Məhkəmə qərarları › İş №2(001)-4404/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-4404/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4404/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Elxan Şərbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 024 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə günün əvvəlinə olan 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 manat, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 024 saylı qrup kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə günün əvvəlinə olan 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 manat, Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 024 saylı qrup kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə günün əvvəlinə olan 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 manat, ümumilikdə 62919,45 manat məbləğində kredit borcu 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 024 saylı qrup kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xidmət sahəsinin (fərdi evlərin tikintisi və təmiri) inkişafı məqsədi ilə illik 22,7% 60 ay müddətinə hər birinə 19950 manat olmaqla, cəmi 62919,45 manat məbləğində kredit verilmişdir. Hazırda borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edirlər. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmənin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 024 saylı qrup kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xidmət sahəsinin (fərdi evlərin tikintisi və təmiri) inkişafı məqsədi ilə illik 22,7% olmaqla, 60 ay müddətinə hər birinə 19950 manat olmaqla, cəmi 62919,45 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli qrup kredit müqaviləsinə əsasən Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC-yə Cavabdeh1 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 manat, Cavabdeh2 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 manat və Cavabdeh319202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 manat, ümumilikdə 62919,45 manat məbləğində borcu var; İddiaçı Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC-nin cavabdehlərə ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehə kredit müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görüləcəyi barədə onlara xəbərdarlıq edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 024 saylı qrup kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlərə xidmət sahəsinin (fərdi evlərin tikintisi və təmiri) inkişafı məqsədi ilə illik 22,7% olmaqla, 60 ay müddətinə hər birinə 19950 manat olmaqla, cəmi 62919,45 manat məbləğində kredit verilmişdir. Cavabdehlər MMC-dən kredit müqaviləsi üzrə həmin məbləğdə pulu almış və müqavilədə göstərilmiş qaydada kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşlər. Lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı cvaabdehlərin borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinəəsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdehlər arasında qrup halında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdehlər müqavilə üzrə öhdəliklərini tam icra etmədiklərinə görə borcları yaranmışdır. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə də cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədikləri bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borclarını iddiaçıya ödəməlidirlər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birindən ayrı ayrılıqda 19202,3 manat əsas, 1428,98 manat faiz borcu tutulmaqla iddiaçı Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, qrup kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdehlər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdehlər cərimə ödəyəcəyini vəd etmişlər. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 341,87 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır, həmin məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC –yə ödənilməlidir "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il tarixli qrup kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 manat, Cavabdeh2 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 manat və Cavabdeh3 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 manat tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC-yə ödənilməli, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2015-ci il tarixli qrup kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 (iyirmi min doqquz yüz yetmiş üç manat on beş qəpik) manat, Cavabdeh2 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 (iyirmi min doqquz yüz yetmiş üç manat on beş qəpik) manat və Cavabdeh3 19202,3 manat əsas, 1428,98 manat faiz, 341,87 manat cərimə borcu olmaqla, cəmi 20973,15 (iyirmi min doqquz yüz yetmiş üç manat on beş qəpik) manat tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC-yə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı “xxxxxxxxxxxxx” MMC-yə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar