Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4462/2021 16.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 avqust 1948-ci il doğumlu X1 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. -312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. -313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. -149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; -150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir; -152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; -152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Prosessual qanunverciliyin tələblərindən göründüyü kimi, ərizəçi tərəfindən şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar şərh edilməlidir. Lakin, hazırki ərizə üzrə xəbərsiz itkin düşmüş şəxs hesab edilməsi xahiş edilən – 14 avqust 1948-ci il təvəllüdlü X1 xəbərsiz itkin düşməsini təsdiq edən hallar nə ərizəçinin ərizəsində, nə də ərizəyə əlavə edilmiş sənədlərdə şərh edilməmişdir. Belə olan halda, hazırki ərizəyə baxılmasına prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən yol verilmir. Ona görə də, belə nəticəyə gəlirəm ki, hazırkı ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, X1 xəbərsiz itkin düşməsini təsdiq edən halları şərh etməklə və bu halları təsdiq edən sənədləri (şəxsin xəbərsiz itkin düşmüş şəxs kimi axtarışda olması barədə arayış və sair) ərizəyə əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, X1 xəbərsiz itkin düşməsini təsdiq edən halları şərh etməklə və bu halları təsdiq edən sənədləri (şəxsin xəbərsiz itkin düşmüş şəxs kimi axtarışda olması barədə arayış və sair) ərizəyə əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4462/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4462/2021
16.05.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver