Məhkəmə qərarları › İş №2(001)-4418/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4418/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4418/2025 23.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X9 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-ə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-ə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi olunla əsaslandırılmışdır ki, iddiaçı göz qapağı əməliyyatı məqsədilə, 2*2*-ci ildə cavabdeh İstanbul klinikasına müraciət edib. Belə ki, müraciəti əsasında digər cavabdeh həkim Cavabdeh1 ilə razılaşmış və 2*2*-ci ilin may ayında əməliyyat olunub. Lakin onunla nə klinika arasında müqavilə bağlanmış, nə də ki, əməliyyat üçün etdiyi ödənişlərlə bağlı qəbz verilmişdir. Əməliyyatın ümumi məbləği 65* manat olmuşdur. Əməliyyatdan sonra gözündə nəzərə çarpacaq dərəcədə kəskin çapıqlar meydana gəlmiş, bunun həll olunması məqsədilə yenidən Cavabdeh1 müraciət edib. O da iddiaçını sakitləşdirərək çapıqları itirmək üçün onunla bir mərtəbədə çalışan lazeroloroq xanıma yönəltmiş və 12* manat ödənişin 6* m cavabdeh özü yerdə qalan hissəsini isə o ödəyib . Lakin bu əməliyyat da uğursuz alınmış, nəticədə gözünün üstündə ləkələr əmələ gəlmişdir. Bundan sonra yenə dəfələrlə Cavabdeh1 müraciət etdiyi halda, müraciətlərinə müxtəlif bəhanələr gətirərək cavabsız qoymuşdur. İki il sonra cavabdeh ona əməliyyat pulu olan 65* manatı ödəmişdir, iddiaçı pulu qəbul etmiş və başqa yerdə əməliyyat nəticəsində əmələ gəlmiş çapıqları və ləkələri aradan qaldırmaq üçün əməliyyat etdirəcəyini bildirmiş və həmin əməliyyatın pulunu da ondan istəmişdir. Cavabdeh ona 25** manat verəcəyini bildirmişdir. Lakin uzun müddət müxtəlif bəhanələrlə, həyat yoldaşı və özü iddiaçını aldadaraq vaxtı uzatmışlar. Dəfələrlə “İstanbul Hospital" Klinikasına müraciət edərək əməliyyat tarixçəsini istəmiş, klinikanın rəhbərliyi onu qəbul edərək, digər cavabdeh Zeynəblə danışacağını, məsələni həll edəcəyini demiş, bu məqsədlə notariusa getmək barədə təklif irəli sürmüş, vurduğu zərəri Cavabdeh1 ödədəcəyini söyləsədə onlara inanmasa da işini yarım qoyaraq getmək məcburiyyətində qalmışdır. Notariatda onu Zeynəb və klinikanın tibb bacısı və Zeynəbin həyat yoldaşı qarşılamış, klinikanın müdiriyyətinin gələcəyini demərinə baxmayaraq, o iştirak etməmişdir. Həmçinin, cavabdeh 25** manat ödəyəcəyini deməyinə baxmayaraq, notariusda müqaviləni 12** manat üzrə bağlayacağını demişdir. Bu hallara əsaslanaraq müqaviləni bağlamaq istəməmiş və nəticədə həm klinikanın işçisi tərəfindən, həm də cavabdeh tərəfindən kobud reaksiya ilə qarşılaşmış, təhqir olunmuş, digər insanların qarşısında alçaldılmışdır. Bundan sonra dəfələrlə yenə həm cavabdehə, həm də klinikaya müraciət etdiyi halda, müraciətləri cavabsız qalmışdır. Bütün bu olanlar nəticəsində həm maddi olaraq kifayət qədər əziyyət çəkmiş, həm görünüş etibarı ilə gözəlliyindən məhrum olmuş və bu onda kompleks yaratmış və mənəvi olaraq izdirablar çəkmişdir. Buna görə də həm mənəvi olaraq çəkdiyi əziyyətlərin məbləğini, həm də, dəymiş zərərin aradan qaldırılması üçün etdirəcəyi əməliyyatın dəyərini cavabdehdən alınıb ona ödənilməsini istəyir. Qeyd olunanlara əsasən, Cavabdeh1 və Cavabdeh2 klinikasından müştərək qaydada 15* *** manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq iddiaçı indiyə qədər ona yalnız 65* manatın Cavabdeh1 əri tərəfindən verilməsini, əməliyyat tarixçəsi və ya əməliyyatla bağlı hər hansı bir qəbzin, sənədin verilmədiyini və ödənişi Cavabdeh1 əlbə-əl verdiyini bildirmişdir. Həmçinin geniş izahat verərək heç bir zaman Türkan adlı həkimi tanımadığını, onu Zeynəb xanımın şəxsən özünün əməliyyat etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi iddia tələbinin əsassız və rədd olunmalı olduğunu bildirmiş, məhkəmənin suallarına cavab olaraq isə cavab Cavabdeh1 iddiaçını Türkan adlı xanıma yönəltmiş olduğnu bununla bağlı 6* manat pul adlığını və iddiaçını əməliyyat etmədiyini bildirdi. Həmçinin iddiaçının İstanbul klinikasında əməliyyat olunmadığını və bununla bağlı heç bir sübutunun olmamasını da məhkəmənin diqqətinə çatdırdı. Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil sonuncu məhkəmə iclasında iştirak etməmiş, 12.*1.2*26-cı il tarixdə Elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirdi ki, iddia ərizəsi ilə razı deyil, belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-a qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassızdır. Belə ki, Binəqədi rayon prokurorluğunda mübahisə araşdırılan zaman məlum olmuşdur ki, iddiaçını həkim Cavabdeh1 yox başqa həkim əməliyyat və müayinə etmişdir. Cavabdeh1 sadəcə İddiaçı istiqamət verərək başqa həkimə yönləndirmiş və İddiaçı Türkan Gündüz əməliyyat etmişdir. Həkim Cavabdeh1 "makler" xidmətinə görə 6* manat pul qazanmışdır, onun cərrahiyyə ixtisası olmamışdır. Türkan Gündüz isə cərrahiyyə ixtisaslı həkim olduğundan cavabdeh iddiaçını həmin həkimə yönləndirmişdir. İddiaçı həkim Türkan Gündüz tərəfindən başqa xəstəxanada əməliyyat edilmişdir və 2*2*-ci ildə həkim Türkan Gündüzün "xxxx" MMC- ilə əmək müqaviləsi olmadığına görə İddiaçı "xxxx" MMC-də heç cür əməliyyat edilə bilməzdi və "xxxx" MMC-nin rəhbərliyi qanunsuz əməliyyata icazə verə bilməzdi. "xxxx" MMC-də ÜÇ dəfə yoxlama keçirilsə də İddiaçı məxsus heç bİr tİbbİ sənəd(müayİnə, xəstəlİk tarİxİ, ödənİş qəbzİ və.s.) aşkarlanmamişdir. Bundan əlavə ekspertizanın rəyindən də məlum olur ki, İddiaçı əməliyyatı normalara uyğun aparılmışdır. Belə olan halda məlum olur ki, bir neçə dəfə cavabdeh həkim Cavabdeh1 hədələyərək ümumilikdə 8** manata yaxın pul alan İddiaçı bu cür əməllərindən əl çəkmək niyyətində deyil. Sonda İddiaçı iddiası əsassız və böhtan xarakterli olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəli məhkəmə iclasında iştirak edən Cavabdeh1 Qalib qızı iddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etmiş, həmçinin sədrlik edənin suallarına cavab olaraq iddiaçını Türkan Gündüz adlı həkimə yönəltdiyini bununla bağı 6* manat məbləğində ödəniş aldığını və iddiaçının İstanbul klinikasında əməliyyat olunmadığını, bundan başqa iddiaçıyla “İnstagram” tətbiqi üzərindən danışdığını və ona ilkin baxış keçirdiyini, sonraki proseslərdən məlumatlı olmadığını çünki həkimlə xəstə arasında olduğunu bildirdi. Pulu qaytarmasının əsas səbəbi isə iddiaçının ona daimi təzyiq etməsi, ondan şikayət etməsi olmuşdur. Məcbur qalıb həmin pulu əri iddiaçıya qaytarıb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin mövqeyini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azerbaycan Respublikasının Əmək ve Əhalinin Sosial Müdafiesi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidmətinden daxil olmuş *7 may 2*24-cü il tarixli, 3-17-5/2- 26946/2*24 saylı məktub əsasında X1* Qızının adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemine daxil edilmiş əmək müqaviləsi bildirişleri barədə melumatlar əldə olunmuşdur. Binəqədi rayon prokuroru S.Məmmədlinin 22.*5.2*24-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı şikayəti əsasında Cavabdeh1 Qalib qızının əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qeyd olunan qərara istinadən "X13" Tibb Mərkəzindən daxil olmuş 1*.*5.2*24-cü il tarixli, 9* nömrəli məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü vətəndaş X2 X13-da Qeydiyyatdan keçmədiyi aşkar edilmişdir. X7 *3.1*.2*17-ci ilden 27.*6.2*2*-ci ile kimi ve 13.11.2*21- ci ilden *8.*5.2*22-ci il tarixinedek emek müqaviləsi bağlanmaqla həkim-ümumi cərrah kimi "xxxx" MMC-de (X13) işləmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı adına tibbi sənədlər olmadığından onun üzerine icra edilmiş "Blefaroplastika" cerrahiyyə əməliyyatına göstərişin olub-olmadığı barədə fikir söylənilməsi mümkün olmamışdır. Bəsti Bəşirovanın üzərinde icra edilmiş "Blefaroplastika" cərrahiyyə əməliyyatı estetik əməliyyat hesab olunur. Besti Bəşirovanın mütəxəssis müayinəsi zamanı onun üzerinde icra edilmiş "Blefaroplastika" cerrahiyyə əməliyyatından sonra çapıq toxuması, göz qapaqlarının normal bağlandığı ve əmeliyyatla bağlı hər hansı bir patologiyanın olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq aparılmış "Blefaroplastika" cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Cavabdeh2 Tibb Merkezindən daxil olmuş *3.*5.2*24-cü il tarixli, 4* nömreli mektubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü vətəndaş İddiaçı ile bağlı klinikada heç bir tibbi sənəd aşkar edilməmişdir. X1 *7.12.2*19-cu il tarixdən aile həkimi vəzifəsinde klinikada işə başlamışdır. Hazırda analıq məzuniyyətindədir. X4 ümumi cərrah kimi *7.*4.2*2*- 3*.*9.2*2*, 2*.11.2*2*-16.*2.2*22-ci il tarixlərində "xxxx" MMC-də işləmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 26.*9.2*24-cü il tarixli məktubuna əsasən İddiaçı Cavabdeh2 Tibb Merkezi və Cavabdeh1 Qalib qızının səhlənkarlığı nəticəsində sağlamlığın pozulması ilə əlaqədar müraciətə baxılmış və 1*.*6.2*24-cü il cinayət işinin başlanması rədd qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. İstanbul Hospital MMC-nin *7.*2.2*26-cı il tarixli *7 saylı məktubundan göstərilir ki: “xx.xx.1969-cu il təvəllüdlü X3 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciəti ilə əlaqədar və sorğuya əsasən tibbi protokol qaydalarına uyğun olaraq klinikamızda 3-cü dəfə təkrar 2*2*ci ilin yanvar ayından bu günə qədər olan dövrə aid araşdırma aparılmış və X5 məxsus hər hansı tibbi sənəd (tibbi analiz, epiqriz, tibbi müayinə, və,s) aşkarlanmamışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçının həyat yoldaşını tanıyır. Tərəflərə qarşı heç bir qərəzi yoxdur. Novxanıda işlədiyi zaman iddiaçının həyat yoldaşı ondan iddiaçını klinikaya aparmağı xahiş etmiş, o da öz növbəsində iddiaçının maşını ilə İstanbul klinikasına aparmış, maşını xanım özü idarə etmişdir. Orada təxminən 2 saat gözləmişdir. Həmçinin bildirir ki, İstanbul Hospital yazısını xatırlayır. İki nəfər qadın iddiaçının qoluna girmiş və yanına gətirmişdir. Bundan sonra o iddiaçını evinə gətirmişdir. Qayıdanda maşını özü sürüb. Sədrlik edənin suallarına cavab olaraq iddiaçını onun yanına gətirən qadınları tam xatırlamır, sadəcə qadınlardan birinin həkim xalatı geyindiyini və bəstəboylu olduğunu bildirdi. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edlilən səs yazıları dinlənilmiş, iddiaçı tərəfindən səs yazılarında cavabdeh tərəfindən ona qarşı təhqirlərin olunduğunu, həmçinin səs yazılarının telefon danışıqları zamanı tərəfindən qeyd olunduğu bildirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 22*.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2*19-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İş materiallarından görünür ki, mübahisəli əməliyyata dair tərəflər arasında rəsmi müqavilə bağlanmamış, iddiaçının xəstəlik tarixçəsi, qəbz və ya başqa hüquqmüəyənedici, baş vermiş hadisələrə cavabdehlərin aidiyyətini təsdiq edən hər hansı tutarlı sübut müəyyən edilmədi. İddiaçının öz izahatarından, cavabdehin bildirdiklərindən də müəyyən olunur ki, iddiaçı tərəfindən ödənilən 65* manat pul da ona geri qaytarılmışdır. Həmçinin aparılmış ekspertiza tədqiqatının nəticəsində müəyyən olunur ki, iddiaçı üzərində aparılmış əməliyyat düzgün icra edilmiş və hər hansı patalogiya aşkar edilmir. Qeyd olunanlar isə iddiaçının öz tələbində irəli sürmüş olduğu arqumentlərin həqiqətə nə dərəcədə uyğun olmasına bir qədər kölgə salmış olur, halbuki Məhkəmə hər hansı iş üzrə qərar qəbul edərkən bütün ziddiyyətli məqam və şübhəli hallardan azad bir mövqe sərgiləməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı *6 mart 2**8-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-ə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddiaçı məhkəmə xərclərindən azad olunduğundan və iddia rədd edildiyindən məhkəmə xərcləri dövlətə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-ə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar