Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4491/2021 04.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış 15.11.2019-cu il və 14.12.2019-cu il tarixli müqavilələrə əsasən X4 8 markalı telefon, Nado markalı mebel əşyası, transformer jurnal masasını almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə onun müqavilələr üzrə ümumilikdə 745 manat olmaqla, ondan 678 manat ödənilməmiş hissə, 67 manat cərimə borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə ödədiyi məbləğ 2275 manat təşkil edir. Cavabdeh 14.12.2019-cu il tarixli müqaviləyə əsasən Nado markalı mebel əşyası və transformer qonaq jurnal masasını 30.10.2020-ci il tarixədək istifadə etdikdən sonra məhsul 1938 manat məbləğində qiymətləndirilib cavabdehin borcundan silinərək geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 15.11.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh malların dəyərinin ödəniş cədvəlinə müvafiq olaraq hissə-hissə ödənilməsi şərti ilə X4 8 markalı telefon satılmışdır. İş materiallarında olan 14.12.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh malların dəyərinin ödəniş cədvəlinə müvafiq olaraq hissə-hissə ödənilməsi şərti ilə Nado markalı mebel əşyası, Transformer Jurnal masası satılmışdır. İş materiallarında olan 15.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu aldığı malların dəyərini 12 ay müddətində, ayda 56 manat olmaq şərti ilə 20.11.2020-ci il tarixədək ödəməli idi. İş materiallarında olan 14.12.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı malların dəyərini 20 ay müddətində, ayda 114 manat olmaq şərti ilə 27.10.2021-ci il tarixədək ödəməli idi. İş materiallarında olan 15.11.2019-cu il və 14.12.2019-cu il tarixli əşyaların təhviltəslim aktlarından görünür ki, Cavabdeh müqavilədə qeyd olunan malları təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunın müqavilələr üzrə əsas borca görə ödənilməmiş məbləği 678 manat, cərimə borcu 67 manat, cəmi borcu 745 manat təşkil edir. İş materiallarında olan 12.10.2020-cu il tarixli bildirişdən görünür ki, cavabdeh borcunun mövcud olması barədə və borc ödənilmədiyi təqdirdə İddiaçı MMC tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin 67 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə iki müqavilə üzrə cəmi 10 (4+6) manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan iki müqavilə üzrə 678 manat əsas borc və 10 manat cərimə borclu olmaqla, cəmi 688 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 92,35% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 27,70 manat hissəsi Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan iki müqavilə üzrə 678 manat əsas borc və 10 manat cərimə borcu olmaqla, cəmi 688 (altı yüz səksən səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun 27,70 (iyirmi yeddi manat yetmiş qəpik) manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 2,30 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4491/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4491/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver