Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4446/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********36083 XİAOMİ - FDMİ 9 markalı telefon üçün 90 (doxsan) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə pulu, xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, TOSHİBA LED TV üçün 338.2 (üç yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 33.8 (otuz üç manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********10249 XİAOMİ REDMİ 9A markalı telefon üçün 83.2 (səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 8.8 (səkkiz manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********51721 XİAOMİ REDMİ NOTE 1 İS markalı telefon, İMEİ KOD **********83007 XİAOMİ REDMİ NOTE 11 S markalı telefon üçün 1318.6 (bir min üç yüz on səkkiz manat altmış qəpik) manat dənilməmiş hissə, 131.4 (bir yüz otuz bir manat qırx qəpik) manat cərimə, ümumilikdə 2013 manat borc və 40.13 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kod **********36083 XİAOMİ REDMİ 9 markalı telefon, TOSHİBA LED TV, İMEİ KOD **********10249 XİAOMİ REDMİ 9A markalı telefon, İMEİ KOD **********51721 XİAOMİ REDMİ NOTE 11S markalı telefon, İMEİ KOD **********83007 XİAOMİ REDMİ NOTE 1 İS markalı telefon almış və nəticədə 2013 (iki min on üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********36083 XİAOMİ REDMİ 9 markalı telefon, üçün 99 (doxsan doqquz) manat olmaqla ondan, 90 (doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 9 (doqquz) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 631.2 (altı yüz otuz bir manat iyirmi qəpik) manat (24 ay x 26.3 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA LED TV üçün ümumilikdə 372 (üç yüz yetmiş iki) manat olmaqla ondan, 338.2 (üç yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 33.8 (otuz üç manat səksən qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 295.2 (iki yüz doxsan beş manat iyirmi qəpik) manat (12 ay x 23.6 manat + 12 manat ilkin ödəniş) olan İMEİ KOD **********10249 XİAOMİ REDMİ 9A markalı telefon üçün ümumilikdə 92 (doxsan iki) manat olmaqla ondan 83.2 (səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 8.8 (səkkiz manat səksən qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1574.6 (bir min beş yiiz yetmiş dörd manat altmış qəpik) manat (18 ay x 79.2 manat + 149 manat ilkin ödəniş) olan İMEİ KOD **********51721 XİAOMİ REDMİ NOTE 11S markalı telefon, İMEİ KOD **********83007 XİAOMİ REDMİ NOTE 1 İS markalı telefon üçün 1450 (bir min dörd yüz əlli) olmaqla ondan 1318.6 (bir min üç yüz on səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 131.4 (bir yüz otuz bir manat qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1175 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cii il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin cavabdeh rəsmi qeydə alındığı ünvanda yaşamadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 504 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 631.2 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 295.2 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 1574.6 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borcu 90 manat, cərimə 9 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borcu 338.2 manat, 33.8 manat cərimə,xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 83.2 manat əsas, 8.8 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1318.6 manat əsas, 131.4 manat cərimə olmaqla, cəmi 2013 manat məbləğində borcu var. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 40.13 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müqavilələr üzrə hesablanmış cərimə məbləğləri azaldılmalı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 3 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli il tarixli müqavilə üzrə 90 manat əsas borc, 2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 338.2 manat əsas borc, 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 83.2 manat əsas borc, 2 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1318.6 manat, 5 manat cərimə alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 37 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli il tarixli müqavilə üzrə 90 manat əsas borc, 2 manat cərimə olmaqla, cəmi 92 (doxsan iki) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx.xx.2021-ci il tarixli il tarixli müqavilə üzrə 338.2 manat əsas borc, 3 manat cərimə olmaqla, cəmi 341.2 (üç yüz qırx bir manat, iyirmi qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 83.2 manat əsas borc, 2 manat cərimə olmaqla, cəmi 85.2 (səksən beş manat iyirmi qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1318.6 manat əsas borc, 5 manat cərimə olmaqla, cəmi 1323,6 (min üç yüz iyirmi üç manat, altmış qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Cavabdeh İddiaçı xeyrinə 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4446/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4446/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver