarına və Cavabdeh2 “xxxx” ASC-də olan ******************** saylı hesabına 75690.5 manat məbləğində həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsinə görə, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Hazırkı vəziyyətdə təmin tədbirinin görülməsi üçün zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(001)-4376/2021 saylı qərardadı ləğv edilməli, Cavabdeh1 "xxxx” ASC-də olan ******************** saylı və ******************** saylı hesablarına və Cavabdeh2 “xxxx” ASCdə olan ******************** saylı hesabına 75690.5 manat məbləğində qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 162.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC və Cavabdeh2 oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(001)- 4376/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 "xxxx” ASC-də olan ******************** saylı və ******************** saylı hesablarına və Cavabdeh2 “xxxx” ASC-də olan ******************** saylı hesabına 75690.5 (yetmiş beş min altı yüz doxsan manat əlli qəpik) manat məbləğində qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və "xxxx” ASC-yə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar