Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4471/2020 08.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Abuşov Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Abuşov Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdeh Abuşov Cavabdehlə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Abuşov Muhamməd Cavabdeh oğlu, xx.xx.2008-ci il tarixdə Abuşova Məryəm Cavabdeh qızı, xx.xx.2013-cü il tarixdə Abuşova Fatimə Cavabdeh qızı, xx.xx.2016-cı il tarixdə Abuşov İbrahim Cavabdeh oğlu adlı övladları doğulmuşdur. Aralarında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-2661/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək onun yanında saxlanması və azyaşlı uşaqların saxlanması üçün hər bir uşağa görə 154 manat olmaqla cəmi 616 manat alimentin cavabdeh Abuşov Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Azyaşlı uşaqlarının hal-hazırda ehtiyacları artmış və onların saxlanması üçün 154 manat kifayət etmir. Həmçinin Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020ci il üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunub. Rusiya Federasiyasında yaşayıb işləyən cavabdeh təyin olunan alimentdən əlavə ona vəsait ödəmir. Covid 19 virusunun yayılması, karantin rejiminin tətbiq edilməsi və məhkəmələrin iş fəaliyyətinin pozulması ilə bağlı 2020-ci ilin əvvəlindən məhkəməyə alimentin həcminin artırılması ilə bağlı müraciət etmək imkanından məhrum olmuşdur. Bu səbəbdən azyaşlı uşaqların saxlanılması üçün nəzərdə tutulmuş alimentin həcmi artırılmalı və 2020-ci ilin yanvar ayının 1-dən hesablanmalıdır. Ona görə də cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü Abuşov Muhamməd Cavabdeh oğlunun, xx.xx.2008-ci il təvəllüdlü Abuşova Məryəm Cavabdeh qızının, xx.xx.2013-cü il təvəllüdlü Abuşova Fatimə Cavabdeh qızının, xx.xx.2016-cı il təvəllüdlü Abuşov İbrahim Cavabdeh oğlunun saxlanması üçün müəyyən olunan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla alimentin cavabdehdən onun xeyrinə tutulmasına və alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən hesablanmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Abuşov Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh Abuşov Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Abuşov Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ № 901699 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abuşov Muhamməd Cavabdeh oğlu xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 540 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Abuşov Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İİ № 099694 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abuşova Məryəm Cavabdeh qızı xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1349 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Abuşov Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 257784 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abuşova Fatimə Cavabdeh qızı xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 424 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Abuşov Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ № 715308 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abuşov İbrahim Cavabdeh oğlu xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1183 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Abuşov Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-2661/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə cavabdeh Abuşov Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 1506 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü Abuşov Muhamməd Cavabdeh oğlunun, xx.xx.2008-ci il təvəllüdlü Abuşova Məryəm Cavabdeh qızının, xx.xx.2013-cü il təvəllüdlü Abuşova Fatimə Cavabdeh qızının, xx.xx.2016-cı il təvəllüdlü Abuşov İbrahim Cavabdeh oğlunun anaları İddiaçı himayəsində saxlanılması, xx.xx.2006-cı il təvəllüdlü Abuşov Muhamməd Cavabdeh oğlunun, xx.xx.2008-ci il təvəllüdlü Abuşova Məryəm Cavabdeh qızının, xx.xx.2013-cü il təvəllüdlü Abuşova Fatimə Cavabdeh qızının, xx.xx.2016-cı il təvəllüdlü Abuşov İbrahim Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 616 manat sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi və cavabdeh Abuşov Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Abuşov İbrahim Cavabdeh oğlunun xx.xx.2018-ci il tarixdən başlayaraq 3 yaşına çatanadək saxlanması üçün hər ay əlavə olaraq 50 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 307339 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abuşov Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 509 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Əliyeva soyadı verilmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X1 Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, cavabdehin qazancının və gəlirlərinin məbləğini müəyyən edəcək mötəbər sübutların məhkəməyə təqdim olunmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2006-cı il təvəllüdlü Abuşov Muhamməd Cavabdeh oğlunun, xx.xx.2008-ci il təvəllüdlü Abuşova Məryəm Cavabdeh qızının, xx.xx.2013-cü il təvəllüdlü Abuşova Fatimə Cavabdeh qızının, xx.xx.2016-cı il təvəllüdlü Abuşov İbrahim Cavabdeh oğlunun saxlanması üçün müəyyən olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay hər bir uşağa görə 170 manat müəyyən edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının təyin olunan alimentin xx.xx.2020-ci il tarixdən artırılması tələbi ilə bağlı qeyd edir ki, vətəndaşların müraciətlərinin məhkəmələr tərəfindən qəbul edilməsində hər hansı bir məhdudiyyət mövcud olmadığından, yuxarıda istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən icra edilməli olduğundan tələb bu hissədə təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-2661/2018 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü Abuşov Muhamməd Cavabdeh oğlunun, xx.xx.2008-ci il təvəllüdlü Abuşova Məryəm Cavabdeh qızının, xx.xx.2013-cü il təvəllüdlü Abuşova Fatimə Cavabdeh qızının, xx.xx.2016-cı il təvəllüdlü Abuşov İbrahim Cavabdeh oğlunun saxlanması üçün Abuşov Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü Abuşov Muhamməd Cavabdeh oğlunun saxlanması üçün Abuşov Cavabdeh hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü Abuşova Məryəm Cavabdeh qızının saxlanması üçün Abuşov Cavabdeh hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü Abuşova Fatimə Cavabdeh qızının saxlanması üçün Abuşov Cavabdeh hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü Abuşov İbrahim Cavabdeh oğlunun saxlanması üçün Abuşov Cavabdeh hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. Abuşov Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4471/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4471/2020
08.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver