Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4483/2020 01.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı MMC X6 Təşkilatının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC X6 Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC X6 Təşkilatının iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 14.499 manat məbləğində əsas, 3.626,97 manat məbləğində faiz, 457,50 manat məbləğində cərimə, cəmi 18.583,47 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC X6 Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC X6 Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC X6 Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri, ailə-kəndli təssərufatının aparılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23% faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 24 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 789 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zaminlik müqavilələri ilə Cavabdeh1 və Cavabdeh3 zamin qismində bu kredit müqaviləsinin tərəfi olmuşlar. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği əsas borc üzrə 14.499 manat, faiz borcu üzrə 3.626,97 manat, cərimə borcu üzrə 457,50 manat, cəmi 18.583,47 manat təşkil edir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən kreditor öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında, işə mahiyyəti üzrə baxılmağa başlanana qədər Cavabdeh2 fərdi sahibkar kimi fəaliyyət göstərdiyini və ticarət mərkəzində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək, orada ticarətlə məşğul olduğunu, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 15.000 manat məbləğində krediti də sahibkarlıq fəaliyyətini inkişaf etdirməsi məqsədi ilə götürdüyünü, lakin Azərbaycan Respublikasında koronovirus (covid 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə görülən tədbirlərlə əlaqədar hazırda istifadə və sahibliyində olan həmin qeyri-yaşayış sahəsi öz fəaliyyətini dayandırdığını və məhz bu səbəbdən həmin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilmədiyini bildirmiş və bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə, Cavabdeh2 tərəfindən təqdim edilmiş sənədləri, mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, iddiaçının hüquqi şəxs, Cavabdeh2 isə fərdi sahibkar olmasını, habelə onun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə kredit məbləğini fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə götürüldüyünü nəzərə alıb belə qənaətə gəlir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir (iqtisadi mübahisədir). Hüquqi nəticə etibarı ilə iş məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən icraata götürülmüşdür. Bu halın mövcudluğu isə işə məhkəmə aidiyyəti baxımından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Məhkəmə iclasında İddiaçı MMC X6 Təşkilatının nümayəndəsi X3 və Cavabdeh2 mülki işin məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə iddia üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alıb hesab edir ki, hazırki mübahisə bilavasitə Cavabdeh2 sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır və iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş tələb kommersiya məhkəməsinə aiddir. Bu səbəbdən mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeydolanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31-ci, 39-cu, 44-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC X6 Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4483/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4483/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver