Məhkəmə qərarları › İş №2(001)-4444/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4444/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4444/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh Məhəmmmədəli qızına qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08.04.2019-cu il, 08.04.2019-cu il, 19.07.2019-cu il, 09.10.2019-cu il və 10.11.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********62307 olan Samsung Galaxy A50 markalı telefon, X2, HOFFMANN LED televizor, İMEİ Kodu **********73976 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********26812 olan X1 8 markalı telefon almış və nəticədə 1097 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdiirlmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiayaqarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmdan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 08.04.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə «xxxx» MMC ilə Cavabdeh Məhəmmədli qızı arasında bağlanmış və müqaviləyə əsasən, Cavabdeh Məhəmmmədəli qızı «xxxx» MMC-dən Samsung Galaxy A50 markalı telefon almışdır. İş materiallarında olan 08.04.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə «xxxx» MMC ilə Cavabdeh Məhəmmədli qızı arasında bağlanmış və müqaviləyə əsasən, Cavabdeh Məhəmmmədəli qızı «xxxx» MMC-dən X2 almışdır. İş materiallarında olan 19.07.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə «xxxx» MMC ilə Cavabdeh Məhəmmədli qızı arasında bağlanmış və müqaviləyə əsasən, Cavabdeh Məhəmmmədəli qızı «xxxx» MMC-dən Hoffmann LED televizor almışdır. İş materiallarında olan 09.10.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə «xxxx» MMC ilə Cavabdeh Məhəmmədli qızı arasında bağlanmış və müqaviləyə əsasən, Cavabdeh Məhəmmmədəli qızı «xxxx» MMC-dən Samsung Galaxy A50 markalı telefon almışdır. İş materiallarında olan 10.11.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə «xxxx» MMC ilə Cavabdeh Məhəmmədli qızı arasında bağlanmış və müqaviləyə əsasən, Cavabdeh Məhəmmmədəli qızı «xxxx» MMC-dən Samsung Galaxy A50 markalı telefon almışdır. İş materiallarında olan 08.04.2019, 08.04.2019, 19.07.2019, 09.10.2019-cu il, 10.11.2019-cu il tarixli təhvil-təslim aktlarının surətlərindən görünür ki, Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, 19.04.2021-ci tarixə cavabdehin beş müqavilə üzrə «xxxx» MMC-yə 1097 manat borcu mövcuddur. İş materiallarında olan 11.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh botcun olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh beş müqavilə üzrə 999 manas əsas borc və 98 manat cərimə borcu olmaqla, cəmi 1097 manat borc tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh beş müqavilə üzrə 999 manat əsas borc və 98 manat cərimə borcu olmaqla, cəmi 1097 (min doxsan yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar