Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4378/2022 08.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə nikahından olan 27 yanvar 2013cü il təvəllüdlü X5 və 25 fevral 2014-cü il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində tutulmuş alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və 25 fevral 2014-cü il təvəllüdlü X6 xəstəliyinə görə xərclər üçün hər ay 100 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə birgə nikahından 27 yanvar 2013-cü il təvəllüdlü X11 və 25 fevral 2014-cü il təvəllüdlü X12 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)—5379/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanmış və cəmi 220 manat aliment tutulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(001)-3144/2020 saylı qətnaməsi ilə kəsilmiş aliment artırılmış, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmuşdur. O, övladları ilə cavabdehdən ayrı yaşayır. 25 fevral 2014-cü il təvəllüdlü X12 xəstədir, hər ay onun müalicəsi xərc tələb edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ 035387 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 yanvar 2013-cü il təvəllüdlü X5 atası X8, anası X3r; AZ-İİİ 172226 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 fevral 2014-cü il təvəllüdlü X6 atası X8, anası X3r; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(001)- 5379/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 oktyabr 2011-ci il tarixdə Bakı nikah evində 1616 saylı bağlanmış nikahın pozulması, Cavabdeh uşaqları 27 yanvar 2013-cü il təvəllüdlü X5 və 25 fevral 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 110 manat sabit pul məbləğində alimentin 09 aprel 2015-ci il tarixdən etibarən uşaqlar yetkinlik yaşına çatana qədər tutulub X4 verilməsi qət edilmişdir; Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən verilmiş 25 may 2020-ci il tarixli müayinə sənədinin surətindən görünür ki, Abbaslı İlqar göz müayinəsində olmuş və ona daimi eynək gəzdirmək tövsiyyə edilmişdir; X15 tərəfindən verilmiş həkim-nevropatoloq müayinə vərəqəsindən görünür ki, 8 yaşlı X7 ensefalopatiya, dərkin ləngiməsi, psixomatr oyanıqlığı diaqnozu qoyulmuşdur, həkim məslələtləri: telefon olmaz, televizor məhdud olar, aktiv həyat tərzi - idman, rəqs, musiqi tövsiyyə edilmişdir; Ə.Qarayev adına 2 saylı X13 tərəfindən verilmiş müayinə sənədindən görünür ki, 25 fevral 2014-cü il təvəllüdlü X6 beynin təməl bioelektrik aktivliyi yetərli bir tərzdə tənzimlənib, qabiq ritm yaşa uyğundur, hər iki temporal aparmalarda epiieptiform aktivlik qeyd edilmişdir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(001)- 3144/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(001)-8877/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirməklə 27 yanvar 2013-cü il təvəllüdlü X5 və 25 fevral 2014-cü il təvəllüdlü X6 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. X10 radiologiya şöbəsindən tərəfindən verilmiş 14 noyabr 2021-ci il tarixli müayinə sənədindən görünür ki, arxa kəllə çuxurunda hər iki beyin yarımkürələrinin strukturası təbbi olub, medulla oblonqata, pons mezensefalon, bazal sistemlərin konfiqurasiyasl normaldır. İV mədəciyin transverzal ölçüsü artmayıb, beyin kötüyünün konfiqurasiyası adidir, normal genişlikdədir, orta xətdə yerləşir. İİİ mədəciyin ölçüləri və lateral mədəciklərin həcmi artmayıb. Orta xətdə dislokasiya izlənilmir. Beyin yarımkürələrində diffuziyalanmış ödəm izlənilir, qanama, törəmə aşkar edilmədi. Supratentorial sahədə bazal, tentorial, pontin və serebellopontin sisternlər genişlənməmişdir, qanqlialar və talamuslar normal görünümdərdir. Frontal sinuslar, etmoid hücrələr, sfenoid sinus və maksilyar sinuslar normal, açıq və havalıdır, divar konturları düzgündür. Mukoza qalınlaşması yoxdur. Görmə siniri normaldır. Kəllə tağı sümükləri anormallıq göstərmir. Kranio vertebral keçid sərbəstdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(001)-5379/2015 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanmış və uşaqların saxlanması üçün hər uşağa 110 manat məbləğində aliment tutumuşdur. Daha sonra Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(001)-3144/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşaqların saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən iki ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia “alimentin miqdarının artırılması” hissəsində təmin edilməli, 27 yanvar 2013-cü il təvəllüdlü X5 və 25 fevral 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(001)-3144/2020 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə iddia tələbinin “25 fevral 2014-cü il təvəllüdlü X6 xəstəliyinə görə hər ay 100 manat məbləğində əlavə xərcin tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən uşağın bundan sonra hansı müddətə müayinə və müalicəyə ehtiyacı olduğu, habelə tələb olunan məbləğdə hər ay xərcin çəkiləcəyi öz təsdiqini tapmır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən poçt vasitəsilə məhkəməyə göndərilmiş X16 PHŞ Uşaq poliklinika şöbəsinin arayışında X7 epilepsiya diaqnozunun qoyulması və mütəmadi müalicəyə ehtiyacı olduğu qeyd olunsa da, həmin arayış həkim tərəfindən imzalanmadığından və həmin arayışa poliklinikanın möhürü vurulmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 27 yanvar 2013-cü il təvəllüdlü X5 və 25 fevral 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(001)-3144/2020 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4378/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4378/2022
08.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver