Məhkəmə qərarları › İş №2(001)-4432/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4432/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4432/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən, TOSHİBA RAS markalı kondisioner üçün 1.547 manat ödənilməmiş hissə, 244 manat dəbbə, xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********25569 olan Huawei MediaPad markalı tablet üçün 447 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu, ümumilikdə 2.373 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.403 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixli müqavilələrinə əsasən, TOSHİBA RAS markalı kondisioner və İMEİ kodu **********25569 olan Huawei MediaPad markalı tablet almış və nəticədə 2.373 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.784 manat(24 ay x 74 manat + 8 manat ilkin ödəniş) olan TOSHİBA RAS markalı kondisioner üçün ümumilikdə, 1.791 manat olmaqla ondan 1.547 manat ödənilməmiş hissə, 244 manat dəbbə, xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 manat(6 ay x 90 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********25569 olan Huawei MediaPad markalı tablet üçün ümumilikdə, 582 manat olmaqla ondan 447 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 330 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxx 2019-cu il tarixli, 00651731 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.784 manat, ilkin ödəniş 8 manat olan TOSHİBA RAS-18U2KH2S-EE markalı məhsul yeni qızıl zəmanətlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00651731 saylı müqaviləyə əsasən TOSHİBA RAS-18U2KH2S-EE markalı məhsulu yeni qızıl zəmanətlə tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmışxx xxx 2019-cu il tarixli, 00688588 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 540 manat olan Huawei MediaPad T5 3+32GB markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00688588 saylı müqaviləyə əsasən Huawei MediaPad T5 3+32GB markalı məhsulu tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh TOSHİBA RAS markalı məhsul üçün əsas borcu 1.547 manat, cərimə borcu 244 manat olmaqla, cəmi 1.791 manat, İMEİ kod **********25569 Huawei MediaPad markalı məhsul üçün əsas borcu 447 manat, cərimə borcu 135 manat olmaqla, cəmi 582 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxxxxxxxxx” X2 2.373 manat məbləğində borcu vardır. xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 00651731 saylı və xx xxx 2019-cu il tarixli, 00688588 saylı müqavilələri ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxxxxxxxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 2.373 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx xxx 2019-cu il tarixli, 00651731 saylı və xx xxx 2019-cu il tarixli, 00688588 saylımüqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, xx xxx 2019-cu il tarixli, 00651731 saylımüqavilə üzrə dəbbə pulu azaldılaraq 50 manat və xx xxx 2019-cu il tarixli, 00688588 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxx 2019-cu il tarixli, 00651731 saylı müqavilə üzrə əsas borc 1.547 manat, cərimə borcu 50 manat olmaqla, cəmi 1.597 manat, xx xxx 2019-cu il tarixli, 00688588 saylı müqavilə üzrə əsas borc 447 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 477 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 26 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxx 2019-cu il tarixli, 00651731 saylı müqavilə üzrə Cavabdeh 1.547 (bir min beş yüz qırx yeddi) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 1.597 manat (bir min beş yüz doxsan yeddi) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxx 2019-cu il tarixli, 00688588 saylı müqavilə üzrə Cavabdeh 447 (dörd yüz qırx yeddi) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 477 manat (dörd yüz yetmiş yeddi) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. Dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun 26 (iyirmi altı) manatı Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” X2 ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar